Seymurun Tolikə çevrilməyi

Seymurun Tolikə çevrilməyi
2 mart 2016
# 11:03

Son hadisələrlə bağlı dünən Seymur Baycanın “Tarixin Tolikə çevrilməsi” yazısını bir daha oxudum. Bir çoxları deyir ki, bu son hadisələr taleyin Seymur Baycana ironiyasıdır. Nə vaxtsa “Tarixin Tolikə çevrilməyi” adlı yazı yazasan, sonra da gəlib Tolikə möhtac olasan. Kitabının çapına sponsor axtarasan birinci Tolik hay verə.

Azərbaycanda yazıçıların vəziyyəti, kitaba münasibət göz qabağındadır. Kitabların tirajı ən yaxşı halda 1000 nüsxəni keçmir, şəhərdə barmaqla sayılacaq qədər kitab mağazası var, təqdimatlara gələn də elə dost-tanış olur.

Bunun bir çox səbəbi var. Təbii ki, sosial vəziyyət də bura daxildir. Amma gəlin görək kitaba pul verməkl lazım olanda sosial vəziyyəti qabardan xalq niyə müğənnilərə, şou adamlarına pul xərcləyəndə, onları yüzminlik maşınlarda gəzdirəndə, milyonluq evlərdə saxlayanda, itlərinə beş minlik qarderob təşkil edəndə sosial vəziyyət haqqında düşünmür. Yəni deməyim o ki, yoxsulları başa düşürük, axı bu günə kimi hansı varlı ölkədə kitabın satışı, kitabın inkişafı ilə bağlı əlin cibinə saldı? İçində olmasaq da dəfələrlə efirdən bir çox varlı adamın imarətini görmüşük, heç birinin evində heç olmasa iki kitablıq belə kitab rəfi yoxdur, amma əvəzində villalarının divarlarından özlərinin nəhəng və zövqsüz portetlərini asırlar.

Bu müğənniləri belə varlandıran xalq bir yazıçısının kitabına 5 manat xərcləməyə ərinir. Seymur Baycanın indiyə qədər bütün kitablarından əldə elədiyi qazanca heç Aygün Kazımovanın itinin qarderobunun dəyəri eləmir. Hələ guya Seymur bu ölkənin ən çox tanınan, oxunan yazıçılarındandır.

Nə qoyub, nə axtarırıq. Seymur da o zaman bunları yazmışdı. Üç il əvvəl. Bu üç ildə heç nə dəyişməyib. Kitaba, ədəbiyyata münasibət eyni qalıb, əksinə təkcə ədəbiyyatı deyil, həyatımızı da şouya uduzmuşuq. Tolikləri Seymurlardan üstün tutan xalq özü Tolikə çevrilib.

Tarix Tolikə çevrildi, amma təəssüf ki, Azərbaycan Baycana, yazıçının istədiyi Azərbaycana çevrilə bilmədi.

# 1759 dəfə oxunub

Oxşar xəbərlər

Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
"Qəzada ölənlərdən biri danışdı"

"Qəzada ölənlərdən biri danışdı"

13:15 26 dekabr 2024
Geylər niyə sürətlə çoxalır?

Geylər niyə sürətlə çoxalır?

12:16 23 dekabr 2024
Seriallarımızda ağsaqqallıq eləyənlər

Seriallarımızda ağsaqqallıq eləyənlər

12:19 19 dekabr 2024
“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

15:00 16 dekabr 2024
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
# # #