Ay Zaurun lazımsız həqiqətləri

Ay Zaurun lazımsız həqiqətləri
5 aprel 2011
# 11:41
Türk televiziyalarının xəbər proqramlarını izləyəndə informasiya təcavüzünə məruz qalıram.

Az sonra xəbər proqramlarından aldığım informasiyaların çoxunu unuduram.

Unudulanlar gərəksiz informasiyalardır.

Daha dəqiq desəm, gərəksiz həqiqətlər.

Xəzər televiziyasında yer alan “Ay Zaur” verilişi gərəksiz həqiqətlərlə doludur.

“Ay Zaur”un qonaqları əksər teleproqramlarda olduğu kimi müğənnilər, xanəndələr, meyxanaçılardır.
Axı teleaparıcıların intellekti və dünyagörüşü müğənnilərin savadı ilə düz mütənasibdir.

Teleproqramın aparıcısı Zaur Kamal verilişində yetənə yetir, yetməyənə daş atır, zor-xoş onların ailə həyatlarının alt qatlarına soxulur.

Bu Zaur Kamalın televiziyada yaratıdğı imicdir.

Yuxarıdakı sətirləri yazanda yadıma düşdü ki, Zaur Baxşəliyevin də belə imici var: O da verilişlərində insanların şəxsi həyatına soxulur, ağlına gələn sualları verir.

Qisası, Zaurlara elə şərait yardılıb ki, efirdə istənilən davranışı sərgiləmək, mahiyyətinə varmadan istədikləri ifadəni demək iznləri var.

“Ay Zaur”un növbəti qonağı müğənni Şəbnəm Tapdıq idi.

Zaur Kamal adətinə uyğun olaraq müğənniyə şəxsi - nədən ailə qurmaması ilə bağlı xeyli ədəbsiz suallar ünvanladı.

Sonra evini gəzib anasının otağına dürtülməyə cəhd göstərdi.

Sonda zor-xoş anasını məcburən kamera qarşısına çıxartdı.

Çəkilişdən kənar anasının Ş.Tapdıqın qardaşı ilə münasibətinin soyuq olmasını kamera qarşısında bəyan etdi.

Yersiz bəyanatı ilə də müğənninin anasını pis vəziyyətdə qoydu.

Daha sonra otağa Ş.Tapdıqın atası şair İlyas Tapdıq daxil oldu. Müğənni operatordan kameranı bir neçə dəqiqəlik söndürməyi rica etdi.

Operator təbii ki, kameranı söndürmədi. Tamaşaçı operatorun “peşəkarlığı” sayəsində Ş.Tapdıqı atası ilə əsəbi intonasiyada olan söhbətinə qulaq kəsildi.

Mənimsə beynimdə bir sual hərlənirdi: Zaur Kamal bununla nə demək istəyir?

Indi guya o, hansısa fövqəladə həqiqəti üzə çıxardıb?

Ş.Tapdıqın ailəsindəki münasibətlərinin, ərə gedib getməməyinin hansı ictimai yükü və əhəmiyyəti var?

Cəmiyyətin- onun üçün gərəksiz olan bu həqiqəti bilməyində hansı fayda var? Bəlkə var? Ya mən xəbərsizəm.


Zaur Kamal üçün etika anlayışı, müsahibinin hisslərini nəzərə almaq mədəniyyəti və alicənablığı mövcud deyil.

O, sözsüz ki, ədəbsiz, birbaşa sualları ilə cəsarətlidir. Amma....

Türk tanışlarımdan biri deyir ki, Erdoğanın cəsarəti cahilliyə əsaslanır.

Fərq ondadır ki, Zaur Kamalın cəsarəti nəinki cahildir, üstəgəl lazımsız və boşdur.

(Yeri gəlmişkən, Erdoğandan bu müqayisəyə görə üzr istəyirəm).
# 8274 dəfə oxunub

Oxşar xəbərlər

İndiki şeirimizdə uğultu var

İndiki şeirimizdə uğultu var

12:40 22 mart 2025
Azərbaycanlılar heç vaxt müsəlman olmayıb

Azərbaycanlılar heç vaxt müsəlman olmayıb

10:00 21 mart 2025
Qələbəmizi urvatdan salan qazilər

Qələbəmizi urvatdan salan qazilər

15:00 11 mart 2025
Qənirə Paşayevanın övladları var, qoy hamı bilsin

Qənirə Paşayevanın övladları var, qoy hamı bilsin

15:49 7 mart 2025
Xalq artistinin saxtakarlığı

Xalq artistinin saxtakarlığı

14:25 6 mart 2025
"10 dəqiqədən artıq baxa bilmədim"

"10 dəqiqədən artıq baxa bilmədim"

13:15 6 mart 2025
# # #