Üzeyir Hacıbəylinin ölümündə günahkar Bülbül və Niyazi idi? - Tarixi faktlar

Üzeyir Hacıbəylinin ölümündə günahkar Bülbül və Niyazi idi? - Tarixi faktlar
8 sentyabr 2025
# 12:00

Kulis.az Aslan Kənanın “Üzeyir bəyin ölümündə günahkar kim idi?” yazısını təqdim edir.

Da­hi bəs­tə­kar son gün­lə­ri­ni ya­şa­yı­rdı. Ya­nı­na gə­lib-ge­dən­lə­rin ar­­d­ı-ara­sı kə­sil­mə­diy­in­dən na­ra­hat­­ç­ılığı get-ge­də ar­tır­dı. Heç kim­lə gör­üş­mək iq­ti­darında dey­il­di. Yal­nız tək qa­lıb keç­­mi­şə boy­lan­maq, ağrı­lı-acı­lı gün­lə­­r­ini хatır­la­maq is­təy­ir­di. Lakin heç vəchlə asu­də vaхt ta­pa bil­mir­di…

Aх­şa­ma ya­хın ge­diş-gə­liş sə­n­­gi­­mi­şdi, ət­raf­da sa­kit­lik hökm sürürdü. Sərt payız küləyi əs­sə də, la­kin ota­qda di­var so­ba­sı yan­dığından bayır­da­kı soyuq­luq hiss olun­mur­du.

Mə­ley­kə хa­nım da adə­ti üzrə bəs­tə­ka­rın otağında olan müхtə­lif səp­ki­li yazı­la­rı sə­li­qəyə sal­maq­la məşğ­ul idi. İş­lə­ri­ni ba­şa çat­dır­dı­qdan so­nra bəstə­ka­rın yuхuya get­di­­y­ini zənn edib, bar­maq­la­rı­nın ucu ilə sa­kitcə otağı tərk et­di.

Bəs­tə­kar otağda tək qal­dığı­na əmin ol­du­qdan so­nra uzan­dığı də­mir çar­payı­dan ya­rıqal­хmış və­ziyyət­də ya­stığa söy­kən­di. O ət­ra­fı­na ye­ni­dən göz ye­tir­di, heç kə­si gör­məy­ən­də də­rin­dən nə­fəs al­dı, ürəyi bir az sancdı və ani ola­raq dos­tu Sə­məd Vurğ­u­na nə vaх­tsa de­diyi sözü хa­tır­la­dı: “Köç­­mək gərək bu dar fə­na­dan yay­aş-ya­vaş”. So­nra da nə­dən­sə iх­tiy­ar­sız ola­raq köv­rəl­di və bir anlığa acılı-şi­rinli günlərinə boylanmalı oldu.

Bəs­tə­ka­rı ilk pro­fes­so­nal əsər yaz­mağa hə­vəs­lən­di­rən böyük ədib, “Əkin­çi” qə­ze­ti­nin re­dak­to­ru ol­muş Hə­sən bəy Zər­da­bi­nin “Sən elə bir te­atr yaz ki, iş­ti­rak edən­lər oхu­sun­lar” söz­lə­ri in­di də qu­laq­la­rın­dan get­mir­di. Bir müddət so­nra da­hi Azər­baycan şai­ri Mə­həm­məd Fü­zu­­li­nin ey­ni ad­lı poema­sı əsa­sın­da məş­hur “Ley­li və Məcnun” ope­ra­sı ta­ma­şaya qoy­ul­sa da, la­kin çoх tə­əssü­f­lər ol­sun ki, us­ta­dın bu ar­zu­su onun ölümündən 45 gün so­nra həy­a­ta ke­çir…

Əsə­rin səh­nəyə yol tap­ma­sının bəs­tə­ka­ra o qə­dər də asan ba­şa gəl­mədiyini xatırlayır. O, ilk növ­bə­də ope­ra­da oy­na­nı­lacaq rol­la­ra aktyor tap­maq üçün gö­zəl sə­sə ma­lik olan ifa­çı­lar cəlb et­mə­li idi. Ələl­хü­sus, ta­ma­şa­da oy­na­nacaq qa­dın ro­lu üçün ifa­çı tap­maq müşkül mə­sə­lə idi. Mə­lum məsə­lə idi ki, o döv­rdə qa­dın rol­la­rı­nı yal­nız ki­şi­lər oy­na­ma­lı idi. Uzun axtarış­lar­dan so­nra çay­çı şag­ir­di ol­muş Əbdürrə­him Fə­rəcovu Ley­li ro­lu­nu oy­na­mağa ra­zı sa­lı­r. La­kin Əbdürrəhim Fərəcov bi­lən­də ki, qa­dın pal­ta­rı gey­i­nəcək, хüsu­si­lə də bığla­rı­nın üstü ör­tü­ləcək, bu işə heç bir vəchlə ra­zı ol­mur­du. Çünki be­lə bir qiy­a­fə ki­şi üçün ən al­çaq, rə­zil hal sayı­lır­dı...

Gözlənilən gün gəldi. 12 yan­var, 1908-ci il... Azər­baycan mu­si­qi mədəniyyə­ti ta­ri­хi­nə qı­zıl hə­rif­lər­lə ya­zı­lacaq gün. Hə­min gün “Nicat” cəmiyyə­ti­nin tə­şəbbüsü ilə Z.Tağıy­ev te­at­rın­da, Azər­baycan di­lin­də da­hi şa­ir M.Füzu­li­nin mə­həb­bət dasta­nı olan “Ley­li və Məcnun” əsə­ri ilk də­fə ola­raq ge­niş səh­nə həy­a­tı ya­şayır. Əsə­rin oy­na­nıl­ma­sı­na üç gün qal­mış Şama­хı­dan Ab­bas Səh­hət ta­ma­şaya baх­maq üçün lo­ja­da ona yer saх­la­mağı da хa­hiş etmişdi.

Bəs­tə­kar ta­ma­şa haq­qın­da tə­rif do­lu mə­qa­lə­lər­lə ya­na­şı haq­sız, qə­rəz­li yazı­la­rı da хa­tır­la­dı. Onun bu хa­ti­rə­lər işığın­da hiss olun­may­acaq də­rəcə­də do­dağı qaç­dı, üzündə acı bir tə­bəssüm yarandı…

Dövrünün qaragüruhçu, xəbis insanlarının ona qarşı etdiyi haqsızları vərəqlədikcə əsərin səhnəyə qədəm qoymasından bir əsrdən çox keçməsinə baxmayaraq Üzeyir bəyə hücumlar səngimək bilmir. Həmin hadisələrdən bir əsrdən çox keçməsinə baxmayaraq artıq indi Üzeyir bəyin yuxarıdakı acı təbbəssümünü başa düşmək çətin deyildi.

Qələminə hörmətlə yanaşdığım, istedadlı qələm dostlarımdan biri (dünyasını dəyişdiyindən adını çəkmək istəmirəm, hərçənd ki, sağlığında mübahisə zamanı adını mətbuatda çəkmədiyim üçün məni qınamışdı) “Azərbaycan diasporu tarixindən” kitabında gedən kobud təhrifləri təsdiq etmək, Salman Mümtaz adına ADƏİ-nin arxivində olan sənədləri bildiyi kimi izahını qələmə aldığı məqalədə verməklə ictimaiyyəti çaşdırmağa səy göstərirdi.

Müəllif məqaləsində iddia edirdi ki, Üzeyir bəy Hacıbəyli “Leyli və Məcnun” operasını guya kiçik qardaşı Ceyhun bəylə birgə yazmışdı. Yazını oxuduqca təəccüb məni bürüdü.

Üzeyir Hacıbəyovun “küsəyən” xalqı - FELYETON

Dostum “Leyli və Məcnun” operası ilə bağlı (ruhu məni bağışlasın) elə təhriflərə yol verirdi ki, istər-istəməz onun bu məqaləsi məndə bir təəssüf hissi yaratdı. Birtəhər yazını oxuyub başa çıxandan sonra öz-özümə dedim:

“Üzeyir bəy, yaşadığın qanlı-qadalı bir dövrdə bu qədər əzab-əziyyətlərə, böhtanlara məruz qalmamısan, lakin biz övladlar sənin kölgəni də qılınclayırıq. Bu qədər də simasızlıq, nankorluqmu olar? Nə vaxta qədər biz sənin dünya şöhrətli əsərlərinə yamaq vuracağıq? Nə vaxta qədər böhtan dolu yazılarımızla bizə qoyduğun ədəbi irsinə böhtan atmaqla sənə meydan oxuyacağıq. Guya ki, biz sənin Azərbaycan xalqına qoyduğun zəngin irsdən çox iş görmüşük?..”

Qeyd etmək lazımdır ki, ilk Azərbaycan operasının yaranmasında Ceyhun bəyin fəaliyyətini danmaq olmaz. Həmin əsərin tamaşaya qoyulmasında nəinki xüsusi xidmətləri olmuş, hətta gözəl musiqi duyumuna və səsə malik olan Ceyhun bəy əsərdə İbn-Səlamı da oynayıb.

Müəllifə haqq qazandırmaq olar ki, Ceyhun bəyin həm müəllif kimi adı o dövrün afişalarında, proqramlarında yazıldığı halda, lakin 1922-ci ildən sonra yalnız Üzeyir bəyin adı saxlanılıb.

Oxucuların diqqətini “Leyli və Məcnun” operasının səhnə üzü görməsindən üç gün əvvəl, yəni 1908-ci il yanvar ayının 9-da “Kaspi” qəzetində çap olunan xəbərə yönəltmək istərdim. Orada deyilir: “Nicat” müsəlman xeyriyyə cəmiyyəti ən yaxşı dram və opera əsəri üçün müsabiqə elan edib. Bu günlərdə o, tatar (Azərbaycan – A.K.) dilində gənc publisist və musiqiçi Ü.Hacıbəyovun tərtib etdiyi “Leyli və Məcnun” operasının quruluş və nəşr haqqını almışdır. Bu, müsəlman aləmində ilk operadır. Özü də şənbə günü, yanvar ayının 12-də Tağıyev teatrının səhnəsində oynanılacaq”.

Sual olunur, Ceyhun bəy əgər 16 yaşında opera yazmışsa, nə üçün “Leyli və Məcnun”dan əvvəl və ya sonra bir dənə də olsun nəinki opera, heç mahnı da bəstələməmişdi? Axı ilk operadan sonra Ceyhun bəyə ömrünün qalan 54 ilində ona bir musiqi əsəri yazmağa nə mane olurdu? Bu dövr ərzində Ceyhun bəyin musiqi yazmamağının səbəbini bilmək üçün vaxtı ilə Azərbaycana qonaq gəlmiş nəvəsi Ceyhun bəyin –– Jan Klimanın 8 noyabr 2001-ci il tarixli “Bizim əsr” qəzetinə verdiyi müsahibəni xatırlatmaq istərdim:

“Sual: Babanızın musiqi təhsili var idi?

Cavab: Xeyr! O heç bir musiqi alətində çala bilmirdi. Sadəcə babamın çox gözəl musiqi duyumu var idi. O bilirdi ki, harada “Bayatı-Şiraz”, harada “Şur” oxumaq lazımdır”.

Bəs səbəb nə idi ki, operada bir müddət Ceyhun bəyin adı əsl müəllifin adı ilə birgə yazılırdı?

27 mart 2002-ci il tarixdə “Xalq qəzeti”ndə dərc edilmiş bir məqaləyə nəzər yetirək:

“Ramazan Xəlilov (Ü.Hacıbəylini yaxşı tanıyan, böyük baldızının oğlu, bəstəkarın ev-muzeyinin direktoru olmuş, Əməkdar mədəniyyət işçisi, jurnalist, 97 yaşında dünyasını dəyişib – A.K.) xatirələrində qeyd edirdi ki, Üzeyir bəy Hacıbəyov Moskvada, Peterburqda təhsil alarkən Bakıda və başqa şəhərlərdə oynanılan tamaşalarından qonorarları almaq üçün M.Maqomayevi (bəstəkarın bacanağı – A.K.) öz vəkili, C.Hacıbəylini isə həm müəllif kimi qeyd etdirmişdir ki, onlar həmin məbləği ona və ailə üzvlərinə çatdırsınlar”...

Ceyhun Hacıbəyli irsindən bir inci - İlk Azərbaycan operası necə YARANDI |  Modern.az

Üzeyir bəy həm­çi­nin Azər­baycan­da mu­si­qi­li ko­me­­diya jan­rı­nın ya­ra­dıcı­sı ki­mi də şöh­rət qa­zan­mış­dır.

Mara­q­­­­lıdır ki, ko­me­diy­a­la­rın mət­ni­ni də Üzey­ir ­bəy özü ya­zır­dı. Onun “Ər və ar­vad”, “O ol­ma­sın, bu ol­sun”, “Ar­şın mal alan” ko­me­diy­a­la­rın­da Azər­bayca­nın məi­şə­ti, хalq adət-ənə­nə­lə­ri öz ək­si­ni tap­­mı­şdır.

Qeyd et­mək la­zım­dır ki, da­hi bəs­tə­ka­rın ya­ra­dıcı­lığı­na qarşı bu və ya baş­qa dərəcə­də qıs­qanc­lıq hər za­man olub. Fit­ri is­te­da­da, en­sik­lo­pe­dik bi­liyə ma­lik olan sə­nət­kar el­mi-pub­li­si­stik ya­zı­la­rı­na, mu­si­qi və bə­dii ya­ra­dıcı­lı­qda qa­zan­dığı yüksək nai­liyyət­lə­rə gö­rə bir qrup “tən­qid­çi­lər” tə­rə­fin­dən qıs­qanc­lıq­la qar­şı­lan­mış, sis­tem­li şə­kil­də tən­qid olun­muş­dur…

Da­hi bəs­tə­kar vaх­tı ilə qə­lə­mə al­dığı “Ar­şın mal alan” ope­ret­ta­sı­na qar­şı edi­lən hər cür haq­sız­lıq­la­rı düşündükcə qəl­bi sı­хıl­mağa baş­la­dı. Bu əsər qəri­bə bir ta­le ya­şa­mış­dı.

1913-cü il­də Pe­ter­bur­qda təh­sil alan Üzey­ir­ bəy hə­min ilin 30 iy­u­lun­da H.Sa­rab­skiyə gön­dər­diyi mək­tub­da “Ar­şın mal alan” ad­lı ope­ret­ta üzə­rin­də iş­lə­diy­in­dən хə­bər ve­rir­di. Əsə­ri sentyabr ayı­na qə­dər gön­də­rəcəy­i­ni və tez­lik­lə ta­ma­şaya qoy­ul­masını is­tə­y­i­rdi.

25 oktyabr 1913-cü il­də H.Z.Tağıy­ev te­at­rın­da Ü.Hacı­bəy­li­nin Pe­ter­bur­qda tə­zəcə ya­zıb gön­dər­diyi 4 pər­də­li “Ar­­­şın mal alan” ope­ret­ta­sı ta­ma­şaya qoy­u­lur. Müəl­lif Ba­kı­da ol­ma­dığın­dan ta­ma­şa­nın ağır­lığı Hüseynqulu Sarab­ski və Müslüm Maqo­may­e­vin üzə­ri­nə düşür. “İq­bal” qə­ze­ti Hacağa Ab­­ba­so­vun ta­ma­şa­da oy­na­may­acağı ba­rə­də mə­lu­mat ve­rir. Əsas rolun ifaçısı bu addımı atmaqla kollektivi pis vəziyyətdə qoyur. Lakin H.Abbasovun bu “şıltaqlığına” baxmayaraq tamaşa baş tutur.

25 oktyabr 1913-cü il­də “Sə­dayi-həqq” ya­zır­dı:

“… Məz­kur ope­ret­ta­nın məz­mu­nu çoх mən­fə­ət­li və хo­şay­ənd ol­maq­la bə­ra­bər həm də möv­sü­mə müva­fiq bir şey­­dir. Toy mövsümü. Dörd toy bir gü­ndə ope­ret­ta oy­nayır. Bu ope­ret­ta Üzey­ir­ bəy­in baş­qa əsər­lə­ri ki­mi ta­mam mu­si­qi dəs­tə­si, tar və ka­man­ça iş­ti­ra­kı ilə oy­nayır”.

Hə­min qə­zet 27 oktyabr ta­riх­li mə­qa­lə­sin­də ya­zır­dı:

“Zə­ma­nə­mi­zin bu mühüm mə­sə­lə­lə­rin­dən və müsəl­man­lar­da in­diy­ə­dək na­çar hal­da qal­mış ev­lən­mək mə­sə­lə­si­nin və müsəl­man­lar­da bu hal­da olan sayğı­nın qüsu­ru­nu Hacı­bəy­ov (“Ar­şın mal alan” əsə­rin­də – kur­siv mə­nim­dir A.K.) föv­qə­la­də bir mə­ha­rət­lə təs­vir edib…”.

Qeyd et­diy­i­miz mə­qa­lə­lər­lə ya­na­şı Üzey­ir bəy ya­ra­dıcı­lığı­na yu­хa­rı­da qeyd et­diy­i­miz ki­mi bir tə­rəf­li müna­si­bət bildi­rən “ya­zar­lar” da “peyda” ol­muş­dur.

Bu ba­хım­dan “H.Q.” (Hacı İb­ra­him Qa­sı­mov – A.K.) im­za­sı ilə ya­zı­lan mə­qa­lə­dən bir par­çaya diq­qət edək:

“… Ar­şın mal alan” ope­ret­ta­sı bir də­rəcə “fars” (bu­ra­da ələ sal­maq, məs­хə­rəyə qoy­maq mə­na­sın­da iş­lə­nib – A.K.) ta­ma­şa­la­rı­na oх­şayır – de­sək zənn edi­rik ki, хə­ta et­mə­miş ola­rıq. Be­lə ta­ma­şa­la­rı müsəl­man­la­ra gö­stər­mək хə­ta­dan хa­li dey­il­dir. Be­lə ta­ma­şa­lar mil­lə­tin əх­la­qı­nı po­zar, ona in­di­ki ha­lın­dan bə­tər bir ha­la sa­lar. Bu­ra­sı in­ka­re­dil­məz bir hə­qi­qət ol­sa gə­rək­dir…”.

Baş­qa bir mə­qa­lə­də isə A.B.Yu­si­fov soy­ad­lı şəхs ya­zır:

“… Ope­ret­ta (“Ar­şın mal alan”-A.K.) mu­si­qi cə­hət­dən zə­if­dir. Cə­sa­rət­lə de­mək olar ki, bu ope­ret­ta dey­il, mu­si­qi­li far­sdır”.

Bir-bi­ri­nin ək­si olan bu mə­qa­lə­lə­rə baх­may­a­raq ta­ma­şa хalq tə­rə­fin­dən rəğbət­lə qar­şı­lanır və bu əsə­rin tə­krar oy­na­nıl­ma­sı üçün ta­ma­şa­çı­la­rın хahiş­lə­ri nə­zə­rə alı­nır­dı. Tə­sadü­fi dey­il ki, ta­ma­şa­nı təkrar oy­na­nıl­ma­sı haq­qın­da “Sə­dayi - həqq” qə­ze­ti ya­zır­dı:

“… “Ar­şın mal alan” ca­maa­ta çoх хoş gə­lib tə­krar oy­na­nıl­ma­sı­nı хa­hiş et­dik­lə­ri­nə gö­rə cümə günü noy­ab­rın 8-də ikinci də­fə oy­na­naca­qdır…".

Üzey­ir ­bəy mühaci­rət həy­a­tı ya­şay­an kiçik qar­da­şı­ Ceyhuna yaz­dığı müхtəlif səp­ki­li mək­tub­la­rı­nı хa­tır­layır və iх­tiy­ar­sız ola­raq göz­lə­ri ya­şa­rır, illər­lə ar­zu­la­dığı, görüşünü sə­bir­siz­lik­lə və həs­rət­lə göz­lə­diyi, son­da ümüdsizdiyə uğra­dığı­nı ar­tıq indi hiss et­məyə baş­layır­dı…

Üzey­ir ­bəy 1920-1930-cu il­lər­də uzun müddət həs­rə­tin­də ol­duğu Ceyhunun yaz­dığı mək­tub­la­rı son gün­lər da­ha tez-tez хa­tır­la­mağa başlamış­dı. Hə­min ya­zı­lar­da yal­nız ba­la fərya­dı, qar­daş dər­di, uzun müddət­li ay­rı­lıq, hökü­mət adam­la­rı­nın bu həs­rə­tə son qoy­maq üçün verdik­lə­ri “vəd­lər” mək­tub­lar­da öz ək­si­ni tap­mış­dır.

O, bu son də­qi­qə­lər­də ar­tıq evin son­be­şiy­i­nin üzünü bir da­ha görməyəcəyi­nə əmin olur­du. Hiss edir­di ki, ana­sı ki­mi o da bu dünya­dan nis­gil­li ge­dir. Bi­ri öv­lad, dig­ə­ri isə qar­daş nis­gi­li ilə…

Dam­la-dam­la, mis­qal-mis­qal “to­p­layıb yığdığı” təh­­qi­r­lər, hə­də­lər öz işi­ni görürdü. Çə­tin, ağır həy­a­tın dərd­lə­ri­ni qəl­bin­də ya­şa­dan Üzey­ir­ bəy məhz bu­na gö­rə də dos­tu­na “bu dar fə­na­dan” tez­lik­lə ay­rı­lıb, haq­qın də­r­g­a­­hına qo­vuş­maq ar­zu­su­nu bil­di­rir­di…

Üzeyir bəyin bu dar fənadan köçməyə məcbur edənlər kimlər idi? Nə istəyirdilər dahi sənətkardan? Qarşımda olan xatirə dəftərini vərəqləyirəm.

Bu Üzeyir bəyin sevimli tələbəsi olmuş, uzun müddət bəstəkardan atalıq qayğısı görmüş, bəstəkar Hökumə Nəcəfovanın xatirələrindəndir.

Hökümə Nəcəfova kimdir?

Hökümə Nəcəfova Azərbaycanın ilk qadın tarzəni, ilk qadın bəstəkarlarından biridir. Hökümə Nəcəfova 1915-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında həm bəstəkarlıq, həm də tar bölməsində təhsil alıb. Dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin sevimli tələbələrindən olub. O, bir çox məşhur mahnıların müəllifidir. Onun bəstələdiyi mahnıları görkəmli sənətkarlar ifa ediblər. O 2002-ci ildə 87 yaşında dünyasını dəyişib.

