"Nizami" operası Gəncədə nümayiş edildi

"Nizami" operası  Gəncədə nümayiş edildi
16 sentyabr 2024
# 13:30

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə şəhərində dahi Azərbaycan şairi və mütəffəkiri Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş "Nizami günləri" layihəsinin təntənəli bağlanış mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, 11-15 sentyabr tarixlərində keçirilən layihənin sonuncu günü Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdimatında Nizami məqbərəsinin önündə görkəmli bəstəkar, Xalq artisti Əfrasiyab Bədəlbəylinin "Nizami" operası nümayiş etdirilib.

Tamaşanın bədii rəhbəri, Azərbaycan Respublikasının Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli çıxış edərək "Nizami günləri" layihəsini yüksək qiymətləndirərək layihənin nəinki Gəncə, ölkəmiz üçün mədəni hadisəyə çevrildiyini vurğulayıb.

"Nizami" operasında Əməkdar artistlər Ramil Qasımov (Nizami), İnarə Babayeva (Rəna), Tural Ağasıyev (Lal), solistlər Mahir Tağızadə (Atabəy), Taleh Yahyayev (Qızıl Arslan), Elmir Rüstəmov (Sərkərdə) çıxış ediblər.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Əməkdar artist İnarə Babayeva, dirijoru Əməkdar artist Əyyub Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu baletmeysteri Əməkdar artist Yuriy Lobaçevdir.

Beş gün davam edən “Nizami günləri” layihəsi möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.

# 2095 dəfə oxunub

Oxşar xəbərlər

Ömrün səhnəyə həsr edilən 70 ili... - - O, nə vaxt teatr rəssamı olmaq qərarına gəlmişdi?

Ömrün səhnəyə həsr edilən 70 ili... - - O, nə vaxt teatr rəssamı olmaq qərarına gəlmişdi?

15:00 7 may 2026
Xırdalan sakini Merilin Monro və Puşkinlə necə üz-üzə gəldi? – Yeni absurd tamaşa

Xırdalan sakini Merilin Monro və Puşkinlə necə üz-üzə gəldi? – Yeni absurd tamaşa

14:47 7 may 2026
“Şekspir”  Bakı səhnəsində

“Şekspir” Bakı səhnəsində

16:32 6 may 2026
Kuklaçılar sığınacaq sakinlərinin qonağı oldu

Kuklaçılar sığınacaq sakinlərinin qonağı oldu

15:13 6 may 2026
Ağdam Teatrında yeni tamaşanın məşqlərinə başlanıldı

Ağdam Teatrında yeni tamaşanın məşqlərinə başlanıldı

12:50 29 aprel 2026
"Zəncirlənmiş Prometey"  Milli Dram Teatrının səhnəsində

"Zəncirlənmiş Prometey" Milli Dram Teatrının səhnəsində

10:18 29 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər