Metroda ölüm

Metroda ölüm
25 yanvar 2016
# 09:00

“Gənclik” stansiyasından gənclərə xas cəldliklə ayrılan qatar 28-ə çatıb bir neçə saniyə eninə-uzununa gərnəşəndən sonra qapılarını açdı. Dəqiqələrdir, his-pası ilə ağciyərimə əziyyət verən qızıldiş qadın tər iyini də qoltuğuna vurub çıxdı vaqondan. Nəfəsim rahatlandı...

Yeni sərnişinlər halallıq almadan özündən qabaqkı yolçuların oturacaqlarda qoyub getdiyi istiyə sahib çıxırdılar. Özünü güc-bəla vaqona dürtən qızın çantası qaldı qapı arasında. Qapı ilə əlləşməyin faydasız olduğunu anlayıb hamının eşidəcəyi səslə maşinisti söydü. Qatarın qapıları bu yekəlikdə tərbiyəsizliyi sinirə bilməyib heç kəsdən həya eləməyən qızın çantasını layları arasında bərk-bərk sıxmaqla hirsini soyudurdu sanki. Yardımsevər vətəndaşların yardımı sayəsində çantasına qovuşan xanım siçan tutmuş pişik ədasıyla gəlib oturdu mənimlə üzbəüz. Sağ əli ilə üz-gözünə dağılan saçlarını dəstələyib kürəyinə atanda bayaqdan qatara çaxnaşma salan qızın üzünü aydın görə bildim. Çirkin idi. Alnıyla çənəsi arasındakı məsafə o qədər yaxın idi ki, elə bil, bütün gözəllərin daşı düşmüşdü bu qızın başına. Çantasından çıxardığı telefonu ağzına aparıb ucadan, amma sakitləşdirici tonda “Çatıyorum da, aşkım” deyəndə üst dodağı burnunun çəpərinə kimi çirmələndi.

Növbəti stansiya “İçərişəhər” idi. Tutacaqdan ikiəlli yapışan qız, qatarın qapıları açılan kimi “aşkına” tez-bazar yetişmək üçün hamını arxada qoyub cumdu eskalatora.

...Eskalatorun başında qızın cansız bədəninin ətrafına xeyli adam cəm olmuşdu. Orta yaşlı bir kişi ağlaya-ağlaya özünü didib-tökürdü: “Vallah mənim günahım yoxdu. Bu xanım məndən iki pillə qabaqdaydı. Eskalatordan çıxanda tərəddüd elədi. Mən də özümü saxlaya bilməyib daldan dəydim rəhmətliyə.”

Çoxlarının ürəyi özünə haqq qazandıran kişiyə yansa da mənim qəlbim eskalatordan istifadə edə bilməyib həyatıyla vidalaşan qıza yanırdı. Əgər vaxtında kimsə bu qıza “Şəhərin parkında-bulvarında, küncündə-xəlvətində yüz oyundan çıxmamışdan əvvəl eskalatora minib-düşməyi öyrən” desəydi, indi vəziyyət belə ağrılı olmazdı...

# 2211 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #