İlqarlı analar

İlqarlı analar
27 dekabr 2012
# 15:30

Əyildim ayağına başım buluda dəydi...

Analar çox yüksəkdə olur.

Kiminin əli çatır, kimininsə yox.

Bəzən səxavətlilər ana nəvazişinə ehtiyacı olanlarla paylaşır.

Necəki dünən iki həmkarım, iki İlqar sağollaşıb ayrılanda paylaşdılar.

Bu gün biri restorana, o biri isə qəbiristanlığa gedəcəkdi, necəki getdilər.

İşin çətini isə mənə qalmışdı.

İstədim İlqar Əlfioğluna deyim ki, təbriklərimi ananıza çatdırın, İlqar Rəsuldan utandım, istədim ikinciyə “Allah rəhmət eləsin” deyim, Əlfioğlunun kökləndiyi əhvalına təsir etmək istəmədim.

Amma onlar deyəsən mənsiz anlaşmışdı, təbriki və rəhməti hədiyyə kimi bir-birindən məmnuniyyətlə qəbul elədilər.

Bir-birinin sevincinə sevinən, kədərinə şərik çıxan, dostlarım – “Allah rəhmət eləsin”, “Allah ömrünü uzun eləsin”.

Payınızı özünüz götürün...

# 3933 dəfə oxunub

Oxşar xəbərlər

Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
#
#
# # #