Koronavirusun bizə keçdiyi dərs

Koronavirusun bizə keçdiyi dərs
26 mart 2020
# 12:16

Baş verənlər mənə gah yuxu kimi gəlir, gah da özümü hansısa epidemiyanın yayılmasından bəhs edən fəlakət filmində hiss edirəm. Bununla belə özümü motivasiya edə bilən biriyəm və koronavirusa başqa tərəflərdən baxmağa çalışıram.

Milsaçün, müsbət tərəf odur ki, insanlar evlərinə yığışandan, istehsalat azalandan hava xeyli təmizlənib, təbiət insandan nəfəs alır. Ekologiya naziriliyimizin təzəlikcə keçiridyi monitorinqlərə görə, Bakı və Abşeronda havanın çirklənməsi ötən günlərlə müqayisədə xeyli azalıb. Eyni hal digər ölklərdə də müşahidə edilir. Ən təsirli hadisələrdən biri isə Venesiya kanallarında uzun illərdən sonra delfinlərin peyda olmasıydı.

Təbiətin böhranına səbəblərdən biri heş şübhəsiz ki, insanın istehlak tutqusudur. Qodarın diliylə desək, əgər masamdakı külqabı istifadə üçün yararlıdırsa, onun müxtəlif dizaynlarla istehsalının nə anlamı? Çünki müasir insanı məzmun düşündürmür, o, forma aludəçisidir.

Koronavirusun səbəb olduğu başqa maraqlı tərəf, ən kritik situasiyalarda insanların mahiyyətinin açılmasıdır. İtaliyada sakinlər bir-birinə mahnı oxumaqla dəstək verməsi ilə, Böyük Britaniyada ac qalacağından qorxaraq qısa müddətdə ərzaq dükanlarını boşaltması ilə gündəmə gəlir. Nəticədə əhalinin daha ucuz ərzaqlarla qidalanan qismi problemlə üzləşir. Çünki aztəminatlı vətəndaşların ehtiyat ərzaq almağa maddi imkanları yoxdur. İmkanı olanlar isə əsasən kasıbların daha çox istifadə etdiyi makaronları, konservləşdirilmiş şorbaları “çırpşdırırlar”. Kasıbları bu qidalarla yedizdirən xeyriyyəçi təşkilatların əməkdaşları britaniyalıları ehtiyatlı, düşüncəli olmağa səsləyib.

Və daha maraqlı bir hadisə baş verib. Koronavirusa yoluxan xəstələrlə işləyən tibb bacısı Don Bilbrou 48 saatlıq iş rejimindən sonra mağazaya şam yeməyi üçün ərzaq almağa gedəndə heç nə tapa bilməyib. Və belə bir video yayıb:

“Mən indi supermarketdən çıxdım. Nə meyvə, nə tərəvəz tapa bildim, hətta orada bir az da ağladım. Mən reanimasiyada tibb bacısı işləyirəm, elə indicə növbədən çıxmışam. Rəfləri boşaldanlar, sadəcə əsas ərzaqları alın. Və əl saxlayın! Çünki siz xəstələnəndə qayğınıza mənim kimilər qalacaq. Sadəcə bunu dayandırmağı xahiş edirəm”.

Video ölkədə müzakirələrə səbəb olub və səhiyyə xidmətinin rəhbəri buna görə hamının utanc hissi keçirməli olduğunu deyib.

Hadisə mədəni dəyərləri, demokratik ənənələri, təhsilinin, sosial institutlarının aşağı səviyyədə olan hansısa üçüncü ölkədə yox, inkişaf etmiş dövlətlərdən birində baş verir. Bəzən fərd sağ qalmaq uğurunda mübarizə ilə üz üzə qalanda - ibtidailiyi, instiniktləri önə çıxır. Sahib olduğu yüksək mədəniyyət, dəyərlər belə əhəmiyyətini itirir.

Vəziyyət ingilis yazıçısı Uilyam Qoldinqin XX əsr qərb ədəbiyyatının əhəmiyyətli əsərlərindən sayılan “Milçəklər tanrısı” romanını xatırladır. İngiltərədən olan bir qrup uşaq təyyarə qəzası nəticəsində kimsəsiz adaya düşür. Uşaqlar vəziyyətdən çıxış yolu kimi qanunlar tətbiq edirlər. Onlardan biri qaydalara tabe olmaq istəmir və uşaqlar iki dəstəyə ayrılır: bir tərəfdə qaydalara riayət edənlər, digər tərəfdə isə dağıdıcı qüvvələr. Roman insanın vəhşiyə çevrilməsi prosesini göstərir, çətin şərtlərdə, yaşamaq uğrunda mübarizədə fərdin əsl üzü ortaya çıxır. O, ya iradə tapıb instinktlərinə, qaranlıq tərəflərinə qalib gəlir, ya da ona məğlub olur. Əsərin bir epizodunda uşaqlardan biri ingilis olması ilə öyünərək, məhz buna görə adada sivil qaydalar yarada biləcəyinə inanır. Ancaq hadisələr əksini göstərir və Qoldinqin özünü ali xalq sayan ingilislərə ironik münasibəti duyulur. İndi “Milçəklərin tanrısı” başqa versiyada təkrarlanır...

Koronavirs bir anda, texnoloji inqilablara imza atan, daha böyük iddialara düşən insanı kiçikləşdirdi, zavallılaşdırdı. Onun fonunda çox şey əhəmiyyətini itirdi. Önəmli olan isə odur ki, bu dönəmdə və bundan sonra insanlarda mənəvi, istehlak dəyərlərinin yenidən dəyərləndirilməsi baş verəcəkmi?

# 3224 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #