Hər yerdə olan qohumlar
13 iyul 2012
07:00
Bizim hər zaman söykənə biləcəyimiz bir divara, o da olmasa bir budağa, o da yoxsa, cəhənnəm, bir çomağa ehtiyacımız var. Çoxumuzun hərbi hissələrdən birində zabit olan uzaq qohumumuz var, hər məktəbdə bir qonşumuz, ya qonşumuzun qohumu, xalası qızı, dayısı oğlu işləyir. Uşağımız oxuyan universitetdə müəllimlərdən biri mütləq bizim kəndimizdəndir. Biz bu uzaq, yad adamlara çox arxalanaraq, işin-gücün başını bacardığmız qədər buraxa bilərik.
Akvariumda yaşayan balıqların bir çoxunun maraqlı xüsusiyyəti olur. Öyrəşdikləri sudan çıxarılıb başqa bir mühitə girdiklərində şoka düşüb ölürlər. Bizim adamlar da ölkədən çıxmaqdan bu qədər qorxurlar. Nəinki ölkədən, doğma kənddən, rayondan, qəsəbədən ayrılmaq bizim üçün çətindir. “Hekayəti Müsyo Jordan və Dərviş Məstəli şah” əsərində Şahbaz bəyi Parisə elm dalınca getməyə qoymamaqlarının elə bir səbəbi də bu deyildimi?
Biz məktəbə gedəndə anamız bizə deyib: “Bala, arxayın ol, məktəbdə işləyən qapıçı Tamara xala nənəmin bacısının nəvəsidir, qoymaz sənə güldən ağır söz deyələr”. Bəlkə də elə təkcə qapıçı Tamara xalaya görə valideynlərimiz bu məktəbi seçmişdi. Tamara xalanın hesabına biz dəfələrlə dərsə gecikmişik, dərsdən qaçmışıq, Tamara xalaya da göz vurub uzaq qohumluğumuzu yada salmışıq, Tamara xalanın da əlinə fürsət hardan düşəcək öz qohumluq borcundan çıxsın?
Yadımdadır ki, mən məktəbli olanda peyvənd vurmağa gələn tibb bacılarının arasında atamın bibisi qızı da vardı. Mən bütün uşaqlar kimi iynədən qorxurdum, ağlayıb özümü yerə sürtürdüm. Atamın bibisi qızına yalvarırdım ki, “ay bibi, qadan alım, de də onlara, bibimsən, gəlib evimizdə iynəni vuracaqsan”. ... Bibim olası bu qadın da guya mənə yaxşılıq edirdi, alırdı məni tibb bacılarının əlindən, bütün sinif mənə qibtəylə baxırdı. Amma heç vaxt bibim olası o qadın gəlib evdə mənə peyvənd vurmurdu. İşi-gücü başından aşırdı, mən hardan yadına düşəcəkdim?
Haradasa bir adamımız olanda biz ona ancaq o məqsədlə yanaşırıq ki, eyiblərimizi ört-basdır eləsin, işimizi yola versin, onun hesabına qanunu pozaq.
Yaxşı yerdə qohumları işləyən oğlanlarla, qızlarla evlənməyə can atırıq ki, o yazıq qohumları yaxşı yerdə işləməklərinə peşman eləyək.
Mən indi qorxuram ki, birdən biz ildırım sürətiylə artıb çoxalaq, qəfil əlli milyonluq bir millətə çevrilək. Onda neyləyərik, ay aman? Qohumlarımız, kəndçilərimiz itib batacaqlar, biz yad mühitə düşən akvarium balıqları kimi şoka düşərik ki... Halbuki, o qədər mehriban, bir-birimizi yola verə-verə yaşayırıq... Hətta evimizə girən oğrular da öz tanışlarmızdı, “uzağa niyə gedirəm, elə burda qohumum, tanışım dura-dura” deyirik... “Tutulanda da üz-üzdən utanar, ya buraxarlar, ya da oğurladığımı bəxşeyiş edərlər”.
Böyük şəhərlərin qələbəliklərində azmaq, tanımadığım dalanlardan çıxış axtarmaq kimi bir əyləncə üçün darıxdım. “Yenə bu şəhərdə üz-üzə gəldik, neyləyək, başqa bir şəhərimiz yox...” – pıçıldaya-pıçıldaya.
Azərbaycandan ya zəlzələdən, ya vəlvələdən mühacirət edən yazıçılarımız bütün yazılarını gətirib elə yerli saytlarda, yerli mətbuatda çap edirlər. Onlara təəccüb edirəm. Əlinə fürsət düşə, sən akvariumdan çıxıb okena qovuşasan, yenə akvariuma can atasan. “Qurd öz meşəsində ac qalmaz” deyimi hamımızın düşüncələrinə hakimdir. Yazdığımız zibil də olsa, “özümüzünkülərdir, ətimizi yesələr də, sümüyümüzü atmazlar” deyibən, əcnəbilərin qarşısına çıxmağa ürək eləmirik, qorxuruq ki, bu akulalar bizim kimi akvarium balıqlarını hop udalar. Məncə, qoy udsunlar, axı onların qarnında da öyrənməli çox şey var, bəlkə qılıncımız iti oldu, yarıb çıxdıq?!
Uşaqlıqdan rus dilində danışmağa kompleksim vardı, elə bilirdim sözü düzgün tələffüz etməyəcəyəm, mənə gülüb ələ salacaqlar. Doğrudan da belədir, televizora çıxıb Azərbaycan dilində danışa bilməyən adamların qüsuru bizim üçün gülməli deyil, amma kimsə rus dilində ləhcə, ya dialektlə danışanda həmişə gözümçıxdıya salmışıq. Ruslara qarşı köhnə yaltaqlığımız hələ də çox güclüdür. İndiki ağlımla deyirəm, əşi, qoy ələ salsınlar da, əsas odur ki, danışasan.
İndi ara-sıra televizora çıxarıb Azərbaycan dilində dindirdikləri çinli, yapon tələbələri görəndə onların heç bir kompleks keçirmədən çin, yapon “azərbaycanca”sında danışdıqlarına paxıllıq edirəm.

1413 dəfə oxunub
Oxşar xəbərlər
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?
13:14
14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə
15:00
26 avqust 2024