Evli, iki uşaqlı qadını sevirdim

Evli, iki uşaqlı qadını sevirdim
22 iyul 2019
# 12:23

“Onu ilk dəfə görəndə mənim 13 yaşım var idi. Zaman keçdi. Mən çox qadınlara aşiq oldum. Bütün qadınlarla yaxın olanda onlar soruşurdular: mən onları xatırlayacağammı? Mən isə: “Hə, əlbəttə, mən sizi xatırlayacağam” - deyirdim. Lakin mənim heç vaxt unuda bilməyəcəyim qadın bu sualı məndən heç vaxt soruşmamışdı. Onun adı Malena idi.”

Yəqin ki, çoxlarınız bu monoloqu xatırladı. “Malena” filminin sonunda qəhrəmanın dediyi sözlərdir.

Yeniyetmə yaşlarımızda qadınlar daha çox maraq dairəmizdə olur. Təbii ki, futbol, dondurma da bu sıradadır. Ancaq əksəriyyətimizin xəyalında bir qadın obrazı vardı. Bir-birimizə deməyə ürək eləyə bilmədiyimiz, əsrarəngiz qadın...

Yeniyetməlikdə hamıdan sirr saxladığım bir qadın vardı. Gecələr çarpayımda uzanıb onun simasını gözümün qabağını gətirirdim. Xəyalımda o qadınla sevişir, döşlərini, dodaqlarını öpürdüm. Onunla qonşu idik. Hər səhər əlim cibimdə məhəlləmizin dar küçələrində gəzişir, qadının qaldığı mərtəbədə nəfəs dərirdim. Gözlərim yuxarı mərtəbələrdə gəzişirdi. O qadın eyvana çıxsın deyə nə qədər gözləyirdim, bir bilsəniz. Gizlicə ona tamaşa edim deyə gözümü eyvandan çəkmirdim. O mərtəbə mənə dünyanın ən gözəl yeri kimi görünürdü...

Bina ilə üzbəüz qonşulardan biri balaca bir bağ salmışdı. O bağ mənim tək şahidim idi. Qadın eyvana çıxanda utanır, həyəcanlanırdım. Ağaclıqların arasında gizlənir, xəlvətcə ona göz qoyurdum. Qadının eyvandan getməyini heç istəmirdim. Yuxarıdan ayaqlarını gün daha da işıqlandırırdı. İstəyirdim saatlarca, günlərcə ağacların arasında qalım, onu doya-doya seyr edim.

“Malena” filmindəki qadın isə II Dünya Müharibəsi fonunda tənha yaşayan qadındı. Əri müharibədən qayıtmayıb. Cəmiyyətin gözü onun üstündədir. Gözəl və dul qadın Malena kişilərin xəyalıdır. Əlçatmazdır. Onu hamı uzaqdan sevir...

Qadının paxıllığını çəkən bütün qeybətçil qadınlar Malena haqqında çirkin şayiələr yaymağa başlayırlar. Kişilər isə onun hər addımını izləyir, ardınca düşür və Malena haqqında gözəl xəyallar qururlar. Lakin Malena heç kəsə fikir vermir, müharibədə olan ərinin cəbhədən qayıtmasını gözləyir. Kişilər isə ondan əl çəkmir. Malenanı zorla əldə edirlər.

Bu hadisələri izləyən, Malenaya saf sevgiylə aşiq olan yeniyetmə Renatonun halı təsvir edilməz... Balaca dünyasına bu möhtəşəmlikdə qadını sığışdıra bilmir. Və dəhşətli ağrılar yaşayır. Heç cür o qadının içində laqeyidcəsinə gəzişməsindən qurtula bilmir...

Atası onu döyür, küçəyə çıxmağa qadağa qoyur və s. Ancaq Renato Malenadan əl çəkmir. Onu qarabaqara izləyir.

Qadınlar bir gün meydanda Malenanı amansızca döyürlər, təhqir edir, saçlarını kəsirlər. Bu görüntü cəmiyyətin nə qədər vəhşi olduğunu göstərir. Malenanın tək günahı yaşadığı qəsəbədəki bütün qadınlardan çox-çox gözəl olması idi.

Malenanı qovurlar şəhərdən. Bir neçə ildən sonra əri müharibədən qayıdır və onlar birlikdə şəhərlərinə qayıdırlar. Malena obrazına can verən Monika Belluci nəyinki İtalyanın, dünyada yaşayan kişilərin ən çox arzuladığı qadındı.

İndi təsəvvür edin ki, Malena kimi qadın bizim cəmiyyətdə yaşasaydı.... Məgər bizim qadınların da ondan zəhləsi getməzdimi? Bunun bircə adı var: qısqanclıq. Qadın ondan gözəl olan qadının hər zaman paxıllığını çəkir. Hətta bu paxıllıq bəzən nifrətlə əvəzlənir.

Qayıdaq, mənim filmimə. Yeniyetməliyimdəki o qadına. Mənim ilk sevdiyim füsunkar qadına. O, evliydi, bir uşağı da vardı. Di gəl, bu mənə əngəl olmurdu, onu sevirdim. Hər gecə o qadını arzulayırdım.

Bir gün məhəlləmizdən köçəndə xısın-xısın ağlamışdım. Kimsə görməmişdi göz yaşlarımı. Hər dəfə “Malena” filmini izləyəndə mənim də yaddaşımda eyvandakı qara saçlı qadın pərvazlanır. Onu xatırladıqca yeniyetməliyimdəki xatirələr canlanır və bir an indiki zamanı unuduram...

# 5658 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #