Dünyanın ən kədərli 10 abidəsi

Dünyanın ən kədərli 10 abidəsi
20 yanvar 2023
# 16:00

Kulis.az dünyanın müxtəlif ölkələrində faciə qurbanlarına həsr olunan ən kədərli 10 heykəli təqdim edir.

1. Dunay çayı sahilindəki dəmir ayaqqabılar

2005-ci ildə qoyulan bu abidə yəhudilərin çay sahilində güllələnməsinə aiddir. Almanlar II İkinci Dünya Müharibəsi zamanı 1944-1945-ci illərdə gülləyə qənaət etmək üçün, burada insanların ayaqqabılarını çıxartdıqdan sonra, onları bir-birinə bağlayıb və sadəcə birinə atəş açıblar. Hər dəfə atəş açılan şəxs çaya düşdükdən sonra arxasınca digərlərini də çəkib aparıb. Hazırda Dunay çayı sahilində 60 cüt uşaq və böyük ayaqqabısı var.

Dunay sahilindəki ayaqqabılar — Vikipediya

2. Kommunizim qurbanları abidəsi.

Abidə 2002-ci ildə Praqa şəhərində tikilib. Abidədə pilləkən və üzərində 7 insan heykəli əks olunub. Bu ölümə məhkum olunmuş insan əzabının simvoludur. Bundan başqa abidədənin üzərində olan mis qabların üzərində müxtəlif rəqəmlər qeyd olunub. 4500 həbsxanalarda ölənlərin, 205 486 mühakimə olunanların, 170 938-emiqrantların, 248 güllələnənlərin, 327 sərhədlərdə ölənlərin sayını göstərir.

Kommunizm qurbanlarına həsr olunmuş abidə — Vikipediya

3. Kədər maskası

Abidə Rusiyanın Maqadan vilayətində, “Krutaya” təpəsində ucaldılıb. Hündürlüyü 15 metrdir. Sovetlər dövründə “QULAQ və Kolıma” düşərgələrindəki kütləvi repressiya qurbanlarına həsr olunub.

Kədər maskası | Holamon.cat ➡️ Dünya üzrə alternativ səyahət bələdçisi

4. Çətirli qız

1999-cu ilin mayın 30-da Belarusun paytaxtı Minsk şəhərində şagirdlər son zəngi bayram ediblər. Güclü yağış, küçədə gəzən gəncləri yeraltı keçidə girməyə məcbur edib. İnsanlar çox olduğu üçün həmin gün sıxlıqda 53 nəfər həyatını itirib. Ölənlərin əksəriyyətinin yaşı 30-dan az olub.


5. Bədbəxt hadisənin qurbanı olmuş uşaqlara qoyulmuş abidə

1978-ci ildə məktəbli ekskursiyası təşkil olunur. Balaton gölündə təşkil olunan bu ekskursiya zamanı bərə batır və uşaqlar həlak olur. Bu abidə həmin faciyəyə görə qurulub.

6. Xatın Kompleksi

Abidə faşistlər tərəfindən yer üzündən silinmiş Belarus kəndinin yerində qurulub. Həmin vaxt kəntdə 149 adam öldürülüb və diri-diri yandırılıb. Ölənlərin arasında 75 uşaq olub.

7. Can verən şir

Lyuçerndəki can verən şir abidəsi bütün dünyada məşhurdur. Bu heykəl 1792-ci ildə Tyuilri döyüşündə həlak olan isveçrəlilərin şərəfinə qaya üzərində yonulub. Tanınmış yazıçı Mark Tven heykəli “dünyanın ən təsirli heykəli” adlandırıb.

CAN VERƏN ASLAN"

8. Xocalı abidəsi

Abidə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırıma həsr olunub.

Soyqırım günü 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk edib. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı olub. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb.

9. Doğulmamış uşaqlara üçün abidə

Abidə abort nəticəsində dünyaya gəlməyən uşaqlara həsr olunub. Heykəlin tam adı “Ağlama ana, mən onsuz da səni sevirəm”dir. Abidənin müəyyən hissələri xrustaldan hazırlanıb. İnsanları düşünməyə vadar edir.


10. Qazaxıstanda aclıq qurbanlarına qoyulan abidə

Qazaxlar bu aclığı “Qoloşekin aclığı” adlandırıblar. Filip Qoloşekin 1925-ci ildə Qazaxıstan vilayətinin kommunist partiyasının məsul katibi təyin olunub. Aclığa aparan səbəblər SSRİ-də “qolçamaq sinfini ləğv etmək” və kollektivləşmə siyasətinin tərkib hissəsi olub və Qazaxıstanda onu Qoloşekin həyata keçirib.

1920-ci illərin ikinci yarısından qazaxları tam oturaq həyat tərzinə keçirmək üçün zorakı tədbirlər görülüb. Əhalinin mal-qarası kolxoz ehtiyacları üçün müsadirə olunub. Proses zamanı insanlara guya gizlətdikləri mal-qaranın yerini demək üçün işgəncə verilib. Sonradan müsadirə olunan sayda heyvanı yedirmək üçün yem olmadığı üçün onları sadəcə kəsməyə başlayıblar. Digər tərəfdən, kolxozlarda normal tövlələr olmadığından minlərlə heyvan soyuqdan ölüb.

Beləliklə, vilayətdə mövcud olan mal-qaranın 90 faizi 4-5 il ərzində məhv olub. Oturaq həyata keçid və əkinçiliyin populyarlaşdırılması isə gözlənilən effekti verməyib. 1928-ci ildən etibarən vilayətdə ərzaq çatışmazlığı hiss olunmağa başlayıb. Növbəti ildə isə aclıq başlayıb. Cəmi bir neçə il əvvəl mal-qara sürüsünə malik olan insanlar indi çoxsaylı kannibalizm hallarına, o cümlədən cəsədləri yeməyə əl atırlar. Beləliklə, Qazaxların “aşarşılık” dedikləri faciə zamanı ölənlərin sayı 2 milyondan çox olub.

Faciə qurbanlarının xatirəsinə Almatıda ana və qucağında tutub saxladığı arıq uşağı əks olunan abidə qoyulub. Heykəlin aşağı hissəsində o dövrü əks etdirən müxtəlif silahlar var.

Filip Qoloşekin isə cani-dildən siyasətini yürütdüyü dövlət tərəfindən 1939-cu ildə həbs olunub və 1941-ci ildə güllələnib.

# 5719 dəfə oxunub

Oxşar xəbərlər

Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

12:00 2 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
# # #