Dünyanın ən qəribə sənət əsərləri nədən bəhs edir?

Dünyanın ən qəribə sənət əsərləri nədən bəhs edir?
18 aprel 2023
# 16:00

Kulis. az dünyanın 10 ən qəribə sənət əsərini təqdim edir.


1. Fontan – 1917

1917-ci ildə fransız rəssam və heykəltəraş Marsel Düşan tərəfindən yapılan bu heykəl bir unitazın “R Mutt” adı ilə imzalanmasından ibarətdir. Sənətçi bu əsərlə sənət dünyasının istiqamətini dəyişib.

Nyu Yorkdakı Azad Rəssamlar Birliyinin açılışında nümayiş olunması üçün hazırlanan əsər ilk başlarda göndərildiyi komitə tərəfindən rədd edilib. Komitəyə görə, “Fontan” sənət əsəri deyildi. Sənətkar isə əsər haqqında belə düşünürdü:

“Məqsədim gözəlliyi və çirkinliyi ilə birlikdə heç bir xüsusiyyətinə görə diqqətimi çəkməyən bir obyekt seçmək idi. Elə bir obyekt ki, baxanda heç bir əlaqə qura bilməyəsən”.

Düşan digər əsərlərində olduğu kimi “Fontan”da da özünə və başqlarına “Sənət nədir?” sualını verirdi. Eyni zamanda, bir sənət əsərinin hansı meyarlara sahib olmalı olduğunu sərt tənqid eləyirdi. Nəticədə, onun bu tənqidi müasir sənətdə əsərə olan baxış bucağını kəskin şəkildə dəyişdirərək yeni dövrün “memarı” oldu.

Dünyanın En Tuhaf 10 Sanat Eseri - dergiCE.com

2. Divara yapışdırılmış banan – 2019

Provokativ əsərləri ilə tanınan Maurizio Kattellanın bu əsəri bir müasir incəsənət qalereyası tərəfindən təşkil olunan auksionda 120 min dollara satın alınıb. Həmçinin rəssam alıcıya banan xarab olanda eləməli olduğu şeyləri mərhələ-mərhələ başa salan bir kitabça da verib. Qalereyanın qurucusu Emanuel Perrotin 3 hissədən ibarət olan “Komediyaçı” adlı bu əsərin bəşəriyyətə hansı mesajları ötürdüyünü açıqlayıb. Əsər beynəxalq ticarətin simvoludur. Sənətçi əşyaları həzz və tənqid vasitəsinə çevirməkdə istedadlıdır. Əsər sənət əsəri olmaqdan çox, sənət əsərinə çevrilmiş adi bir əşya kimi tanınıb.

Dünyanın En Tuhaf 10 Sanat Eseri - dergiCE.com

3. Piss Christ - 1987

Amerikalı fotoqraf və rəssam Andreas Serranonun 1987-ci ildə bitirdiyi bu sensasiyalı əsər müasir rəssamlığın ən heyrətamiz nümunələrindəndir. Əsərdə fotoqrafın sidiyinin içinə salınmış kiçik plastik çarmıx təsvir olunub. Əsər Amerika mədəniyyətinin ölümcül tənqididir. Əsas tənqid mövzuları xaçın və İsanın dəyərsizləşdirilməsi, İsanın təlimlərindən eqoist maraqlar üçün istifadə olunmasıdır. Rəssam əsəri ilə İsanın bəşəriyyət üçün çəkdiyi iztirablarını əks etdirmək və onun simvolik dəyərinin mahiyyətini hər kəsə xatırlatmaq istəyib. Ancaq planlandığı mənanın əksinə, rəsm böyük qalmaqala səbəb olub. Hətta xristian icmalarında nifrət yaradan əsər bir neçə sərgidə hücumlara məruz qalıb.

Sanat Tarihi Platformu

4. Ziyafət – 1979

Cudi Çikaqonun 1979-cu ildə bitirdiyi bu əsər kəskin tənqidlərlə üzləşib. Feminist əsər olan “Ziyafət”də üçbucaq formasında olan böyük masada 998 boşqab və süfrə təsvir olunub. Hər boşqab tarixin istiqamətini dəyişdirən bir qadını təmsil edir. Süfrələrdə qadınların adları yazılıb, bir-birindən fərqlənən boşqablarda isə vaginanı xatırlatması üçün hazırlanan naxışlar var. 5 il Bruklin muzeyində nümayiş olunan əsərdə sadəcə 1 kişinin adı var. Bu yunan heykəltəraş Kresilasdır. Onun adı qızıl hərflərlə əsərə salınıb. Korneliya Parker isə əsərə başqa rakursdan baxıb. Ona görə, Çikaqo vaginanı kobud formada vurğulayıb və tarixi dəyişdirən qadınlardan çox öz eqosunu ön plana çıxarıb.

Dünyanın En Tuhaf 10 Sanat Eseri - dergiCE.com

5. “Öz” seriyası – 1991

Dünyanın ən qəribə və maraqlı 10 əsəri arasında “Öz” tərkibindəki materiallara görə ən ekstremallardandır. İngilis rəssam Mark Kuin tərəfindən 1991-ci ildə ilk modeli dizayn olunan və hələ də bitməyən bu əsər seriyası silsilə avtoportret modellərdən ibarətdir. Kuin hər 5 ildən bir 5 ay boyunca topladığı 5 litr qanını silikon bir qəlibin içində işləyərək büstünü düzəldib və “Öz” seriyasını yaradıb. İstehsalında istifadə olunan materialların narahatedici olmağına görə tez-tez tənqidlərə tuş gəlsə də, avtoportret janrına yeni baxış bucağı gətirdiyi üçün bəzi sənət dairələrində maraqla qarşılanıb. Seriyanın məqsədi heykəltəraşlıqda orijinallıq axtarmaq olub.

Dünyanın En Tuhaf 10 Sanat Eseri - dergiCE.com

6. Müqəddəs Bakirə Məryəm – 1996

Kris Ofilinin “Sensation” adlı sərgisinin ən mübahisəli və tənqidi əsəri olan “Müqəddəs Bakirə Məryəm” təhrif olunaraq yaradılmış orijinal Məryəm ifadəsindən ibarətdir.
Rəssam tablonu hazırlayarkən məqsədli şəkildə narahatedici materiallardan istifadə edərək insanların diqqətini əsərin mahiyyətinə yönəltmək istəyib. Fil nəcisindən, pornoqrafik şəkillərdən ibarət kollajdan, qatrandan, xəritə sancaqlarından və bir çox digər qeyri-adi materiallardan istifadə edən Ofili təkcə maddi seçimləri ilə deyil, həm də Məryəmi qara rəngə boyayan ilk rəssam olması ilə ictimaiyyət arasında rezonans yaratmağa müvəffəq olub. Fiqurun ətrafına kəpənək şəklində olan vaginalar yerləşdirilib. Əsər 1999-cu ildə Nyu Yorkda nümayiş olunanda o dövrün meri tərəfindən “iyrənc” olaraq dəyərləndirilərək məhkəməyə verilib. Mer məhkəməni uduzsa da, sərginin dünyanın bir çox muzeyindəki nümayişini ləğv etdirməyi bacarıb.

Dünyanın En Tuhaf 10 Sanat Eseri - dergiCE.com

7. Sülalə vazasını sındırmaq – 1995

Siyahımızda sıra Çində milli məsələyə çevrilən 3 şəkillik bir seriyaya gəldi. Orijinal adı “Dropping a Han Dynasty Urn” olan bu seriya çinli aktivist Ai Veyvey tərəfindən yaradılıb. Veyvey 2000 ildir Çin mədəniyyətində xüsusi yeri olan bir vazanı sındırır. 3 sadə, amma təsirli fotoşəkillə ümumiləşdirilən bu tarixi və qeyri-adi məqam Düşamın “Fontan”ı kimi sənət meyarlarına tənqidi baxış orataya qoyur. Sənətçi nümayişdən sonra qarşılaşdığı tənqid selinin qarşısına isə Mao Tszedunun bu sözləri ilə çıxıb:

“Yeni bir dünya yaratmağın yeganə yolu köhnənin məhv edilməsidir”.

Veyvey özündən sonra onlarla sənətçi üçün ilham qaynağı olub. Sərgilərə antik Çin əşyaları ilə gələnlər bu əşyaları hamının gözünün qabağında sındıraraq sənətçiyə dəstək olublar.

Dünyanın En Tuhaf 10 Sanat Eseri - dergiCE.com

8. Xərçəng telefon – 1936

Salvador Dalinin sürrealist əsərlərindən biri olan “Xərçəng telefon” sənəntçinin ən qeyri-adi əsərlərindədir. Dali əsərlərində istifadə etdiyi sürrealist düşüncəni yəhudi əsilli Avstriya nevroloqu Ziqmund Freydin nəzəriyyəsi ilə əsaslandırıb. Əsərin arxasında duran əsas ideya Dalinin 1936-cı ildə nəşr olunan “Salvador Dalinin gizli həyatı” adlı kitabında açıqlanıb. Dali telefonlar və xərçənglərdən bəhs etdiyi mətndə belə deyir:

“Mən bir restoranda xərçəng sifariş eləyəndə niyə bişirilmiş bir telefonun servis edilmədiyini başa düşmürəm”.

Gipsdən hazırlanmış xərçəng fiqurunun adi telefonda təqdim edildiyi əsərin cəmi 11 variantını hazırlayan Dali onlardan beşini rəngli, altısını isə ağ rəngdə hazırlayıb. Bütün əsərlər sürrealist sənət əsərləri kolleksioneri Edvard Ceyms üçün yaradılıb.

Dünyanın En Tuhaf 10 Sanat Eseri

9. Kempbellin şorba konservləri – 1962

Pop art hərəkatının dünyada ən böyük nümayəndəsi olan Endi Uorhol tərəfindən 1962-ci ildə tamamlanan “Kempbellin şorba konservləri” 32 kətandan ibarət olan bir rəsm seriyasıdır. Əsər hazırlandığı dövdə fəaliyyətdə olan Campbell Soup Company tərəfindən buraxılan 32 növ şorba qabının illustrasiyalarından ibarətdir. Populyar mədəniyyət üzərində uğurlu tənqid olması səbəbi ilə ABŞ pop sənətində əhəmiyyətli bir simvol olmaqla birlikdə tez-tez təqlid olunub. Əsərdəki bir-birinin oxşarı olan konservlər pop mədəniyyətində yer alan hər şeyin əvvəlkinin təkrarı, təqlidi olmasını göstərir. Abstrakt ekspressionizm hərəkatının baxış bucağı ilə hazırlanan rəsmlər əvvəlcə təhqiramiz olduğu üçün tənqid edilsə də, sonradan bir çox pop ulduzunun rəsmləri əsasında hazırladığı əsərlərlə dünya səviyyəsində qəbul edilib.

Dünyanın En Tuhaf 10 Sanat Eseri - dergiCE.com

10. Dondurulmuş köpək balığı – 1991

1991-ci ildə tamamlanan əsər “Gənc ingilis rəssamları” cəmiyyətinin əsas rəssamlarından olan Demian Herstə aiddir. Orijinal adı “Yaşayan adamın ağlındakı ölümün fiziki qeyri-mümkünlüyü” olan bu əsər formaldehidlə doldurulmuş akvariumda yerləşdirilmiş canlı köpək balığının nümayişindən ibarətdir. 90-cı illərdə ingilis incəsənətini ikonik şəkildə təmsil etdiyi düşünülən əsərin əsl qiyməti tam açıqlanmasa da, müxtəlif mənbələrdə 8-12 milyon dollara satıldığı düşünülür. Ölüm anlayışını orijinal və narahatedici formada vurğulmaq istədiyini deyən Herst əsərlə ağıl yaşadığı müddətcə fiziki ölümün mümkün olmadığı fikrini çatdırıb.

Dünyanın En Tuhaf 10 Sanat Eseri - dergiCE.com

# 3386 dəfə oxunub

Müəllifin son yazıları

# # #