Haluk Bilginer ikinci dəfə Emmi mükafatına namizəddir

Haluk Bilginer ikinci dəfə Emmi mükafatına namizəddir
20 sentyabr 2024
# 13:30

Türkiyəli aktyor Haluk Bilginer ikinci dəfə Emmy mükafatına namizəd olub.

Kulis.az xəbər verir ki, o bu dəfə "Şəxsiyyət" serialının ikinci mövsümündə göstərdiyi performansa görə Emmi mükafatlarında "Ən yaxşı aktyor" nominasiyasına namizəd olub.

Qeyd edək ki, dünən Beynəlxalq Televiziya, İncəsənət və Elmlər Akademiyası tərəfindən 2024-cü il Beynəlxalq Emmi mükafatlarına namizədlər açıqlanıb. 14 kateqoriya üzrə 56 namizəd mübarizə aparacaq.

Namizədlər mükafatlandırma mərasimindən əvvəl 22-24 noyabr tarixlərində Nyu Yorkda keçiriləcək xüsusi tədbirlərdə bir yerə toplaşacaq. Qaliblər noyabrın 25-də keçiriləcək 52-ci Beynəlxalq Emmy mükafatlarının Qala mərasimində elan olunacaq.

# 94 dəfə oxunub

Müəllifin son yazıları

# # #