Facebook ateistləri

Facebook ateistləri
14 avqust 2012
# 12:31
Azərbaycan gənclərinin özünüifadə prossesində xeyli çətinliklər görmək olar. Ölkəmizdə gənclər nə işlə məşğuldur? Bunun üçün heç bir böyük araşdırma aparmaq, sorğu keçirmək lazım deyil, sadəcə sosial şəbəkələrdəki davranışlara diqqət yetirsək, kifayətdir.

Mən özlüyümdə narahatlıq doğuran məqamları bir neçə kateqoriyaya bölmüşəm.

Bəzi gənclər özünü siyasət meydanına “atır”. Siyasi hadisələr haqqında bəlkə də özünə məxsus olmayan fikirlər səsləndirərək ətrafa varlığını, onun da bir fikri olduğunu göstərmək istəyir. Bu gənc siyasi, ən əsası da müxalif tərəflə tanış olursa, hadisələr həm şaxəli, həm də zəncirvari inkişaf edir. Gənc , bloggerdən tutmuş siyasi məhbusluğa qədər yol qət edə bilir.

Universitetə daxil olandan sonra bəzilərinin təsirinə düşərək indiyə qədərki dini düşüncələrini bir kənara qoyub özünə “ateist”, “deist” və s. kimi dinə zidd adlar qoyanlar da var. Söz yox ki hər kəsin fikri ayrıdır və buna hörmət olunmalıdır. Hətta deyə bilərsiz ki, burda qəribə heç nə yoxdur, insanın fikri dəyişə bilər.

Detallara varsaq, əgər gəncin ehtiyacı dostdursa və dost qazanmaqda problemi varsa, özünə yaxın düşən ilk insanın fikirlərini mənimsəməyə başlayacaq ki, həmin insana yaxınlaşsın. Çoxlarınız qəbul edərsiniz ki, Azərbaycandakı ateistlərin çoxu heç aqnostizm pilləsini keçməmiş facebook ateistləridir.

“Dahilər” kateqoriyası var ki, onlar yuxarıda qeyd etdiklərimdən daha az ziyan verən və nisbətən daha səmimi olanlardır. Həmin gənclər əskəriyyətlə razılaşmır, daima fərqlənmək naminə gah nala , gah mıxa vurur. Bunun səbəbi isə məncə, onların psixoloji problemləri ilə bağlıdır. Əvvəllər heç kimdən fərqlənməyən və hədd-buluğa çatıqdan sonra bunu özünə problem edən gənc ətrafındakılardan fərqlənmək istəyir, bu səbəbdən də fərqli fikirlər söyləyir. Onlar az tanınan müəlliflərin sözlərini paylaşır, qəribə musiqilər dinləyir, tamamilə fərqli aksesuarlardan istifadə edirlər. Həmin insanlar daha çox, içki və siqaretlə şəkil çəkdirməyi xoşlayır.

Yazdıqlarım gənclərin hamısına aid deyil. Siyasi cəhətdən aktiv, siyasi mövqeyi vicdan məsələsi kimi qəbul edən, Tanrı, din haqqında çoxsaylı araşdırmalardan sonra müəyyən qənaətə gələn, bundan sonra ateist olan, kitab oxumaqdan gözləri zəifləyən, xüsusi musiqi zövqünə malik gənclər də var.
# 5208 dəfə oxunub

Oxşar xəbərlər

Rusbaşların menyusunu yox, başını dəyişmək lazımdır

Rusbaşların menyusunu yox, başını dəyişmək lazımdır

12:00 4 iyul 2025
İsanın möcüzəsi

İsanın möcüzəsi

12:00 26 iyun 2025
16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
# # #