Taksi sürücüsü işlədi, 19 yaşında komandir oldu, II Dünya Müharibəsində iştirak etdi – II Elizabet haqqında maraqlı faktlar

Taksi sürücüsü işlədi, 19 yaşında komandir oldu, II Dünya Müharibəsində iştirak etdi – II Elizabet haqqında maraqlı faktlar
9 sentyabr 2022
# 12:11

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet 96 yaşında vəfat edib. Kulis.az II Elizabet haqqında 10 maraqlı faktı təqdim edir.

1. II Elizabet 21 aprel 1926-cı ildə Londonun Mayfair rayonunda, Bruton küçəsindəki 17 saylı mənzildə anadan olub. O, 6 fevral 1952-ci ildə atasının ölümündən sonra 26 yaşında taxta çıxıb. Kraliça Elizabet Britaniya Monarxiyasında 70 illik hakimiyyəti ilə "Britaniya tarixində ən uzun müddət padşahlıq edən monarx" tituluna malikdir.

2. Elizabet 1921-ci il iyunun 10-da Korfu adasında doğulan və doğulanda “Danimarka və Yunanıstan şahzadəsi” titulu alan Filiplə 1934-cü ildə tanış oldu. 1947-ci ildə nişan mərasimindən əvvəl "Danimarka və Yunanıstan Şahzadəsi" titulundan imtina edən Filip ana və babasının soyadını Mountbatteni alaraq Britaniya vətəndaşı oldu. Elizabet və Filip 20 noyabr 1947-ci ildə Londonun ən böyük kilsələrindən biri olan “Uestminster Abbey”də evləndilər. Təxminən 69 il taxtda olduğu müddətdə Elizabeti tək qoymayan şahzadə Filip kraliçanı getdiyi hər yerdə müşayiət edirdi. Əri Şahzadə Filip 9 aprel 2021-ci ildə 99 yaşında vəfat edəndə Kraliça Elizabet 95 yaşında dul qalmışdı.

3. İkinci dünya müharibəsində o, könüllü kimi hərbi taksi sürücüsü işləyib. Çünki kral ailəsi ölkənin müdafiəsində birbaşa iştirak etməli idi. İkinci Dünya Savaşı bitəndə 19 yaşlı şahzadə kiçik komandir rütbəsini alır.

4. II Elizabet Britaniya Silahlı Qüvvələrinin Ali Baş Komandanı sayılırdı. Bütün Britaniya əsgərləri silahlı qüvvələrə qoşulmazdan əvvəl kraliçaya sədaqət andı içirdilər. Kraliça Böyük Britaniyada başqa ölkələrə müharibə elan etmək hüququna malik yeganə şəxs idi. Lakin bu hüquqdan yalnız “total müharibə” deyilən şəraitdə və yalnız baş nazir, parlament və hökumətin qalan hissəsinin razılığı ilə istifadə oluna bilər. Bütün hakimiyyəti dövründə II Elizabet heç vaxt bu hüquqdan istifadə etməyib.

5. II Elizabet ildə iki dəfə ad günü keçirirdi. XX əsrin əvvəlində kral VII Eduardın qoyduğu qaydalara görə monarx doğum gününü iyun ayının istənilən şənbəsi qeyd etməlidir. Çünki bu tarixdə hava şəraiti insanların bayram əhvalını korlaya bilməz. Kraliçanın ikinci ad günü isə özünün doğulduğu tarix, yəni aprelin 21-dir.

6. Maraqlı faktlardan biri də odur ki, o 1998-ci ildə Səudiyyə Ərəbistanının gələcək kralını avtomobilinə dəvət edir. Maşını yüksək sürətlə idarə etdiyi üçün şahzadə ona yalvarmağa başlayır: “Zati-aliləri, rica edirəm, ya sürəti azaldın, ya da məni maşından endirin”. Şahzadə qorxu və hiddət içərisində olduğunu gizlətmirdi. Çünki Ərəbistanda qadınların avtomobil idarə etmək hüquqları yox idi.

7. Hakimiyyətinin 60 illiyi münasibəti ilə Britaniyanın rəmzinə çevrilən “Big Ben” saatı onun şərəfinə “Elizabet saatı” adlandırılıb.

8. O və ondan sonra taxta çıxan şahzadə və kraliçalar cinayət məsuliyyətinə cəlb oluna bilməz.

9. Kraliça Elizabet dünyanın istənilən yerinə pasportsuz gedə bilərdi və onun Böyük Britaniyada sürücülük vəsiqəsi və ya vəsiqəsi olmadan maşın sürmək hüququ vardı.

10. II Elizabet 2022-ci il 8 sentyabrda vəfat etdi. Onun yerinə taxta III Çarlz keçib.

# 10398 dəfə oxunub

Oxşar xəbərlər

Möminə Xatun türbəsindəki gizli kosmik sirlər - Memar  abidənin üzərinə niyə məhz "Yasin" surəsini seçib?

Möminə Xatun türbəsindəki gizli kosmik sirlər - Memar abidənin üzərinə niyə məhz "Yasin" surəsini seçib?

14:30 23 avqust 2025
2500 il buzda saxlanan  xalı -  Maral türk mədəniyyətində nəyin simvolu idi?

2500 il buzda saxlanan xalı - Maral türk mədəniyyətində nəyin simvolu idi?

09:00 15 avqust 2025
Qarabağda Ayvazovskinin heykəli niyə söküldü?

Qarabağda Ayvazovskinin heykəli niyə söküldü?

15:57 4 avqust 2025
Çərkəz soyqırımı: Rusiya üzərində daha bir ləkə -ARAŞDIRMA

Çərkəz soyqırımı: Rusiya üzərində daha bir ləkə -ARAŞDIRMA

18:04 25 iyul 2025
İslamdan imtina, ruslaşdırma və missionerlik - Mirzə Kazım bəy xristianlığı necə qəbul etmişdi?

İslamdan imtina, ruslaşdırma və missionerlik - Mirzə Kazım bəy xristianlığı necə qəbul etmişdi?

15:00 22 iyul 2025
"20 dəqiqəlik son görüş, 18 dollar və soyuqdan donan qızlar..." - Rəsulzadə son nəfəsində nə demişdi?

"20 dəqiqəlik son görüş, 18 dollar və soyuqdan donan qızlar..." - Rəsulzadə son nəfəsində nə demişdi?

12:00 20 iyul 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər