"Mən Feyerbaxam"ın premyerası keçiriləcək

"Mən Feyerbaxam"ın premyerası keçiriləcək
31 oktyabr 2024
# 14:30

2 noyabr, saat 19:00-da Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında "Mən Feyerbaxam" adlı monotamaşanın premyerası keçiriləcək.

Teatrın mətbuat katibindən Kulis.az-a verilən məlumata görə alman dramaturqu Tankret Dorstun eyniadlı pyesi əsasında hazırlanan "Mən Feyerbaxam" adlı monotamaşa Əməkdar artist Şövqi Hüseynovun təqdimatında nümayiş olunacaq.

Bir hissəli səhnə əsərinin bədii tərtibatçısı Şövqi Hüseynov, musiqi tərtibatçısı Zaur Rəşidov, işıq rəssamı Vadim Kuskov, fənd quruluşçusu İsa Əsədovdur.

Səhnə əsərində Əməkdar artist Şövqi Hüseynov iştirak edəcək.

Feyerbax adlı aktyor uzun illər ruhi xəstəxanada yatdıqdan sonra müalicə olunub yenidən çox sevdiyi teatra qayıtmaq qərarına gəlir. O, aktyorluğa həvəslidir və teatrı bir nemət kimi qəbul edir. O, aktyorların yoxlanılması və 7 il əvvəl teatrda itirdiyi əsl simasına qayıtmaq üçün yenidən səhnəyə çıxır. Vaxtilə birgə işlədiyi rejissorları görmək ümidi ilə səhnəyə çıxsa da, qarşısında onları görməz.

Tamaşa zahirən seçim imtahanı kimi görünsə də, daha dərindən bir aktyorun yaşadığı problemlərdən, o problemlərlə mübarizəsindən və mübarizədəki tənhalığından bəhs edir.

Qeyd edək ki, monotamaşa ölkəmizdə keçiriləcək monotamaşa festivalı üçün nəzərdə tutulub.

# 1935 dəfə oxunub

Oxşar xəbərlər

“Yalnız mədəniyyət”  adlı musiqili tamaşa nümayiş olundu

“Yalnız mədəniyyət” adlı musiqili tamaşa nümayiş olundu

18:20 6 mart 2026
Valeh Kərimov uzun fasilədən sonra səhnədə

Valeh Kərimov uzun fasilədən sonra səhnədə

17:40 6 mart 2026
Azərbaycanlı rejissorun tamaşası Moskva səhnəsində

Azərbaycanlı rejissorun tamaşası Moskva səhnəsində

16:30 6 mart 2026
Kuklaçılar premyeraya hazırlaşır

Kuklaçılar premyeraya hazırlaşır

15:00 6 mart 2026
Lənkəranda sənət hadisəsi - "Gəlinlik paltarı"nın səhnə təntənəsi

Lənkəranda sənət hadisəsi - "Gəlinlik paltarı"nın səhnə təntənəsi

13:00 6 mart 2026
Naxçıvan Dövlət Milli Dram Teatrının builki repertuar planı təsdiqləndi

Naxçıvan Dövlət Milli Dram Teatrının builki repertuar planı təsdiqləndi

11:13 6 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər