“Biz getdik dinozavrların arxasınca…”

“Biz getdik dinozavrların arxasınca…”
21 dekabr 2012
# 08:30

Mayyaların təqvimində 2012-ci il 21 dekabr tarixində dünyanın sonunun gələcəyi qeyd olunur. Son günlər dünyada ən aktual mövzulardan biri də budur. Hərçənd böyük elm mərkəzləri Yer kürəsinin taleyi ilə bağlı heç bir təhlükənin mövcud olmadığını dəfələrlə bildirsələr də “Mayyaların öncəgörməsi”nə inananlar da az deyil. Dünyanın müxtəlif yerlərində insanlar təhlükəsiz yerlər axtarışına çıxır, tədarük görürlər.

Biz də yazarlar arasında bu mövzu ilə bağlı sorğu keçirdik. Sualları və cavabları təqdim edirik.

Qan Turalı

Nə oxuyardız?

O günki qəzetləri.

Nə yazardız?

“Biz getdik dinozavrların arxasınca…”. Facebookda yazardım ki, hamı dərhal oxusun.

Kimlə görüşərdiz?

Ürəyim istədiyim qədər zaman ayıra bilmədiyim sevgilimlə- Sənubərlə…

Nə yeyərdiz?

Əzgil yeyərdim.

Hara gedərdiz?

Əli Bayramlıya.

Şərif Ağayar

Nə oxuyardız?

Nazim Hikmətdən bir şeir oxuyardım.
Nə yazardız?

“Allah günahlarımı bağışla”.
Kimlə görüşərdiz?

Sevdiyim xanımla görüşərdim.
Nə yeyərdiz?

Lahmacun – sevirəm, ayranla...
Hara gedərdiz?

Sevdiyimi qucaqlayardım - məkan önəmli deyil.
Və...

Və gözlərimi yumardım...

Seymur Baycan

Nə oxuyardız?

Quran oxuyardım.

Nə yazardız?

İki kəlmə: “Ay blin…”

Kimlə görüşərdiz?

“Səmavi sevgi” yazısını həsr etdiyim qızla görüşərdim.

Nə yeyərdiz?

Antrikot yeyərdim.

Kənan Hacı

Nə oxuyardız?

Vaxtilə anamın mənə və mənim ona əsgərlikdən yazdığım məktubları yenidən oxumaq istərdim.
Nə yazardız?

Yazmağa imkan olsaydı, bircə cümlə yazardım: “Heç olmasa, Sözü qoru, Allah!”
Kimlə görüşərdiz?

Qoy bu sirr kimi qalsın. 21 dekabrdan sonra qismət olsa, deyərəm.
Nə yeyərdiz?

Şərab içərdim…

Hara gedərdiz?

Doğulduğum kəndə.

Və...

Və sair və ilaxır.

Günel Mövlud

Nə oxuyardız?

İncili oxuyardım

Nə yazardız?

Son şeirimi yazardım

Kimlə görüşərdiz?

Dostlarla görüşərdim.

Hara gedərdiz?

Bir rus kəndinə gedərdim.

Nə yeyərdiz?

Gombul bir rus arvadın bişirdiyi blinləri yeyərdim

Və...

Və deyərdim ki… Elə bu?

Qismət

Nə oxuyardız?

Çox uzun zaman öncə yazdığım və zaman-zaman ümidsizliyə qapılanda dilimin altında özüm üçün vird elədiyim dualar var. Onlara tam mənada dua da demək olmaz, individual terapiya xarakterli sözlərdi. Onları oxuyardım yəqin.
Nə yazardız?

Hamıya ünvanlanmış bircə cümlə yazardım: Tanrı, hamımızı bağışlasın!
Kimlə görüşərdiz?

Yanlarında kədərlənməkdən utanmadığım, gülməkdən zövq aldığım bütün dostlarla, tanışlarla görüşmək istəyərdim.
Nə yeyərdiz?

Təndirdə bişmiş toyuq.
Hara gedərdiz?

Babamın məzarının üstünə.
Və…

Və Mustafa Subhi küçəsi 10-da, sakit bir küncə çəkilib gözləyərdim.

Aqşin

Nə oxuyardız?

Bütün oxuduqlarıma görə peşmanlıq hissi keçirərdim. Bu qədər kitab oxu ki, dünya düzəlsin, amma o da dağılır.
Nə yazardız?

Məktub. Bizdən sonrakı sivlizasiyaya vəsiyyət edərdim ki, gəlin gətirəndə siqnal verməyin.
Kimlə görüşərdiz?

Onsuz da hamı orda olacaq, xüsusi görüş təyin etməyə ehtiyac yoxdu.
Nə yeyərdiz?

Daha doğrusu, küpünəcən içərdim, deyilənə görə, cəhənnəmdə “zakuska” var, amma araq yoxdu.
Hara gedərdiz?

Sözsüz ki, cəhənnəmə...
Və...

Qalanı mənlik deyil.

Etimad Başkeçid

"Dünyanın dağılması" məzəli bir folklor janrıdır sadəcə. Amma dünyanın dağılacağı yəqinləşsəydi, ailəmi, anamı da götürüb kəndimizə gedərdim. Orda isə hamı necə, mən də elə.

# 6595 dəfə oxunub

Oxşar xəbərlər

"Arşın mal alan" Türkiyədə - Dilqəm Əhməd

"Arşın mal alan" Türkiyədə - Dilqəm Əhməd

15:00 22 fevral 2025
Stalinin “güllələnəcəksən”, “türmədə öldürəcəm” dediyi bakılı necə sağ qaldı?

Stalinin “güllələnəcəksən”, “türmədə öldürəcəm” dediyi bakılı necə sağ qaldı?

12:00 19 fevral 2025
Bicar -  Güney Azərbaycandan ayrı düşən şəhərimiz - Araşdırma

Bicar - Güney Azərbaycandan ayrı düşən şəhərimiz - Araşdırma

13:03 18 fevral 2025
97 nəfəri xilas edən pilot – Yusif Səmədoğlu nədən qorxurdu?

97 nəfəri xilas edən pilot – Yusif Səmədoğlu nədən qorxurdu?

09:00 18 fevral 2025
15 dəqiqəlik məhkəmə - Məxfi göstərişlərin qurbanı

15 dəqiqəlik məhkəmə - Məxfi göstərişlərin qurbanı

10:00 16 fevral 2025
Hər şeyin düzü var xatirələrdə... - Azər Turan

Hər şeyin düzü var xatirələrdə... - Azər Turan

10:00 9 fevral 2025
# # #