Anarla necə çay içdim?

Anarla necə çay içdim?
10 dekabr 2012
# 18:51

Bir il qabaq mətbuat vasitəsi ilə Anara müraciət etmişdim, “gəlin çay içək söhbət edək, qurtaraq bu davaları” demişdim.

Bu müraciətə görə haqqımda yazılmayan qalmadı, amma mən heç birinə fikir vermədim, sözlərimin doğruluğuna əmin idim.

Amma onda alınmadı.

Bu günlərdə isə Anardan müsahibə almaq lazım idi, uzun müddət idi, mətbuata danışmırdı, Kulis.Az-a ilyarım əvvəl müsahibə vermişdi.

Rəşad Məcidlə əlaqə saxlayıb müsahibə xahişimizi çatdırdıq.

Bir müddət sonra Rəşad Məcid məni aradı, “Anar müsahibəyə razıdır” dedi.

Birgə Qazaxıstanda səfərdə olublar, bu müddətdə Rəşad Məcid Anara deyib ki, müsahibəni Qan Turalı özü alsın.

Anar da “gəlsin, söhbət edək, tanış olaq” deyib.

Bu gün Anarın kabinetində müsahibəni aldım.

Anar aramızda olan bu qədər yazı davasına rəğmən bizi çox yaxşı qarşıladı.

İki saat söhbət etdik.

Müsahibədən sonra çay içib söhbət etdik.

Mənə “Mübarizə bu gün də var” kitabını bağışladı.

Anar Yazıçılar Birliyinin qurultayından tutmuş, müxaliflərinə, Prustdan Rəsul Rzaya, Lars fon Trierdən Mirzə Cəlilə qədər bütün suallarıma ətraflı cavab verdi.

Anarla müsahibəmi sabahdan Kulis.Az-da oxuya biləcəksiniz.

İndi bu müsahibədən sonra mənim haqqında min cür böhtan havada uçuşacaq.

Məni təslimçilikdə, ədəbiyyata xəyanət etməkdə günahlandıracaqlar.

Amma mən özümə, etdiyim hərəkətin doğruluğuna əminəm.

Ədəbiyyatın insanları birləşdirdiyinə inanıram.

Hər cür ədavətə rəğmən insanların bir masa ətrafında otura biləcəklərinə inanıram.

Bu müsahibənin, bu görüşün ədəbiyyatımızın bu günü üçün əhəmiyyət daşıdığını anlayıram.

Sülhün bərqərar olması üçün mən əlimi daşın altına qoyuram.

Ədəbiyyatda estetik davalar hər zaman olub, amma mən davaları ancaq estetik konteksdə saxlamaq üçün yaşlı nəslə sülh təklif edirəm.

Sülh göyərçinləri daşlanarlar amma yırtıcıya çevrilməzlər.

# 5387 dəfə oxunub

Oxşar xəbərlər

Türkləri və yəhudləri qıranlar kimlərdir?

Türkləri və yəhudləri qıranlar kimlərdir?

15:00 2 avqust 2025
Məhşərdə cavab verməyə kimin üzü var?

Məhşərdə cavab verməyə kimin üzü var?

09:00 9 iyul 2025
Rusbaşların menyusunu yox, başını dəyişmək lazımdır

Rusbaşların menyusunu yox, başını dəyişmək lazımdır

12:00 4 iyul 2025
İsanın möcüzəsi

İsanın möcüzəsi

12:00 26 iyun 2025
16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər