Erotizm və nadanlıq

Erotizm və nadanlıq
9 aprel 2014
# 22:00

Qan Turalı yazır

Biz mass-media dövründə yaşayırıq.

Bu dövrdə media texnoloji kəşflərlə zənginləşərək əzəmətli bir güc qazanıb.

Mədəniyyətin təbliği və yayılması üçün də medianın üzərinə böyük vəzifələr düşür.

Lakin media mədəniyyətin təbliği sahəsində nə qədər uğur qazanır?

Medianın mədəniyyətə dəstəyi nə qədərdir?

Mədəniyyətdən yazan jurnalistlərimizin bilik səviyyəsi, mühakimə qabiliyyəti dövrümüzün ruhuna nə qədər uyğundur?

Başqa vaxt ədəbiyyatımız, kinomuz, teatrımız geri qalır deyən jurnalistlər bəs yüksək əyarlı bədii nümunələr haqda nə qədər savadla yazırlar?

Son prosesləri təhlil etsək görərik ki, media nəinki mədəniyyətin inkişafına töhfələr verir, tam əksinə mədəniyyətin inkişafında real bir maneəyə çevrilib.

Elə son haqq-hesabdan, “Qız yükü”ndən (rejissor İntiqam Hacılı) başlayaq.

Bu serialda sevişmə səhnəsi var.

Nəyə deyirlər sevişmə səhnəsi?

Oğlanla qızın üstündə adyal.

Nə bir öpüş var, nə bir qucaqlama…

Amma bizim jurnalistlər bu qapalı təsvirdən necə cuşa gəliblərsə serialı “erotik serial” adı ilə təqdim edirlər.

Bunun adı nadanlıqdır, cəhalətdir, oyunbazlıqdır.

Sabah bir başqa rejissor nəinki daha dərinə gedə biləcək, heç İntiqamın çəkdiyini də çəkməyə cəsarət etməyəcək.

Ya da Yavər Rzayevin “İlahi məxluq” filmi…

Açıq orqan görünməyən səhnəni porno kimi xalqa sırımaq istədilər.

Misalları sonsuza qədər artırmaq olar, nə qədər də olsa zəkanın sərhədləri sonsuz olduğu kimi axmaqlığın hüdudları da sonsuzdur.

Bütün bu oyunbazlığın arxasınca cəmi 1000 dəfə artıq oxunma dayanır ki, bu 1000 oxucuya görə jurnalistlərimiz 50-yə qədər adamın aylar sürən əməyini bir anda porno film kimi zibilə atmağa qadirdilər.

Bu dünyada kim porno filmə baxmaq istəyirsə onu mütləq tapacaq.

“Google”də ən çox axtarılan söz porno deyilmi?

Orda orijinalı ola-ola kim gedib hansısa filmdəki üstüörtülü səhnəyə baxacaq?

Medianın bir funksiyası da maarifçilikdir.

Amma maarifçilik etmək üçün maariflənmək lazımdır, nadanlığın maarifçiliyi kimə gərəkdir?

# 5874 dəfə oxunub

Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

18:38 14 fevral 2025
Vəziyyət o qədər pisdir ki,  Elxan Elatlı da kirayədə yaşayır

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır

14:25 14 fevral 2025
Niyə evtanaziya əcəldən daha yaxşıdır?

Niyə evtanaziya əcəldən daha yaxşıdır?

17:00 11 fevral 2025
Vətənə, millətə xəyanət, uşaq istismarı

Vətənə, millətə xəyanət, uşaq istismarı

12:00 23 yanvar 2025
Sənət Allah üçündür

Sənət Allah üçündür

09:00 22 yanvar 2025
Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
#
#
# # #