"Daonu bilmirsənsə romanı oxumamalısan?"
20 sentyabr 2012
13:41
İşlə əlaqədar iki günlük rayona getməli oldum. Qayıdıb gördüm ki, anamla yoldaşım şpaklyovka ilə boya alıb əvvəlcə mətbəxin divarlarındakı uçmuş, nəm vurub xarab eləmiş yerləri, qaz pilətəsinin üstünü, qapının ağzındakı uçuqları suvayıb üstündən yeni rəngdə boyayıblar. Artıq qalan boya ilə də pilləkəni, hamamın tavanını rəngləyiblər. Üstəlik alüminium tozu alıb hamamdakı kolonka ilə evdəki qaz sobasını da rəngləyiblər. Mən elə yolda olanda zəng edib bu “şad xəbər”i verdilər. Gəlib gördüm ki, mənim olmamağımdan istifadə edib kişisiz evdə gəlin-qaynanana əməlli-başlı iməclik qurublar.
Aylardan bəri hər həftə sonu anamla yoldaşım hamamın qapısında divarın uçuq yerini göstərib ora şpaklyovka çəkmək üçün mənə dil-ağız edirdilər. Mən də hər dəfə “gələn həftə” deyib yubadırdım. İki ildən çox idi mətbəxin divarları rənglənmirdi.
Mən evdən çıxan kimi mənim görməli olduğum bu işi özləri ediblər. Usta gözü ilə mətbəxin divarlarına, şpaklyovka olunmuş yerlərə baxdım. Başladım nöqsan axtarmağa; fırçanın yeri qalıb, haşiyələri düzgün, səliqəli çəkməmisiz, şpaklyovkanı təzək kimi yaxmısız.
Məndən tərif gözlədikləri halda işlərində nöqsan axtarmağım xoşlarına gəlmədi. Küsdülər.
Biz beləyik, hər işdə diqqətəlayiq şeyləri üzə çıxartmaqdan çox, nöqsanları qabartmağa çalışarıq. Odur ki, aşağıdakı “naqisliyim”ə görə də məni qınamayın.
***
Etimad Başkeçidin “Min yol mənə söylər” romanının arxa qabığında əvvəlcədən xəbərdarlıq edilir: “Romanda həyati daosizm motivləri bədii işarə sisteminin elementləri qismində çıxış edir və qəhrəmanın özü dao-yol arxetipinin relikt cizgilərini daşıyır. Bu dövrün epik mənzərəsini tamamilə fərqli baxış bucağından təsbit etməyə imkan verir...”
Bu məlumat həm oxucuya köməklik edib əsərə hansı baxış bucağından yanaşmağı tövsiyə edir, həm də əvvəlcədən özünü sığortalayır. Qədim şərq fəlsəfəsini bilmədiyin üçün əsərdəki incə nüansları dərk etməmisənsə, günah sənin özündədir.
Buna görə müəllifi əsəri oxucudan çox “uzaq”da tutduğuna görə qınamaq yersizdir. Selincerin “Banan balığının asan ovlanan günü ” hekayəsi sizə çox sadə gələ bilər. Əsər isə qədim hind ədəbi konsepsiyalarına nəzərən yazılıb. Qlasslar ailəsi haqqındakı digər səkkiz hekayələrin hər birinin alt qatında zen-buddizm fəlsəfəsi gizlənib.
Qədim Şərq fəlsəfəsini bilmədən Selincerin əsərlərindəki rəqəmlər sizin üçün eləcə rəqəm olaraq qalacaq. Onların verdikləri mənaları, dolayı bağlılıqları, əsərdəki simvolların açılışını bilməyəcəksiz.
Etimadın romanının birinci hissəsi pritçavari bir sonluqla bitir. Oxucuya elə gəlir ki, roman elə bu cür pritçalarla da bitəcək. Bu variant çox uğurlu alınardı. Təəssüf ki, ikinci, üçüncü hissələrdən sonra oxucu yanıldığının şahidi olur.
Qəhrəman atası ilə qatarla Moskvaya gedir. Moskvaya çatanda bələdçi onlardan mələfələri yığmağı tələb edir. Ara pörtləşir, bələdçi görür ki, çox dirəşsə ata-bala onu basıb döyəcəklər.
