“Ağıldan kəm Jurden” tamaşasının premyerası baş tutdu

“Ağıldan kəm Jurden”  tamaşasının premyerası baş tutdu
15 iyul 2026
# 14:30

Şuşa Dövlət Musiqili Dram Teatrında Mixail Bulqakovun “Ağıldan kəm Jurden” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası baş tutub.

Kulis.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Anar Babalı, rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, xoreoqrafı Amil Əhmədov, musiqi tərtibatçısı Asyaxanım Heydərova, işıq tərtibatçısı Kənan Məmmədovdur.

Obrazları aktyorlar Nazir Rüstəmov (Əməkdar artist), Xanirə İsgəndərova, Mətanət Eres, Dürdanə Dünyamalıyeva, Təranə Əliyeva, Emin Sevdiməliyev, Sürahi Əliməmmədova, Cavid Cavadzadə, Hamlet Qənbərov, Mobil Qurbanov, Rəhimə Məmmədova, Orxan Abışov və Azər Məmmədov ifa ediblər.

Teatrın repertuar və dramaturgiya üzrə mütəxəsisi Xaqani Əliyev tamaşa haqqında fikilərini "Kulis"lə bölüşüb:

“Ağıldan kəm Jurden” tamaşasının əsas konfliktini, Molyer teatrının aktyoru Jurdenin özünü zadəgan kimi göstərmək arzusu ilə sosial mahiyyəti arasındakı ziddiyyətlər təşkil edir.

Əsli-nəcabətindən utanan və olmadığı kimi görünməyə çalışan, düşüncəsi və tərbiyəsi imkan vermədiyi halda, ali təbəqəyə mənsub olduğunu sübut etməyə çalışan Jurdenin bu əlçatmaz istəyi ətrafında gülüş doğuran hadisələr baş verir. O titulların, yalançı şöhrətin arxasınca qaçaraq sağlam düşüncəsini itirir, mənsub olmaq istədiyi “elit” cəmiyyətin fırıldaqçıları tərəfindən aldadılır və axmaq insanın düşə biləcəyi vəziyyətlərə düşür.

Rejissor Anar Babalı M. Bulqakovun “pyes içində pyes” ideyasına sadiq qalaraq “tamaşa içində tamaşa” qurmaqla, Jurden obrazı vasitəsi ilə, mənsub olmadığı "yuxarı təbəqəyə” kor-koranə heyranlığı, saxta aristokratlığı, mənasız dəb düşkünlüyünü və insanın varlı və nüfuzlu görünmək naminə özünü aldatmasını, nəyin bahasına olursa olsun “elit” təbəqəyə “soxulmaq” istəyini önə çıxarır və qrotesk janrında tənqid edir. Rejissor tamaşaçını tamaşadan sonrakı düşüncələrində aşağıdakı nəticəni çıxarmağa kökləyə bilir: İnsanın əsl dəyəri onun var-dövlətində və ya titduğu vəzifədə deyil, ağlında, mənəviyyatında və mənsub olduğu dairədəki insanlara qarşı olan davranışındadır “ .

# 923 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda  Beynəlxalq İncəsənət Festivalı  keçiriləcək

Bakıda Beynəlxalq İncəsənət Festivalı keçiriləcək

17:10 13 avqust 2026
"Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin..."  - Stanislavskidən aforizmlər

"Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin..." - Stanislavskidən aforizmlər

13:20 7 avqust 2026
Britaniyalı tanınmış dramaturq vəfat etdi

Britaniyalı tanınmış dramaturq vəfat etdi

15:40 5 avqust 2026
Musiqili Teatr  116-cı mövsümü başa vurdu

Musiqili Teatr 116-cı mövsümü başa vurdu

15:30 20 iyul 2026
Kukla Teatrı 94-cü mövsümə yekun vurdu

Kukla Teatrı 94-cü mövsümə yekun vurdu

12:27 18 iyul 2026
Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

12:52 17 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər