Dilimizdə üslub yaratmaq olmur

Dilimizdə üslub yaratmaq olmur
10 aprel 2020
# 10:11

Azərbaycan dilində bədii üslub yaratmaq çətin məsələdir. Çünki ruslar (imperiya siyasəti) dilimizin öz üslubunu zədələyiblər.

Bu günlərdə eyni mövzuda təsadüfən ingilis, fransız və Azərbaycan yazıçısının cümləsi ilə tanış oldum; gəldiyim nəticə: Ruslar Azərbaycan dilinin köpək dişlərini çıxarıblar. Ona görə də bizim dil mövzunu qoca kimi ya əng dişləri ilə əzib diri-diri udur, ya da qabaq dişləri ilə çeynə-tüpür edib həzmə göndərir. Azərbaycan yazıçısının üslubu özünün deyil, oxucunun beynində yaranır, oxucunun xəlvətində, gizlinində. Bu dilin köpək dişləri yenidən çıxmalıdır. Üslubu yaradan dilin köpək dişləridir, yəni ifadələrin konkretliyi, sərrastlığı.

Bu olmadığı üçün bədii əsərlərimizin böyük əksəriyətinin üslubu çorəyi adi suda isladıb damağı ilə çeynəyən qocanın miskinliyini xatırladır.

Çağın inkişafını imperiyanın adına çıxmaq kölə təfəkkürünün siptomudur. Mən Azərbaycan dilinin potensialına şübhə etmirəm, bu potensialın onun əlindən alındığını, Azərbaycan şair və yazıçılarının bununla razılaşdığını deyirəm. Nəsiminin dili səviyyəsindən Qabilin dili səviyyəsinə düşən bir dil faciəsindən danışıram. Belə şeyləri şəxsiləşdirmək doğru deyil.

Bu gün bizim dilin başına gələnlər bir vaxtlar indi dünya dili sayılan ingilis dilinin də başına gəlmişdi. Normandiyalılar Britaniyanı işğal edəndən sonra ingilis dilini kəndlərə, əyalətlərə qovdular. İşğal altında olan ölkənin elit dili fransız dili oldu. Bəs bu dili kim, yaxud nə xilas etdi? Şekspirmi, rus demiş, net. İngilis dilini XIV əsrdə Avropaya yayılan, “Black Death” (qara ölüm) deyilən məşhur vəba epidemiyası xilas etdi.

Bu epidemiya fransız dilli elitanı və latın dilli dini burjuanı qırdı. Ucqarlarda yaşayan ingilislər və ingilis dili sağ qaldı. Şekspir isə ədəbiyyata kənddə sağ qalan ingilis dilini gətirdi, kəndin özünü gətirmədi. Bizimkilər bunun əksini etdilər, kəndə sıxışdırılmış dili deyil, kəndin özünü mövzu kimi ədəbiyyata gətirdilər. İmperiyanın kəndlərə sıxışdırdığı o canlı, qanlı Azərbaycan dili yenə də kəndlərimizdə yaşayır və ədəbi dilimizə yuxarıdan aşağı baxır. Kəmərli kəndində heç bir qazaxlı Səməd Vurğunun dilində danışmır, düşünmür.

# 4980 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #