Ssenari yazmaq istəyənlər bu yazını oxusun

Ssenari yazmaq istəyənlər bu yazını oxusun
18 oktyabr 2016
# 16:01

Robert Makki amerika ssenaristi, kinossenarinin yazılma sənətinin nəzəriyyəçisidir.

“İyirmi milyonluq əhvalatlar” kitabı bir çox ssenaristlərin stolüstü kitabıdır. Bu il Makkinin “Dialoq” adlı kitabı işıq üzü görüb. Onun “Creative Screenwriter” portalındakı müsahibəsində dialoqun necə yazılması ilə bağlı məsləhətlərini təqdim edirik.

Vizual obraz və səs haqda

Dialoqların ideal sayı və keyfiyyəti formatdan asılı olaraq dəyişir. Əgər söhbət filmdən gedirsə, o zaman təsvir və dialoq arasında ideal nisbət təxinən 80-in 20-yədir (Bununla belə, hər vəziyyəti ayrı-ayrılıqda nəzərdən keçirmək lazımdır). Yəni, film sizə əsasən təsvir hesabına təsir eləyir – onun 80 faizi təsvir, yalnız 20 faizi səsdir. Üstəlik, bu 20 faiz - səs effektləri arasında bölünür: dialoqun və musiqinin. Teatrda isə hər şey əksinədir: 80 faizi səs, 20 faizi vizual obrazlar təşkil eləyir. Şekspir üçün ideal nisbət 80-in 20-yə, yəni səsin xeyrinədir. Televiziyada da isə bu bölgü 50-50-yədir. Düşünürəm ki, qəhrəmanların daha çox açıq səmada yerləşdiyi “Breaking Bad” kimi seriallarda, bu nisbət düz 60-ın 40-a, vizual obrazların xeyrinədir. Amma fəaliyyətin qapalı məkanda baş verdiyi “Dəlisovlar” kimi layihələrdə, güman ki, 60 -in 40-adır, yəni səs üstünlük təşkil eləyir.

Kino və teatr haqda

Teatrda dialoqları elə yazmaq imkanınız var ki, belə heç vaxt heç kəs danışmayıb. Deyəsən, yalnız ancaq şeirlə yazmaq olmaz. Yox, əgər dialoqları şeir üzərində qurmaq istəyirsizsə, onda, Şekspirin, ya da Lorkanın təcrübəsinə müraciət edə bilərsiz. Bu haqda mən ”Milyon dollarlıq əhvalatlar” kitabında danışmışam. Amma teatrda mümkün olan maksimal ekspressiv replikalar kamera qarşısında saxta səslənəcək. Kinoda dialoq realizmin müəyyən təəssüratını yaratmalıdır. Tarantino kimi ibarəli, təşəxxüslü dialoqlar yazan müəlliflər də var, amma onlar bu dialoqlara uyğun, bütün adamların məhz o cür danışdığı dünya da qura bilirlər.

Dialoqlarda əsas səhv barədə

Dialoqun yazılmasında yol verilən əsas səhv hər şeyi izah etmək cəhdidir. Bu səhv adətən o müəlliflərdə yaranır ki, onlar səhnədə və ya personajların təbii davranışında hadisələrin təbii gedişatına bel bağlaya bilmirlər. Üstəlik, onların sözlərinin və fəaliyyətinin gizli mənası, həqiqi fikir və hissləri - açıq şəkildə elədikləri hərəkətin, dediyi sözlərin arxasında gizlənirsə izaha ehtiyac yoxdur. Belə müəlliflərdə personajlar insan kimi danışmağa başlamırlar, onlar dorğudan da öz fikir və hisslərini səsləndirir, motivi izah edirlər. İzah bütün dialoqu doldurur və uzadır, normalda adamlar bu cür danışmırlar. Hətta onlar nəsə izah edirlərsə bu, başqa cür baş verir, onlar izahdan ötrü izah eləmirlər.

Dialoqlardakı altməna haqda

Realist dialoqlarda əsas keyfiyyət şəffaflıqdır. Yəni, qəhrəman danışanda tamaşaçı və ya oxucu onun nitqini, sözlərini dinləyəndə o, bu adamın daxili dünyasını görə bilər. Daha doğrusu, biz onun nitqinə diqqət kəsilərək, dediklərinin mahiyyətinə, altmənasına daxil oluruq. Dialoq şəffafdırsa, onun içərisindən daxili altməna sızırsa, onda biz səhnəyə inanırıq və baş verənlərlə yaşayırıq. Əlbəttə bu, realist əsrərlərdə olur. Əgər siz fentezi, animasiya və ya fanatstika janrında ssenari yazırsıza altməna kənar edilir, qəhrəmanlar isə alleqorik fiqurlara çevrilir. Onlar qəhrəmanlığın, şərin və istənilən başqa şeyin simvoludurlar. Bu cür ssenarilərdə dialoqda hər şey bir az daha artıq üzdədir.

Əlbəttə, hər şeyin balanslaşdırıldığı nümunələr də var. “Taxt-tac oyunları” - fentezidir, amma teleserial bu janr üçün həddən artıq realist çəkilib. Bu teleserialda həmişə gizli məna var. Heç bir qəhrəman heç vaxt düşündüyü haqda açıq danışmır. Həmişə nəsə gizlillik dərəcəsi var. Bu, serialı bizə sevdirən cəhətlərdən biridir. “Üzüklərin hökmdarı”nda isə fərqlidir. Onun qəhrəmanları simvoldurlar və onların dialoqu daha açıqdır.

Uliyam Qoldmanın (amerika yazıçısı və ssenaristi - S.S.) ssenarilərini öyrənsəniz, hər replikanın arxasında nəsə bir fəaliyyətin dayandığını anlayacaqsız. Onun qəhrəmanları həmişə elə danışır ki, siz dərhal onların nə elədyini anlayırsız. Qoldmanın ssenarilərindəki altməna sizə səhnədən səhnəyə sürətlə keçməyə yardım edir.

“Şahzadə gəlin” və ya “Mizeri”yə baxın: əgər siz burdan dialoqları öyrənsəniz, görərsiz ki, onların fəalyyəti necə dəqiqdir və dialoqların sayəsində personajların daxilində nə baş verdiyini anlamaq nə qədər asandır. Qodlmanın dialoqlarının ən əla cəhəti şəffaflıqdır. Onun dialoqlarında eyni zamanda gözəl olan hər personajın unikal danışıq üslubudur. Hər kəsin öz lüğəti, cümlə quruluşu, qrammatikası, tonallığı var.

Struktur haqda

Formaya qarşı çıxan adamlar özlərini avanqardçı, minimalist, strurktur əleyhdarları sayır. Amma onlar yanılırlar, minimalizmdə və anitstrukturalizmdə sturkur olmadığını düşünürlərsə... Misal kimi, onlar sevdikləri müəllif rejissorunu göstərirlər. Və əgər həmin rejissorun yaradıcılığı onların təsəvvürlərinə uyğundursa, onu müsbət dəyərləndirirlər. Hərçənd deyirlər ki, formaya önəm vermirlər, hər halda yanılrlar. Onlar sadəcə öz sevdikləri müəllifin üslubunu təkrarlayırlar. Etiraf eləmirlər amma, çünki qeyri-şüuri eləyirlər. Düşünürlər ki, forma tərəfdarı deyillər, hərçənd, başqasının formasını təkrarlayırlar. Ona görə formaya inanmadığını deyənlər yanılırlar.

Mən həmişə bunu öyrədirəm: formanı mənimsəməklə siz dorğudan da azad olursuz. O andan etibarən qəhrəmanlarınızı istədiyiniz kimi, sərəbst şəkildə canlandıra biləcəksiz. Çünki onları idarə edirsiz və anlayırsız ki, əhvalatda altməna necə olacaq. Yaradıcılıqda azadsız və başqa adamaları təqlid eləməyəcəksiz.

Formanı anlamırsızsa, sizə başqasını təqlid eləmək qalacaq. Hər şey ona gətirir ki, siz onları idarə edirsiz, ya yox. Forma yoxdursa, onda öz işiniz belə sizə nahamar görünəcək, hələ başqalarına necə görünəcəyini demirəm. Fikrimcə struktur və forma zərurəti haqda mübahisələr darıxdırcı sərsəmləmədir. İnsanları inkişaf eləməyə çağırıram.

İmprovizasiya haqda

“Breaking Bad” kimi ən yaxşı ekran işlərində, hər şey sözbəsöz ssenariyə uyğun işlənir. Yaxşı aktyorlar onu elə oynayır ki, ekranda improvizə təəssüratı yaranır. Hər şey ona görə belədir ki, personajlar təklif olunan konkret məqamda özlərini gerçək aparır. Səhnə əla yazılıb, əla aktyor heyəti var, ona görə hər şey spontan görünür. Siz baş verənlərə şübhə eləmirsiz, ekranda görünənlərə inanırsız. Ssenaridə improvizasiya hesabına reallığa nail olmaq imkansızdır - fikri kökündən yanlışdır. Əgər siz səhnəni yaxşı yazsanız, aktyorlar onu əla oynasa, o, dərin və ifadəli alınacaq. Bəzən aktyor personaja uyğun gələn elə gözlənilməz bir şey edə bilər ki, heç vaxt ağlınıza onu yazmaq gəlməzdi. “Forrest Gamp”dan misal gətirəcəm. Babba rolunu oynayan aktyor krevetləri nə eləmək haqda dialoqu improvizə eləmişdi. Bu, filmin ən yaxşı məqamlarından biridir.

Səhnəni bacardıqca elə gözəl yazın ki, əmin olasız: əgər aktyor özündən nəsə əlavə etməyəcəksə və yazıldığı kimi oynayacaqsa, hər şey normal olacaq. Sonra siz bu səhnəyə əminsizsə, amma aktyor məşq edən zaman səhnəni yaxşılaşdıran hansısa detallar yaransa, onlardan yararlanın. İşə yarayacaq uğurlu səhnə alınacaq, hətta improvizələr uğursuz olsa da. Yox, əgər çəkiliş meydanına gəlib aktyora “vəziyyət budur, oyna” desəniz, bütün aktyorların bir az pərt vəziyyətə düşə biləcəyi pis səhnə alınacaq.

Pis improvizənin fərqli cəhəti təkrardır. Bir aktyor deyir: “Əgər susmasan mən gedəcəm”, digəri cavab verir: “Deməli, susmasam sən gedəcəksən hə?”

Bu o deməkdir ki, onlar vəziyyətdə ilişib qalırlar, çünki nə danışdıqlarını bilmirlər.

# 2801 dəfə oxunub

Müəllifin son yazıları

# # #