Lütfi Zadənin qəbri

Lütfi Zadənin qəbri
10 avqust 2017
# 15:38

Mirmehdi Ağaoğlu

Nə yalan deyim, Lütfi Zadənin “Azərbaycanda basdırılmaq” barədə vəsiyyəti məndə qıcıq yaratdı. Halbuki bu böyük alimin vətən sevgisinə heyran qalmalı, onun ABŞ-ı qoyub Azərbaycanda basdırılmaq istəməyi ilə fəxr etməli, gizlicə qürur duymalıydım: Bir bax, bu qədər illərdi uzaqdadı, ancaq vətənini unutmayıb, o boyda Azərbaycanı o boyda ABŞ-a dəyişmədi.

Bəs niyə belə deyil?

Lütfi Zadənin vəsiyyəti məndə niyə qıcıq yaradır?

Bir alimi qoyub, o birinə keçirəm.

2015-ci ildə Nobel mükafatı alan türkiyəli alim Əziz Səncərin müsahibələrini və açıqlamalarını oxuyanda görürsən ki, uzun illər okeanın o biri üzündə yaşayan, orada işləyib, uğur qazanan alimin qəlbi hər zaman doğma vətənində olub. Hər zaman ürəyi vətəni ilə döyünüb. Səncər mükafat alandan sonra Türkiyədə təhsilin inkişaf etdirilməsi ilə bağlı bir sıra təkliflər verdi, səhv etmirəmsə, onun adına “Əziz Sancar köyü” adlı təhsil kəndi də təsis olundu.

Yəni uzaqdan-uzağa tanıdığım Əziz Səncərin məndə belə bir obrazı yaranıb: Amerikada öz rahat həyatını yaşamaqdansa, şöhrətinin dadını çıxarmaqdansa Vətənində təhsilin, elmin inkişafına canı yanan bir alim. Ürəyi daim doğulduğu torpaqlarla, Vətəni ilə döyünən bir insan. Allah gecindən versin, o adam indən belə dünyanın harasında basdırılsa-basdırılsın, o bir parça torpaq hər bir türk üçün Vətən olacaq. Çünki o torpaqda qəlbi Vətən eşqi ilə döyünən bir insan uyuyacaq.

Necə ki, Nazim Hikmətin dəfn olunduğu “Novodeviçye” qəbiristanlığı türklərin bir çoxu üçün Vətənin bir parçasıdır.

Bəs Lütfi Zadə doğulduğu torpaqları üçün nələr edib? Vətənindəki insanların təhsili, elmin, savadın artrılması üçün hansı işləri görüb ki, bizim ondan xəbərimiz yoxdur?

Əgər edibsə belə necə olur ki, biz Əziz Səncərin fəaliyyətini görə bilirik, eşidə bilirik, ancaq Lütfü Zadənin fəaliyyətini görmürük, eşitmirik və o bizim yadımızda alimdən çox tamada kimi qalır?

Mən bilmək istəyirəm, Cənab Lütfü Zadə bunları Vətəni üçün niyə etməyib?

Və indi ölməyə bura gəlir?

Okeanın o tayından baxanda bura qəbiristanlığa oxşayırmı?

Nə bilim.

...ancaq deyim ki, olduqca səlis və məntiqli vəsiyyətdir.

# 3136 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #