Küləklər sığal çəkər şəhərin səssizliyinə – Ulucay Akifdən yeni şeir

Ulucay Akif, şair

Ulucay Akif, şair

19 iyul 2022
# 14:00

Kulis.az Ulucay Akifin “Ömrün xırmanı” şeirni təqdim edir.

(dostum Fərid Hüseynə ithaf olunur)

şərtini şumda kəsmədiyimiz ömrün xırmanındayıq
bundan sonra günəş çıxmasa da olar
yağış yağsa da olar

indi ömrümün iyirmi yeddi rəfində hamı yerbəyerdi
bundan sonra dost itirməsəm də olar
düşmən qazansam da olar

küləklər sığal çəkər şəhərin səssizliyinə
daha gündüzlər uzanmasa da olar
gecələr qısalsa da olar

mən elə bilirdim hamının Allahı var bu yer üzündə
daha Allah heç kimin olmasa da olar
hamının olsa da...

# 3106 dəfə oxunub

Müəllifin son yazıları

# # #