Dünya bir qadın ədalətinə möhtacdır...

Dünya bir qadın ədalətinə möhtacdır...
30 aprel 2011
# 18:57
1945-ci il aprelin 30-da Adolf Hitlerlə bərabər onun arvadı Yeva (Həvva) Braun da intihar etdi. Özüdə bu tarixdə deyildiyi kimi Hitlerin yox, Yevanın (Həvvanın) hadisəsi idi. Hitler daha qlobal missiyada sadəcə bir vasitə olub...

Nə gözəl missiya...

Bir vaxtlar Adəmin əlindən tutub Çənnətdən çıxmış Həvva sonradan Hitlerin əlindən tutub Cəhənnəmə girdi...

Həvva bu məşhur intihardan cəmi iki gün əvvəl Hitlerlə evlənmişdi. Və çox yaxşı bilirdi ki, bu gün-sabah onu hansı aqibət gözləyir. Amma bununla belə izdivaca getdi və vaxtı da çatanda Hitlerlə birlikdə o dünyaya yollandı. Niyə?

Doğrudanmı Hitlerin arvadı olaraq tarixə düşmək üçün? Bu qədər bəsitmi?

Bəlkə Həvvanın bundan ötrü daha ciddi səbəbi var idi. Bəlkə Həvva sadəcə bu dünyanın Cənnətini Cəhənnəmə döndərən Hitlerə o dünyanın Cəhənnəmini Cənnətə çevirtdirəcəyinə əmin idi?...

Məntiq çox sadədir (nə qədər mistik olsa belə):

Həvvanın qadın təhriki ilə Hitler Cəhənnəmi Cənnətə döndərir. Sonra Həvva yenə də qadağan olunmuş almanı yeyir və onlar birlikdə Cənnətdən bura qovulurlar. Yəni yer üzünə. Və Həvva yenə də nəticədən asılı olaraq növbəti intiharadək sakitliyə çəkilir...
Hitlersə başqa qiyafədə və başqa adla dünyaya sahib olmaq missiyasını davam etdirir...

Qalır bircə aydınlaşdırmaq. İndi kimdi o? Hər halda nə Müəmmar Qəddafi, nə də Bəşər Əsəd deyil. Çünki həm Hitlerin dünyaya tək sahib olmaq, həm də Həvvanın dünyanı xilas etmək missiyaları üçün onlar çox balaca, yəni sadəcə öz xalqına ağalıq eləmək istəyən məxluqlardı...

Deməli bu gün rəngindən və irqindən asılı olmayaraq dünyaya 5-3 nəfər kimlər ağalıq etmək istəyirsə, Hitler onlardan biridir. Axı Həvva dünyanın birinci kişisinin qadını olmaq haqqını bərpa etmək üçün məhz bu iddia ilə yaşayan kəsli ilə gedib geri qayıda bilərdi...

Bu Həvvanın Allah tərəfindən verilmiş haqqıdır. Çünki bir vaxtlar bu dünyanın tək sahibi məhz Həvvanın əri olub. Adəm. Özü də onun sayəsində...

O vaxtdan kim bilir bu qadın kimlərlə Cəhənnəmə gedib qayıdıb. Və Hitler onların neçəncisidir. Dünyanın gedişindən bəlli olan yalnız odur ki, bu proses hələ xeyli davam edəcək. Ta ki, Həvva istəyinə çatanadək...

Məntiq çox sadədir (və mistik deyil):

Dünya yalnız bir kişi tərəfindən idarə ediləndə əminəmanlıq olacaq. Hətta o kişi tiran olsa belə. Yetər ki, yanında ədalətli bir qadını olsun...

Həvvanınsa ən böyük günahı sadəcə icazəsiz alma yemək olub...

İndi gəl düşünmə ki, hər tiran öləndə hardasa bir qadın intihar edir. Əgər əlbəttə ki, o tiranı öldürüb özü də qətlə yetirilən qadın olmursa...
# 5379 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #