“Zəfər tağı”na görə borclu olduğumuz azərbaycanlı – Mirmehdi Ağaoğlu yazır...

“Zəfər tağı”na görə borclu olduğumuz azərbaycanlı – Mirmehdi Ağaoğlu yazır...
4 aprel 2023
# 18:18

Kulis.az Mirmehdi Ağaoğlunun ““Zəfər tağı”na görə sağ ol, “Yalquzaq”a görə sağ ol... Vilayət müəllim” adlı yazısını təqdim edir.

“Çovdarlıqda uçurumdan qoruyan”ın ingiliscədən tərcüməçisi Tehran Vəliyev vəfat edəndə bir yazı yazmışdım.

O zaman Vilayət Hacıyev yazını oxuyub mənə zəng vurdu. Dedi. mənim üçün də bir dənə belə yazı yaz, sağ ikən oxuyum. Məncə, zarafatla demişdi. Ona görə də yazmadım. Həm də, düzü, əlim gəlmirdi. Bilirdim ki, xəstədir. Üstəlik, mən o yazını Tehran Vəliyevin ölümü zamanı cəmiyyətdəki susqunluqdan qəzəblənib yazmışdım.

Bundan sonra da hər dəfə görüşəndə zarafata salıb deyirdi...

Bu gün Vilayət Hacıyev vəfat etdi. Böyük itkidir.

Azərbaycan ədəbiyyatına Erix Mariya Remark (“Zəfər tağı”), Herman Hesse (“Yalquzaq”), Henrix Böll (“Kişisiz ev”), Frans Kafka (“Məhkəmə), Lion Feyxtvanger (“Lautenzak qardaşları”) kimi yazarları və onlarla başqa müəllifləri orijinaldan tərcümə edib qazandıran adam idi Vilayət müəllim.

Özü də nəzərə alanda ki, bu əsərlər məhz orijinaldan çevrilib və bir də Azərbaycan tərcümə institutunun yoxsulluğunu, kasadlığını nəzərə alanda, Vilayət Hacıyevin necə böyük işlər gördüyünü anlayırsan.

Axı bu adamların şəxsi təşəbbüsləri, təşnələri olmasaydı, kim idi həmin əsərləri dilimizə çevirən?!

Özü də cüzi qazanc qarşılığında.

Əgər Vilayət müəllimin zəhməti olmasaydı, kim bilir, mən “Zəfər tağı”nı, “Yalquzaq”ı 17 yaşımda yox, neçə yaşımda oxuyacaqdım, özü də hansı dildən.

Ya Böllü.

Və ya Kafkanı.

Yaxud başqasını.

Təkcə mən yox, minlərlə azərbaycanlı Vilayət Hacıyevin (elə Tehran Vəliyevin də adını çəkib, xatırlamaq yerinə düşər) bu əsərləri öz dilimizdə oxuyub, bəhrələnib.

“Zəfər tağı”nı oxuyanlar, “Yalquzaq”ı oxuyanlar, “Məhkəmə”ni oxuyanlar bir ömür Vilayət müəllimə minnətdar qalacaqlar!

Ruhun şad olsun, böyük kişi!

Adın o əsərlər Azərbaycan ədəbiyyatında qaldıqca yaşayacaq.

Və deməli, əbədi yaşayacaq!

# 4811 dəfə oxunub

Oxşar xəbərlər

Teatral işıqda İsanın cansız bədəni – Karavacconun “Məsihin dəfni” tablosu

Teatral işıqda İsanın cansız bədəni – Karavacconun “Məsihin dəfni” tablosu

15:30 29 sentyabr 2026
Sədaqətsizlik, özünə aid otaq, doğumdan sonrakı zorakılıq...  - Feminizm mövzusunda 10 məşhur əsər

Sədaqətsizlik, özünə aid otaq, doğumdan sonrakı zorakılıq... - Feminizm mövzusunda 10 məşhur əsər

14:00 27 sentyabr 2026
Zərifliyin impressionist təsviri - Edqar Deqanın "Balet məşqi"

Zərifliyin impressionist təsviri - Edqar Deqanın "Balet məşqi"

13:30 27 sentyabr 2026
Bir mühacirin kitabı sovet Bakısına necə sızdı? - Cavidin Vaşinqtondakı barelyefinin arxasındakı şuşalı

Bir mühacirin kitabı sovet Bakısına necə sızdı? - Cavidin Vaşinqtondakı barelyefinin arxasındakı şuşalı

12:00 26 sentyabr 2026
13 yaşında atasını itirdi, 17 yaşında evləndi - Vısotskinin sevdiyi “Cadugər qadın” kim idi?

13 yaşında atasını itirdi, 17 yaşında evləndi - Vısotskinin sevdiyi “Cadugər qadın” kim idi?

10:00 26 sentyabr 2026
Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər