Aqşin

Aqşin
5 sentyabr 2014
# 12:51

Qan Turalı yazır…

Biz yeni bir həyata başlamışdıq.

Yeni xəyallar arxasındaydıq.

Yeni duyğular kəşf etmişdik

Amma adını qoya bilmirdik.

Əski dünya bütün xarabalığı ilə arxamızda qalmışdı.

Bütün duyğular yenidən doğulmuş, zaman dəyişmişdi.

Aqşin gəldi və biz Aqşinin şeirləri ilə sevməyə başladıq.

Aqşinin şeirləri ilə darıxdıq.

Əzab çəkdik.

Tənha adamın hekayəsini Aqşinin şeiriylə yaşadıq.

Onun şeirləri ilə “kənd”ə getdik.

“Şəkil”lərə baxdıq.

Darıxmağa ithaf olan ömürlərimizə məna gəldi.

Həyatımıza şeir gəldi.

Küçəmizə şeir gəldi.

Və Aqşinin arxasınca küçələrimiz şeirlə doldu.

Bu gün Aqşin 37 yaşa keçdi.

57-yə də keçəcək, Musa Yaqubun qoşa dəryaz dediyi 77-yə də.

Həmişə bizimlə olacaq, həmişə şeirlə olacaq, həmişə heyrətləndirəcək, həmişə ad qoya bilmədiyimiz duyğularımızın Dədə Qorqudu olacaq.

# 4353 dəfə oxunub

Oxşar xəbərlər

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
#
#
# # #