Əli ayfonlu toyuq oğruları

Əli ayfonlu toyuq oğruları
13 avqust 2015
# 12:25

Bizim insana xeyri yoxdur. İstəyir əlində İphone 5 yox, lap 15 tutsun.

Yenə də öz köhnə vərdişlərindən, köhnəlmiş adətlərindən əl çəkməyəcək. Fikirləşməyəcək ki, zamana uyum, ayaqlaşım.

Çünki bu dəyişiklik beyində baş vermir, zahirən olur.

Bizimkilərin zəkası hər zaman sabit qalır, o, yenə də öz oba, elat təfəkküründədir.

Xeyri yoxdur, ən müasir texniki vasitələr evini, maşınını, həyatını bəzəsə belə yenə bunları öz qıfsımış, sıradan çıxmış adətləri, həyat tərzi üçün istifadə edəcək.

Belə qəribə adətlərdən biri də toy vaxtı gəlinə gedəndə qız evindən toyuq-cücə, əşya-filan oğurlamaqdır.

Çox mənasız, bivec adətdir. Təsəvvür edin, yekə-yekə kişilər hasardan hoppanıb hinə, tövləyə girirlər ki, nəsə oğurlasınlar. Bir də gördün bəyin bir az əvvəl kostyumda şəklini çəkib “Toya gedirəm” adyıla Faacebookda paylaşmış dostu qız evində toyuq dalıyca qaçır.

Çox biabırçı mənzərədir.

Tutalım, bir əsr, 50 il əvvəl belə adət olub. Daha XXI əsrdə də yox da. Cibində uzaq Liviya səhrası ilə də ikicə dəqiqəyə əlaqə yaradan cihaz gəzdirirsən.

Bu nə əxlaqdır? Bu nə məntiqdir? Belə çıxır ki, qız aldığın adamın ev-eşiyini də talamalısan? Bu nə bədəvi, bu nə monqol, bu nə oğru-quldur təfəkkürüdür axı?

Kişilərdə həmişə belə bir xüsusiyyət olur. Qəhrəmanlıq edib, igidlik göstərib ad çıxarmaq istəyirlər. Öz gücünü nümayiş etdirmək istəyən Dəli Domrulu yada salaq. Güclü, qüvvətli adam idi. Özünü harda sınamalı idi; müharibə yox, dava yox. Məcburdur ki, quru çayın üzərində tikdiyi körpünün ağzında durub xərac istəsin.

Ümumiyyətlə, belə insanlar çoxdur. Savaşa, döyüşə, vuruşmağa meyllidirlər. Səlib yürüşləri zamanı nə qədər insan şöhrət qazanmaq, ad çıxarmaq, qənimət əldə etmək xətrinə xaç yürüşlərinə qatılırdılar. Çünki cəngavər olmaq istəyirdilər. Amma eyni şeyi Xaç yürüşlərindən dörd əsr sonra Don Kixot etmək istəyəndə gülünc vəziyyətə düşdü.

Adam böyük imperiyanın, hər zaman ucsuz-bucaqsız torpaqlarının harasındasa müharibə gedən nəhəng dövlətin vətəndaşı olmayanda bilmir necə qəhrəman olsun, ad çıxarsın. Müharibə yoxdu axı, hara gedəsən, kimlə savaşasan, kimi öldürüb qəhrəman olasan. Çar Rusiyası ilə İran vuruşub, bölüşüb, Türkmənçay müqviləsi bağlanıb. Müharibə yox, savaş yox. Necə ad qazanıb, şöhrətli olasan? Əlac qalır oğurluğa, ev yarmağa, at qaçırmağa. Başlayırsan oğurluqla məşğul olmağa. İçində nə vaxtsa qəhrəman olmaq istəyi vardı, dönüb olursan kloun, məzhəkəçi. Yeddi nəsil arxada babalarının müharibəylə, döyüşlə ovutmaq istədiyi eqosunu sən kiminsə həyətində toyuq qovmaqla ovudursan, özü də kostyumda.

Bundan gülünc mənzərə tanımıram.

# 2346 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artistinin saxtakarlığı

Xalq artistinin saxtakarlığı

14:25 6 mart 2025
"10 dəqiqədən artıq baxa bilmədim"

"10 dəqiqədən artıq baxa bilmədim"

13:15 6 mart 2025
Sevdiyin qızı vermirlər?

Sevdiyin qızı vermirlər?

21:00 3 mart 2025
Dünyanın sonu yaxınlaşır?

Dünyanın sonu yaxınlaşır?

09:00 28 fevral 2025
O yazıçılar Azərbaycan dilinin tərəfini saxlamadı!

O yazıçılar Azərbaycan dilinin tərəfini saxlamadı!

15:00 25 fevral 2025
İstedadlardan daha çox diribaşlar, gözəgirənlər “uğur” qazanır

İstedadlardan daha çox diribaşlar, gözəgirənlər “uğur” qazanır

09:00 25 fevral 2025
# # #