Eynşteyn niyə corab geymirmiş?

Eynşteyn niyə corab geymirmiş?
16 avqust 2017
# 21:03

10 saatdan çox yatmaq və corabsız gəzmək - bəlkə də dahi olmaq üçün bunlar kifayətdir.

Məşhur ixtiraçı Nikola Tesla hər gecə ayaq barmaqları ilə məşq edərdi. Yazıçı Marc J Seifer-ə görə o, hər ayağının barmaqlarını 100 dəfə sıxıb açmamış yuxuya getməzmiş. Tesla, bunun beyin hüceyrələrinə təkan verdiyini deyirdi.

20-ci əsrin ən məhsuldar riyaziyyatçısı Paul Erdos başqa növ təkanverici üsula əl atarmış: amfetamin. Beləliklə o, iyirmi saat işləyə bilirmiş.

Bir dəfə dostu ilə 500 dollarlıq mərcə girən Erdos bir ay amfetaminsiz qalmağa razı olur və mərci udur. Lakin dostuna şikayət edib deyir ki, "Sən riyaziyyatı bir ay dala atdın".

Nyuton isə bakirliyin özü ilə gətirdiyi faydalardan istifadə etməyi bacarıb. Tesla da bakir olub, amma sonralar bir göyərçinə vurulduğunu etiraf edib.

Tesla

Dünyanın əksər dahı simaları qəribə vərdişlərə sahib olublar. Pifaqorun lobya qadağasından tutmuş, Benjamin Franklin-in açıq havada çılpaq vanna qəbuluna qədər dahiliyə gedən yol, qeyri-adi adətlərlə zəngin olub.

Bəlkə bunlar ötəri faktlardır. Alimlər, zəkanın genetik əsaslı olmadığını getdikcə daha çox dərk edirlər. Son bir araşdırmaya əsasən, dahi beyinlərin 40%-i yetkin yaşda düşdükləri mühitə nəzərən formalaşır. İstər inanın, istər yox, bizim gündəlik vərdişlərimiz beyinimiz, onun quruluşu və düşüncə tərzimizə güclü təsir göstərir.

Tarixin ən böyük zəkaları arasında ən qəribə vərdişlərin sahibi Albert Eynşteyn hesab olunur.

Yuxunun beyin üçün nə qədər faydalı olduğu aydındır və görünür ki, Eynşteyn buna çox ciddi əməl edib. O, hər gün ən az 10 saat yatarmış. Dövri cədvəl, DNT quruluşu və Eynşteynin xüsusi nisbilik nəzəriyyələri kimi bəşər tarixinin ən radikal nailiyyətləri, deyilənlərə görə ixtiraçıları yuxuda olarkən yaranıb. Bəs bu nə dərəcədə doğrudur?

Fizik Niels Bohr ilə

2004-cü ildə Almaniyanın Lubeck Universitetinin alimləri bu ideyanı sadə bir təcrübə ilə sınaqdan keçiriblər. Əvvəlcə onlar könüllülərə rəqəm oyunu öyrədiblər. Oyunu daha yaxşı bilməyin ən sürətli yolu gizli qaydanı tapmaq olub. Tələbələr səkkiz saat sonra yenidən sınaqdan keçiriliblər. Yatmağa icazə verilən tələbələr qaydaları, oyaq qalanlardan iki dəfə daha yaxşı qavrayıblar.

Yuxuda ikən beynimiz bir neçə fazaya girir. Hər 90-120 dəqiqədən bir beyin yüngül yuxu, dərin yuxu və yuxu görmə ilə əlaqəli olan Sürətli Göz Hərəkətləri (SGH) fazasına girir.

Son dövrlərə qədər axırıncı fazanın öyrənmə və yaddaşda əsas rol oynadığı düşünülürdü.

SGH-siz yuxu, sürətli beyin fəaliyyəti ilə müşayiət olunur. Bu, şpindel hadisələri adlanır. Normal gecə yuxusuna yüzlərlə SGH-siz yuxu daxildir ki, bunların hərəsi bir neçə saniyədən artıq çəkmir.

"Bu, həqiqətən də yuxunun digər fazalarına bir qapı rolunu oynayır. Nə qədər çox yatsanız, bir o qədər bənzəri hallar yaşanacaq," Ottava Universitetindən nevroloq Stuart Fogel deyir deyir.

Yuxuda daha çox şpindel hadisəsi yaşayan insanların zəkası daha yüksək olur. Yeni problemləri həll etmək, yeni vəziyyətlərdə məntiqi işə salmaq və nümunələri müəyyənləşdirmək bacarığı inkişaf edir.

"Onlar, faktları və rəqəmləri yadda saxlamaq da daxil olmaqla, zəkanın digər bacarıqlarını inkişaf etdirmir," Fogel deyir.

Bu da Eynşteynin "axtarıb tapa bildiyin heç nəyi yadda saxlama" məsləhətinə bəraət qazandırır.

Картинки по запросу eynşteyn

Çox yatmaq heç də çoxlu şpindel hadisələri keçirmək anlamına gəlmir. Bir növ toyuq və yumurta söhbətidir: bəzi insanlar ağıllı olduqları üçünmü daha çox şpindel hadisəsi keçirirlər, yoxsa çoxlu şpindel hadisəsi keçirdiklərinə görəmi ağıllıdırlar?

Son araşdırmaların birində ortaya çıxıb ki, gecə yuxusu qadınların - və mürgüləmə kişilərin - düşünmək və problem həll etmək qabiliyyətini inkişaf etdirə bilər.