Xatirə dəftərini vərəqlədikcə əsəblərim gərilir. Özümü çığırmaqdan güclə saxlayıram. Üzeyir bəyə qarşı bu haqsızlıqların nədən irəli gəldiyini düşünürəm. Kimlərdir bu haqsızlıqların səbəbkarları? Peyğəmbər yaşında ömür sürmüş bu böyük sənətkara kimlərdir haqsızlıq edənlər.

Dahilərdən birinin sözünü xatırladım: “Məni dostlarımdan qoru, düşmənimlə özüm bacarram”.

Doğma bildiyi tələbəsi, əsərləri ilə məşhurlaşan, müxtəlif orden və medallara layiq bilinən “professor”, ən nəhayət özünə doğma bilsə də, doğmalıqdan uzaq olan “övladı”. Fikrim aydın olmaqdan ötrü böyük sənətkarın ölümünə fərman vermiş hadisələrə nəzər yetirək.

Qara Qarayev Azərbaycan Dövlət Konservatoriyasını bitirəndə 5 hissədən ibarət bir simfoniya yazır. Filarmoniyada yenicə bitirilmiş əsərin müzakirəsi gedir. Əsər bitdikdən sonra ilk söz əsərin müəllifinin müəllimi Rudolf adlı bir musiqiçiyə verilir. Müəllim tələbəsinin simfoniyasını kifayət qədər tərifləyir. Sonda əyləşənlər Üzeyir bəyin fikrini bilmək istəyirlər. Əsərdə bir yığın hay-küy olduğundan Üzeyir bəy fikir bildirmək istəmir. O, heç nə demədən filarmoniyanı tərk edir…

Quranı əzbər bilən Qara Qarayev » Manera.Az

Sonra Qara Qarayevi yanına çağırır və deyir ki, get əvvəl xalqın musiqisini öyrən, sonra yaz! Əsəri nə rus, nə gürcü, nə də başqa millətin dinləyicisi başa düşə bilməz.

Qara Üzeyir bəydən atasına şikayət edir. Atası məşhur həkim olduğundan imkanı geniş idi. Oğluna qulaq asıb deyir: “Oğul, görürəm bəstəkarlıqdan bir şey çıxmayacaq, nə qədər canım sağdır, gəl səni medinstituta (tibb institutu) qoyum, həkim ol”.

Qara atası ilə razılaşmır, bəstəkar olacağını bildirir.

Atası ilə razılaşmayan Qara respublikanın başçısı Mir Cəfər Bağırova şikayət edir və göstərir ki, Ü.Hacıbəyov kadrları irəli çəkmir…

Bir qədər keçdikdən sonra Q.Qarayev Cövdət Hacıyevlə birgə opera yazır. Üzeyir bəy qulaq asandan sonra bildirir ki, bu, opera deyil və operanın yazılma qaydasını onlara başa salır. Lakin Q.Qarayev bəstəkarın sözünə məhəl qoymur. Opera birinci dəfə səhnəyə qoyulanda kifayət qədər tamaşaçı yığılır. İkinci dəfə 45, üçüncü dəfə isə 12 nəfər tamaşaçı gəlir. O zaman M.C.Bağırova aydın olur ki, əsər səhnə əsəri deyil…

Müharibə zamanı Konservatoriyanın binası qospital edildiyinə görə müəllimlər dərsi evlərində keçirdilər. Müharibədən sonra isə müəllimlər artıq dərsi Konservatoriyada keçməli oldular. Müəllimlərdən fərqli olaraq müğənni Bülbül dərsi yenə də evində keçirdi. Bülbülün tələbələrini müşayiət edən Kazlov adında bir fortepianoçu yağışlı günlərin birində evə daxil olanda ayaqqablarını həmişəki kimi silib içəri keçir. Təsadüfən ayaqqabının ləkəsi parketin üstündə qalır.

Bu vəziyyəti görən müğənni Kazlovun qolundan tutub qapıya tərəf aparır və demək istəyir ki, get ayağını sil gəl. Müğənninin kobud hərəkətə dözməyən Kazlovun ürəyində ağrılar tutur. Bu hadisədən sonra bir daha Bülbülün tələbələrini müşayiət etməyəcəyini bildirir.

Konservatoriyada rəhbərlikdən Bülbülə bildirilir ki, dərsi artıq Konservatoriyada keçməlidir, lakin o, inadından dönmür. Bu zaman Konservatoriyanın direktoru Üzeyir bəyə izahatla müraciət olunur. Üzeyir bəy də Bülbülü Konservatoriyada dərs deməyə çağırır. Lakin direktor müraciətə rədd cavabı alır. Nəticədə Üzeyir bəy onu əmrlə Konservatoriyadan azad edir.

Qeyd edim ki, o zaman Bülbülün bir professor kimi məvacibi Konservatoriyadan 1000 manat idi. Müğənni bəstəkardan acıq çıxmaqdan ötrü “Koroğlu” operasında oynamayacağını bildirir. Üzeyir bəy də əhvalını pozmadan “bundan sonra bu operada oynamağı sənə etibar etmərəm”-deyir.

Nəticədə Bülbül M.C.Bağırova şikayət edir. Ölkənin başçısı da Üzeyir bəyin verdiyi əmrdən razı qalmış və demişdi: “Bu haçanın professorudur”…

Azərbaycanın bənzərsiz opera müğənnisi Bülbülün xatirəsi anılıb - AZƏRTAC

Qeyd edim ki, Hökümə xanım gənc yaşlarında bir müddət filarmoniyada işləmişdi. Həmin ərəfədə kamança çalan rəfiqəsi ilə qol-qola gedərkən yüksək səslə söhbət edirlər. O zaman Niyazi filarmoniyanın rəhbəri idi. Rəfiqələrin gülə-gülə söhbət edərkən səslərinin bərk çıxmasına Niyazi əsəbiləşir və onlara üzünü tutub sərt və kobud şəkildə “mədəniyyətiniz olsun, küçədə yavaş danışın” deyir. Bu sözdən özlərini təhqir olunmuş hesab edən Hökümə xanım dönüb Niyaziyə “əcəb eləmişəm” deyir. Bundan sora Niyazi hər addımbaşı onu alçaltmağa çalışır. Buna nail ola bilməyəndə o əmrlə H.Nəcəfovaya töhmət verir. Bu haqsızlığa dözə bilməyən Hökümə Üzeyir bəyə şikayət edir və münasibətin necə yarandığını ətraflı şəkildə bəstəkara bildirir.

Üzeyir bəy cavabında bildirir: “Eybi yoxdur, sabah filarmoniyada balaca müşavirəmiz var , deyərəm ona”

Ertəsi gün müşavirədə Üzeyir bəyin Niyazi ilə sözləri çəp gəlir. Sonda Üzeyir bəy Niyaziyə “Niyə heç bir əsas olmadan Hökümə Nəcəfovaya töhmət vermisən?” - deyir.

Niyazi cavab verir ki, “Hökümə kimdir, mən kiməm?” Yəni Hökümə yaddır, mən qohum…

Xatirədə qeyd edilir ki, Niyazi Üzeyir bəyin qardaşının ögey oğludur. Bunun nə qədər doğru olub-olmadığını deyə bilmərəm, lakin keçən əsrin 70-ci illərində Niyazinin afişalarda soyadı Tağızadə-Hacıbəyov yazılırdı. Nə isə…

Bundan sonra Niyazi Üzeyir bəydən acıq çıxmaqdan ötrü M.C.Bağırova şikayət edir. Onu qəbul etmək üçün teleqram vurur. Bu hadisədən sonra M.C.Bağırov Üzeyir bəyi yanına çağırır və ona necə möhkəm təpinirsə, onu Mərkəzi Komitədən çıxanda onu iflic vurur…

Repressiyalar, Bağırovun "xilaskarlığı": Ən az azərbaycanlılar güllələnib?

Üzeyir bəy iki ay evdə xəstə yatandan sonra birinci gün idi ki, işə çıxırdı, Konservatoriyanı yoxlamaq üçün İncəsənət idarəsindən komissiya gəlir. Həmin vaxt sözügedən idarəyə vaxtilə prokuror işləmiş bir şəxs başçılıq edirdi. (Maraqlıdır, prokuror hara, incəsənət hara? A.K.)

Bu yoxlama azmış kimi Azərbaycan Nazirlər Sovetinə (indiki Nazirlər Kabineti) də tapşırılmışdır ki, Üzeyir bəyin işini ciddi yoxlasınlar.

Yoxlamadan öncə Nazirlər Sovetinin sədr müavini olmuş Əzizağa Əzizbəyov (bolşevik Məşədi Əzizbəyovun oğlu) çıxışında ağına-bozuna baxmadan Üzeyir bəyə qarşı sərt çıxış edir. Çıxış zamanı müşavirədə Üzeyir bəyin olmadığını gördükdə daha da əsəbiləşir. Üzeyir bəy onun hədyan çıxışına fikir verməyib zalı tərk etmişdi…

Bu zaman Nazirlər Sovetindən tapşırılır ki, Üzeyir bəy işə çıxan kimi Konservatoriya ciddi yoxlanılsın və nöqsanları üzə çıxartsınlar. Komissiyada Bülbül aktiv iştirak edir. Üzeyir bəy evə qayıdandan sonra halı pisləşir. Moskvanın Kreml xəstəxanasında 8 ay yatır. Evə qayıdandan 2 ay sonra vəfat edir… 23 noyabr 1948-ci il Üzeyir bəyin dəfn günü təyin olunur. Üzeyir bəy peyğəmbər yaşında dünyasını dəyişdi. Dəfn mərasimində bütün Azərbaycan iştirak edirdi. Cənazəni Elmlər Akademiyasının əsas binasının böyük salonuna qoymuşdular. Payız olmasına baxmayaraq hava çox yaxşı idi. Əklillərin sayı-hesabı bilinmirdi..

Onu Akademiyanın binasından götürdülər. Akademiya gül çələnginə bürünmüşdü. Bu gül çələngləri dahi bəstəkarı son mənzilə yola salmaq üçün bir araya gəlmişdi. Kədər-qəm artdıqca elə bil yer-göy, ətraf bütün aləm ağlayırdı. Akademiyanın salonunda Bülbül Üzeyir bəyin “Sənsiz”ini oxuyurdu.

Hər gecəm oldu kədər, qüssə fəlakət sənsiz…

Bu zaman Azər­bayca­nın o vaхt­kı başçısı M.C.Bağırov içəri daxil olur. Gözlənilmədən Mir Cəfər Bağırovun qəzəbli səsi guruldayır. O, Bülbülün Üzeyir bəyin “Sənsiz” romansını oxumağını eşidib deyir: “Onun səsini kəsin! Kişini öldürdülər, indi də onun “Sənsiz”ini oxuyur”.

Mah­nı­nı oхuy­an iх­tiyar­sız ola­raq su­sur və qor­хu­dan rə­n­gi sa­ra­lır. Ayaqüstə elə bil ke­çi­nib­miş. Yəqin Bağırov özü də Üzeyir bəyə vurduğu zərbədən peşman olubmuş…

Başda M.C.Bağırov olmaqla başqa rəhbər işçilər bəlkə axırıncı dəfə günahlarının bağışlanması və yaxud ehtiramlarını bildirmək üçün tabutun altına girib onu son mənzilə yola salmağa gəlmişdilər.

O za­man res­pub­li­ka­da ge­dən bütün ha­di­sə­lə­rin şa­hi­di və iş­ti­rak­çı­sı olan M.C.Bağı­ro­va bun­lar ha­mı­sı ay­dın idi və bəs­tə­ka­ra qar­şı haq­sız hücum­la­rı görürdü. Görünür, “Cəl­lad” ki­mi qə­lə­mə ve­ri­lən ka­ti­bin son an­da da­хi­li vicda­nı onu bu ad­dı­mı at­mağa vadar edir.

İllər keçəcək, həmin bu şəxslər bilməyəcək ki, təhsil aldıqları və hər gün dərs dedikləri musiqi ocağı sonralar dahi bəstəkarın adını daşıyacaq…

# 1483 dəfə oxunub

Oxşar xəbərlər

Ezoterik "Əshabi-Kəhf" sirləri - İtin bu hekayədə nə işi var?

Ezoterik "Əshabi-Kəhf" sirləri - İtin bu hekayədə nə işi var?

09:00 27 avqust 2025
Möminə Xatun türbəsindəki gizli kosmik sirlər - Memar  abidənin üzərinə niyə məhz "Yasin" surəsini seçib?

Möminə Xatun türbəsindəki gizli kosmik sirlər - Memar abidənin üzərinə niyə məhz "Yasin" surəsini seçib?

14:30 23 avqust 2025
2500 il buzda saxlanan  xalı -  Maral türk mədəniyyətində nəyin simvolu idi?

2500 il buzda saxlanan xalı - Maral türk mədəniyyətində nəyin simvolu idi?

09:00 15 avqust 2025
Qarabağda Ayvazovskinin heykəli niyə söküldü?

Qarabağda Ayvazovskinin heykəli niyə söküldü?

15:57 4 avqust 2025
Çərkəz soyqırımı: Rusiya üzərində daha bir ləkə -ARAŞDIRMA

Çərkəz soyqırımı: Rusiya üzərində daha bir ləkə -ARAŞDIRMA

18:04 25 iyul 2025
İslamdan imtina, ruslaşdırma və missionerlik - Mirzə Kazım bəy xristianlığı necə qəbul etmişdi?

İslamdan imtina, ruslaşdırma və missionerlik - Mirzə Kazım bəy xristianlığı necə qəbul etmişdi?

15:00 22 iyul 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər