Folkner köləliyi
4 may 2011
12:32
«Başlanğıcda söz vardı....» İohandan gələn «İncil»1. 1.
"Folkner sözün Allahıdır!" - Jan Pol Sartr
«Yazıçıya iqtisadi sərbəstlik lazım deyil. Ona qələm və kağız lazımdır» - Uilyam Folkner.
Ədəbiyyat dünya qədər qocadır. Hətta əbədiyyət qədər qocadır. Dünyanın başlanğıcından, yəni Adəm cənnətdən qovulan gündən başlayaraq, insanlar söz yaratmaqla məşğul olublar və bu günə qədər dünyadan gəlib-keçən hər kəs içində özünü ədəbi yaradıcılıqla ifadə etmək nisgili yaşayıb. Amma hər kəs nə qədər istəməsindən asılı olmayaraq varlı ola bilmədiyi kimi, özünü ədəbiyyatda təsdiq də edə bilmir.
Folknerə qədər dünya ədəbiyyatı minlərlə dahini tanımışdı.
Folknerdən sonra da tanıdı. Bütün ədəbiyyat dahiləri içində Uilyam Folkneri istisnasız dahi edən bir xüsusiyyət var. Folknerdə fitri olan çox az şey vardı. O özü-özünü yaratmışdı və o qədər mükəmməl yaratmışdı ki, bu mükəmməliyin qarşısına keçmək, ya da bu mükəmməlliyi təkrar etmək istisnasız imkansızdır.
Folkner dünyanın ən çətin oxunan yazarlarındanbiridir. Başlanğıcda onun romanlarını oxumaq adama o qədər yorucu və darıxdırıcı gəlir ki...Amma özünü işgəncəyə məruz qoymağı bacaran oxucu sonunda özünümükafatlandırır. Onun «Hay-küy və hiddət»ni, ya da «Avessalom, Avessalom»ını, ya da lap elə «Malikanə» trilogiyasını və hətta sıradanbir hekayəsini oxuyub bitirən hər kəsin içindən böyük Füzulinin bir beyti keçir:
«Heyrət, ey büt, sürətin gördükdə lal eylər məni»...
Folknerin yaradıcılığı o qədər mükəmməldir ki, onun əsərlərində bir dənə də olsun artıq nöqtə, ya da vergül tapmaq mümkün deyil. Birinci cümlədən sonuncu cümləyə qədər hər şey düşünülüb. Hər şey cilalanıb və sistem olaraq yerləşdirilib. Yəni Folkner birinci cümləni yazarkən sonuncu cumlənin nə olacağını bilirdi.
1949-cu ildə Folknerə “Nobel” mükafatı veriləndə onu Amerikada kifayət qədər tanısalarda, elə də şöhrət sahibi deyildi. Hansı ki, o zamana qədər ən məşhur əsərlərini yazmışdı. Amma daha çox yüngül əsərlər arxasınca qaçan amerikan oxucusu Folkner yaradıcılığının ağırlığına dözə bilmirdi. İnsan ruhunun əzablarından və işcəncələrindən yazan Folkner oxucularına əzab və işgəncə verirdi. O insan ruhunu acımasızcasına qazırdı və qazdıqca daha da dərinliklərə enirdi. Bu anlamda Folkner yaradıcılığı bir ekskovatoru xatırladır. İnsan ruhunu bütün dərinliyinə qədər qazan bir ekskovator.
Ona görə də Folkneri daha çox “köhnə dünya”da tanıyır və sevirdilər. Hələ 30-cu illərdən başlayayraq Folkner Avropada çox məşhur idi və o, bu şöhrətini Avropada yalnız Heminqueylə paylaşırdı. Hansı ki, bütün aspektlərdə Heminquey Folknerlə müqayisədə sıradan bir yazardı. Ona görə də Folknerin “Nobel” mükafatını alması çox təbii bir şey idi və bu günə qədər bu böyük ədəbiyyat mükafatlarını alanların içində Folkner bəlkə də yeganə yazardır ki, bütün aspektlərdə bu yüksək mükafata layiq idi.
Amma Folkner o qədər hər şeyin fövqündə idi ki, “Nobel”i əhəmiyyətsiz sayırdı.
1949-cu ildə Nobel mükafatı laureatları elan edilərkən Folkner dostları ilə birlikdə donuz ovuna getmişdi. Axşam qab yumaqla məşğul olan yazara, dostlarından biri, «İndi birisi sənə “Nobel” mükafatı aldığını söyləsə, nə edərsən?» deyə soruşurkən, Folkner, «Ondan sadəcə qabları yumaqda mənə kömək etməsini istərdim» cavabını vermişdi.
Hətta sonradan Folkner “Nobel” mükafatını almağa belə getmək istəmirdi. Amma dostlarının israrlı xahişlərinə rəğmən o, Norveçə yola düşdü və “Nobel”i almaq üçün kürsüyə çıxaraq “mən inanıram ki, İNSAN QALİB GƏLƏCƏK” dedi.
* * *
Folknerin yaradıcılığı Tanrı yaradıcılığının eynisi idi. Tanrı yaratdığı insanlarının əzab və işgəncələrinə baxaraq hər nə qədər iztirab çəkirsə, Folkner də yaratdığı insanların əzab və işgəncələrinə baxaraq bir o qədər iztirab çəkirdi. Alber Kamyu ilə Parisdə ilk və son dəfə görüşdükdən sonra Kamyu yazmışdı: «Mən onun gözlərinin dərinliyindəki kədər və iztirabdan dəhşətə gəlmişdim».
Folkner öz yaradıcılığında Tanrının yaratdığı bir özəlliyi də yarada bilmişdi. O bütün yaradıcılığı boyunca özünün yaratdığı Yoknapotafa əyalətindən kənara çıxmadı. Məsələ burasındadır ki, hər nə qədər Tanrının yaratdığı sonsuz kainat heç bir varlıq tərəfindən işğal oluna bilməyəcəyi kimi, Folknerin yaratdığı Yoknapotafa əyaləti də heç bir yazıçı tərəfindən işğal oluna bilməz.
Folknerin yaradıcılığı ona görə mükəmməl və möhtəşəmdir ki, onun yaratığı insan Tanrının yaratdığı insan qədər köməksiz, cılız və eyni zamanda möhtəşəm, əzabkeş və əzakeş olduğu qədər də günahkardır. Amma Folkner yaratdığı bütün insanlarının günahlarını bağışlayırdı - Tanrı kimi. Folkner yaratdığı bütün insanlarını sevirdi - Tanrı kimi. Və Folkner yaratdığı bütün insanlarına inanırdı. Tanrı öz bəndələrinə inandığı kimi.
* * *
Dahilərdən biri söyləyib: “Böyük taleyi yaratmaq üçün böyük qul olmaq lazımdır”. Folkner bütün yaradıcılığı boyunca özü-özünü yaratmışdı. Bir dəfə uğursuz yazıçıları ifadə edərkən söyləmişdi: «Çoxları uğursuzluqlarını iqtisadi imkansızlıqlarla bağlayır. Amma adamın içinə şeytan dolmuşsa, o yazacaq».
Folkner gündəlik çörək pulunu çıxarmaq üçün Hollivuda ssenarilər yazaraq qazanırdı. Və tam bir spartalı idi. Bir spartalı özünə qarşı necə davranırdısa, Folkner də yaradıcılığına elə yanaşırdı. Hər gün istisnasız səhər saat səkkizdə yazı stolunun arxasına keçir, axşam saat 6-ya qədər çalışardı. Bəzən bir gün ərzində 3-4 çap vərəqi yazar, bəzən bir cümlə yazardı, bəzən isə bütün iş günü müddətində bir cümlə belə yazmazdı. Elə ona görə də ömrünün sonlarına yaxın söyləmişdi: «Dahilik qalın kitablar yazmaq deyil, dahilik gündə 10-12 saat masa arxasında oturmaqdır».
Folkner hər gün özü-özünü yaradırdı, hər bir vintini yaradır, sonra da cilalayırdı. Və elə ona görə də o bütün ömrünü, öz taleyini yaradan böyük bir qul olaraq yaşadı.
MÖHTƏŞƏM BÖYÜK QUL...

1482 dəfə oxunub
Oxşar xəbərlər
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?
13:14
14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə
15:00
26 avqust 2024