Onda qəhrəmanın atası ona sual verir ki, doğru de, səni heç döyüblər? Bələdçi cavabında atasının onu uşaqlığında çox döydüyünü deyir.
Qəhrəmanın atası: “ Görürsən, deməli adamı döyməklə adam eləmək mümkün deyil.”
İstər-istəməz oxucuda belə bir fikir yaranır: “ Belə əclafı uşaqlıqda da döyərlər, böyüyəndə də”
Amma əsərin sonuna yaxın müəllif bu fikri buddist rahiblərinə mənzəyən Yuranın timsalında darmadağın edir.
Xərçəng xəstəliyindən əziyyət çəkən və sayılı günləri qalan Yura Edikə bir əhvalat danışır:
-Bir dəfə Saşaya bütün dəm-dəsgahı ilə birlikdə qatar aldım. Uşaq hər axşam qabağıma qaçıb o qatardan almağım üçün yalvarırdı. Axır heç olmasa uşağın könlünü şad etmək üçün boğazımızdan kəsib həmən qatarı aldm. Səhəri gün axşam gəldim ki, Saşka ağlayır. Çöldə oyanayarkən qatar maşının latında qalıb xurtxəşil olub. Hirslənib qayışı belimdən çıxartdım. Uşağı o ki var döyməyə başladım. Uşaq “Ata nolar vurma bir daha eleməyəcəm, nolar” dedikcə daha şiddətlə vururdum.
Anası ilə nənəsi bədəni qara-qançır olmuş uşağı güclə atanın əlindən alırlar. Ölüm ayağında olan Yuranı həyatda bundan başqa narahat edən heç nə yoxdu.
Yura çox qəribə, maraqlı obrazdır. Etibar ilk dəfə onu qaranlıq ayıltma məntəqəsində görür. “Orta yaşlarında, bəyaz köynək geymiş, saçlarını dibindən qırxdırmış bir kişi idi, döşəyin üstündə oturub arxasını divara söykəmişdi”.
Bu bədii portret oxucunun gözündə gecəni ayıltma məntəqəsində keçirən bir rus əyyaşını deyil, əsl buddist rahibini, Dalay Lamanı canlandırır. Doğurdan da əsər boyu Yura Edikə elə əsl rahiblik, quruluq edir. Onunla bəzən oxucunu yoran, bədiiyyatdan çox elmiliyə varan fəlsəfi söhbətlər edir.
Oxşar səhnə Viktor Pelevinin “P nəsli” romanında da var. Vavilen Tatarskinin insanda hallusinasiya yaradan zəhərli göbələyi yeyəndən sonra buddist rahibi görkəminə girmiş tələbə yoldaşı ilə söhbəti olur.
Əsərin sujeti maraqlı məcraya girərkən (Etibarın Moskvada Sovetlərin dağıldığı bir zamanda məhrumiyyətlərlə dolu, etnik mənsubiyyətindən dolayı rastlaşdığı çətinliklərdən sonra birdən-birə Fortunanın üzünə gülümsəməsi- qəzetdə iş tapması, London səfəri, İrinadan uşağının olduğunu öyrənməsi) qəhrəman qəfildən hər şeyi atıb doğulduğu torpaqlara, vətəninə qayıdır. Oxucu Yuranın da, İrininanın da, hələ doğulmamış körpənin taleyindən də nigaran qalır.
Sanki roman yarıda qırılır, müəllif hadisələrin sonrakı axarını inkişaf etdirmək istəmir, əsəri yarıda kəsib qəhrəmanını bir yuxuya görə vətəninə yollayır. Qorki Adına Ədəbiyyat İnstitutunun məzunu onu “Moskva axşamı” qəzetində gözləyən karyera yerinə kəndə qayıtmağı seçir.
Bu sujet isə biz çox tanışdır. Rusiyada min bir məhrumiyyət bahasına özünə güzəran qurmuş, sarı saçlı bir rus qızı ilə ülfət bağlayıb oğul-uşaq sahibi olmuş, günün birində kənddən gələn bir zəngə görə oradakı həyatını yarıda kəsib doğulduğu torpaqlara qayıdan o qədər azərbaycanlı tanıyırıq ki.
Onların heç onda biri “Səni axtarıram” verilişində olmayıb.

1378 dəfə oxunub
Oxşar xəbərlər
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?
13:14
14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə
15:00
26 avqust 2024