Yəni, şpindel hadisələri çox mühümdür. Bu isə qadınlarda gecə yuxusu və kişilərdə gündüz mürgüləmələri zamanı baş verir.

Xoşbəxtlikdən Eynşteyn, tez-tez mürgüləyərmiş. Bir əfsanəyə əsasən, o, çox yatmasın deyə iş kreslosunda yatmağa çalışar və əlində qaşıq və qaşığın düz altında boşqab qoyaraq yuxuya dalarmış. Yuxuya dalar dalmaz əlindən düşüb boşqaba dəyən qaşığın səsi onu oyatmaq üçün kifayət imiş.

Gündəlik gəzintilər

Eynşteyn üçün gündəlik gəzinti müqəddəs bir ritual olub. New Jersey-də yerləşən Princeton Universitetində işləyərkən, hər gün 2 km yeriyərmiş. O, gündə üç dəfə 45 dəqiqə gəzən Darvin kimi dühaların yolu ilə gedib.

Buna səbəb təkcə sağlamlıq deyildi - yeriməyin yaddaş, yaradıcılıq və problem çözməni inkişaf etdirməsi ilə bağlı bir çox nümunələr mövcuddur.

Əslində bu, ağlabatan səslənmir. Yerimək beyini serebral tapşırıqlardan yayındırır və onu düzgün yeriyib yıxılmamağa kökləyir.

Spagetti yemək

Dahilər nə yeyir? Eynşteynin qeyri-adi zəkasına təkan verən şeyin nə olduğu bilinmir. İnternetdə isə bunun spagetti olduğu yazılır. Özü bir dəfə zarafatla deyib: "İtaliya haqqında sevdiyi şey spagetti və [riyaziyyatçı] Levi-Civita-dır".

Karbohidratların yaxşı reputasiyası olmasa da, Eynşteyn yanılmamışdı. Bəllidir ki, beyin insan bədəninin çəkisinin (Eynşteyndə bu daha az olub, orta insan beyini 1400 q təşkil edir, Eynşteyndə isə 1230 q olub) 2%-ni təşkil etsə də, enerjisinin 20%-ni alır.

Bədənin digər qalan hissələri kimi beyin də qlükoza kimi adi şəkərlərə daha çox üstünlük verir.

Neyronların demək olar ki, fasiləsiz təchizata ehtiyacı var və başqa enerji mənbələrini yalnız kəskin ehtiyac yarandıqda qəbul edirlər. Problem də elə burada yatır.

Şəkərə bu qədər düşkün olan beyinin enerji saxlamaq qabiliyyəti yoxdur və qandakı qlükoza dərəcəsi aşağı düşən kimi beynin enerjisi bitir.

"Bədən, kortizol kimi stress verici hormonlardakı qlükogen ehtiyatından istifadə edə bilər, amma bu əks-təsirsiz ötüşməz," Roehampton Universitetindən psixologiya və fiziologiya üzrə mühazirəçi Leigh Gibson deyir.

Məsələn, şam yeməyi yemədikdə hiss etdiyimiz başgicəllənmə və narahatlıq.

Bir araşdırmada müəyyənləşib ki, aşağı karbohidratlı pəhrizlər qısa müddətli belə olsa, reaksiya müddətini azaldır və məkan yaddaşını zəiflədir. (Bir neçə həftə sonra isə beyin protein kimi başqa mənbələrdən enerji almağa öyrəşəcək.)

Şəkər beyini enerji ilə təmin edə bilər, amma təəssüf ki, spagetti aludəsi olmaq yaxşı fikir deyil.

"Təcrübə göstərib ki, 25 qram karbohidrat beyin üçün faydalıdır, onu ikiqat artıraraq faydanı azalada bilərsiniz," Gibson deyir.

Tənbəki çəkmək

Hazırda tütünün sağlamlıq üçün riskləri geniş yayılıb. Onu vərdişə çevirmək heç də yaxşı fikir deyil. Lakin Eynşteyn güclü tənbəki çəkərmiş. O, bunu ürəkdən bəyənir və inanırdı ki, "insanın hadisələrə sakit və obyektiv qərar verməsinə kömək olur".

Siqaret çəkmək məsləhətli deyil. Eynşteyn bütün risklərdən xəbərdar ola bilməzdi

1962-ci ildə siqaretin ciyər xərçəngi və digər xəstəliklərə yol açması ictimailəşdirildi. Eynşteyn isə bu zaman artıq həyatda yox idi.

Bu gün bəllidir ki, tütün beyin hüceyrələrinin formalaşmasının qarşısını alır, serbral korteksi nazikləşdirir (beyinin şüura cavabdeh qırışıq hissəsi) və beyində oksigeni azaldır. Buna baxmayaraq, Eynşteyn çox ağıllı idi.

Corabsız

Eynşteynin qəribə vərdişləri siyahısına onun corablara nifrətini salmasaq olmaz.

"Gənc ikən," o, gələcək arvadı Elsaya məktubunda yazırmış, "baş barmağım corabı deşirdi. Ona görə də corab geyinməməyə başladım."

Sonralar öz başmaqlarını tapa bilməyəndə, Elsanın yay başmaqlarını geyinərmiş.

Eynşteyn

Corabsız gəzməyin elmi faydaları isə araşdırılmayıb.

"Sual verməyə son qoymayın. Hər şeyi bilmək həvəsi insana elə-belə verilməyib,"

Eynşteyinin 1955-ci ildə LIFE jurnalına verdiyi müsahibəsdə belə deyirdi.

/bbc.com/

# 2060 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
#
#
# # #