“Cənnətə bilet” tamaşası nümayiş olundu

“Cənnətə bilet” tamaşası

“Cənnətə bilet” tamaşası

10 noyabr 2021
# 16:30

Zəfər Günü münasibətilə Bakı Uşaq və Gənclər Teatrı 2 rayonda rəsmilərin, şəhid ailələri və qazilərin iştirakı ilə “Cənnətə bilet” tamaşası nümayiş olunub.


Kulis.az bu barədə xəbər verir ki, tamaşanın ilk premyerası Suraxanı rayonunda keçirilib.

Tamaşada Suraxanı Rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov, millət vəkili Etibar Əliyev, Yeni Azərbaycan Partiyasının Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, rayon ictimaiyyəti, şəhid ailələri və qazilər iştirak edib.

Daha sonra tamaşa Sabunçu rayonunda nümayiş olunub. Tamaşadan əvvəl Sabunçu Rayon İcra Hakimiyyətinin ictimai siyasi və humanitar şöbəsinin müdiri Ədalət Teymurov, millət vəkilləri Rauf Əliyev və Vüqar İskəndərov çıxış edib. Tamaşanın müəllif və rejissoru İlhamə Əhmədovadır. Tamaşa torpaqlarımızın azadlığı uğrunda öz canından, qanından keçən qəhrəman oğullarımıza, şəhidlərimizə ithaf olunub. II Qarabağ müharibəsində baş vermiş hadisələrdən qaynaqlanıb. Ailəsinin qürurla döyüşə yola saldığı qəhrəmanımız üçün keçirdikləri narahatlıq tamaşada öz əksini tapıb.

Şəhid qəhrəmanın 2 övladı öz babalarından atalarının cənnətdə olduğunu eşidirlər. Amma uşaq təfəkkürləri ilə "bilet alaraq cənnətə gedib" ataları ilə görüşməyin mümkünlüyünü düşünürlər. Bunun üçün atalarının yanına getməyə bilet almaq üçün pul yığırlar. Bir ailənin timsalında hər birimizin qələbə üçün keçirdiyimiz sevinc, müharibədəki şəhid olan oğullarımızçün keçirdiyimiz qürur dolu kədər öz əksini tapıb.

# 4352 dəfə oxunub

Oxşar xəbərlər

Kventin Tarantinodan ilk teatr tamaşası

Kventin Tarantinodan ilk teatr tamaşası

10:30 21 avqust 2025
“Romeo və Cülyetta” əsəri qeyri-adi quruluşda...

“Romeo və Cülyetta” əsəri qeyri-adi quruluşda...

10:30 4 avqust 2025
“Axirətdən gələn zəng” tamaşası yeni quruluşda

“Axirətdən gələn zəng” tamaşası yeni quruluşda

18:37 14 iyul 2025
Aydın Talıbzadə:  "O, sovet hökumətinin köləsidir..."

Aydın Talıbzadə: "O, sovet hökumətinin köləsidir..."

09:00 8 iyul 2025
Kukla Teatrı “Sirli dolça”nın premyerasına hazırlaşır

Kukla Teatrı “Sirli dolça”nın premyerasına hazırlaşır

14:00 2 iyul 2025
 “M.S.S”  tamaşasının premyerası keçirildi

“M.S.S” tamaşasının premyerası keçirildi

17:10 1 iyul 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər