Günahkar atalar, xilaskar oğullar

 Günahkar atalar, xilaskar oğullar
19 iyul 2011
# 11:35
Süleyman Rəhimovun oğlu Şamo Ariflə Rəsul Rzanın oğlu Anar arasındakı mübahisə gedərək şiddətlənir. Hələlik Anarın məsələyə bir başa müdaxiləsi olmasa da, Şamo Arifin dediyi kimi barmağı məsələnin içindədi.

Hər ikisi ötən əsrki ədəbi tariximizə işıq tutmaq, gerçəkləri üzə çıxarmaq üçün yox, öz atalarının xilası üçün danışırlar. Başqa bir mövzuda Süleyman Rəhimova “dədə” deyib ucaldacaq insanlar indi onun paxırını açmaqdadırlar.

Ardıcıl deyişmələrdən də hiss olunur ki, bəzən hər hansı bir tarixi faktı qəsddən şişirdir, təhrif edirlər.

Bu ədəbi deyişmənin bizə faydası nədir?

Birincisi, yaxşı olardı ki, tarixin gerçək üzünün açılması, bir zaman bütləşdirdiyimiz şəxsiyyətlərin gerçək, insani keyfiyyətləri üzə çıxsın.

İkincisi, bu tarixi faktlar iki oğulun münaqişəsi qismində aydınlanmasın. Və oğullar atalarının qara səhifələrini örtbasdır etməyə çalışmasınlar.

Onsuz nə Anar, nə də Şamo Arif atalarının xətalarını ört-bas edə bilməyəcəklər, neft suya qarışmayıb üzünə çıxdığı kimi, tariximizin bütün qaranlıq səhifələri üzərinə bir gün işıq düşəcək. Buna nə Anar qarşı çıxa biləcək, nə Şamo Arif, nə də bir başqa oğul.

Üçüncüsü, Anar da, Şamo Arif də nə qədər cəhd etsələr də, atalarını müdafiə edə bilməyəcəklər. Deyilənə görə, Qiyamətdə nə ata oğulun, nə də oğul atanın yerinə cavab verə biləcək. Süleyman Rəhimov, Rəsul Rza, Mehdi Hüseyn, Süleyman Rüstəm və daha kimlər, kimlər haqqında tarix öz qiymətini verəcək. Oğulların əl-ayağa düşməsinə gərək yoxdur.
Onlar, o ağır illərdə min bir yolla ayaqda durmağa çalışmış onlar, hər nə cür olursa olsunlar, bizimdirlər, bizim tariximizdirlər. Onlara ən dürüst qiyməti bizlər verəcəyik, oğullar yox!!!

Bir dəniz günü

İsti yay günlərində məzuniyyət götürüb şəhərdən çıxa bilməyənlər üçün həftəsonları dənizə getmək də kafidi.

Dəniz, qum, qızmar günəş, adamı oxşayan həzin külək. Bunlar hamısı çox yaxşıdı, romantikdi. Bir də kiçik kafe sahibləri var çimərlikdə. Bu da çox yaxşı.

Necə deyərlər hərə bir cür qazancını çıxardır. Amma bu qazanc da gərək insanların rahatını pozmadan qazanılsın.

Məsələn, çətiri, çardağı dənizə dincəlməyə gələn adama baha qiymətə satsa belə, bir saat sonra çimərlik paltarında olan adama yaxınlaşıb ondan icarə pulunu istəməsin. Yaxud, çayı, pivəni, nə bilim daha nələri müştəriyə sırımağa çalışmasın.

Ticarət, illah da xidmət sektoru sahibkardan xüsusi nəzakət, həssaslıq tələb edir. Belə şeylər aldatmaqla, kəf gəlməklə olmaz.
Birinin çimərlik paltarında olması onun “mağara adamı” olması anlamına gəlməz ki, aldatmağı fürsət biləsən.
# 3167 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #