Polad Alemdarın "ana"sı: "Ərim bütün günü AzTV-yə baxır..." – Müsahibə

Polad Alemdarın "ana"sı: "Ərim bütün günü AzTV-yə baxır..." – Müsahibə
26 avqust 2019
# 18:41

Kulis.az “Kurtlar Vadisi” serialından Nazife ana obrazı kimi tanıdığımız Serpil Tamurla müsahibəni təqdim edir.

- Serpil xanım müsahibəyə başlamadan suallarınız çox uzundur deyir. Araya gülüşmə düşür.

- Xoş gəlmisiniz Bakıya. İlk gəlişinizdir?

Görüntünün olası içeriği: 1 kişi, oturuyor

- İki il əvvəl gəlmişdim. Bir proqrama dəvətli idim. İkinci dəfədir ki, Bakıdayam.

- Bakı haqqında təəsüratlarınızını bölşüərsiniz...

- Hər səfərimdə Bakını daha da çox sevirəm. Buralar çox doğmadı mənə.

-Azərbaycandan filmlə bağlı təkliflər gəlsə qəbul edərdiniz?

-Təbii ki, düşünərəm. Niyə də düşünməyim?! Çox gözəl bir yerdə yaşayırsınız.

-Kariyeranıza nəzər salsaq, teatrla başlamısınız və indi də davam edirsiniz. Sizin üçün teatr nəyi ifadə edir?

-Teatr mənim üçün həyatın özüdür, hər şeydir. Teatr mənim üçün məbəddir, müqəddəsdir. Teatrda olduğum üçün çox şanslıyam. Onun yeri bambaşqadır.

-Biz sizi seriallardan tanıdıq. Türkiyədə serial sektoru necədir?

- 33 ildir ki, seriallarda rola alıram. 56 ildir isə teatrdayam. Digər ölkələrlə müqayisə aparsaq Türkiyə serial sektorunda xeyli qabaqlardadır. Serial sektorumuz çox parlaq vəziyyətdədir.

- “Kurtlar Vadisi” serialında sizi Nazife ana kimi tanıdıq. Bir az bu serialdan danışarısnız...

-O elə obraz idi ki, mənə tezliklə yapışdı. “Poladın anası bizim anamız” sloqan kimi hər yerə yayıldı. Teatr turnelərinə çıxırıq. Anadonlunu gəzirik. Getdiyimiz hər yerdə bizə münasibət çox gözəl, səmimidir. Ömər ata ilə Nazifə ana kimi duet yaratmışdıq. Bu ikilidə çox tuturdu. Tamaşaçılar ideal ananı, atanı sizdə gördük deyirdilər. Vuruşma, döyüş kimi səhnələri bol olan serial idi, amma biz Ömərlə bu çaxnaşmanın kənarında qalırdıq. Vurulma səhnəmi çıxmaq şərtilə.

-Həyatdadamı Nazifə ana kimsiniz?

-Demək olar. Pozitiv, duyğulu, həssas...

-Necati Şaşmazla münasibətiniz ana-oğul kimidir?

- Əlbəttə. Ana oğul kimiyik. Bir dəfə çəkilişdə idim. İşimiz gərgin gedirdi. Həmin gün də analar gününə təsadüf edirdi. Necati əlində güllərlə yanıma gəldi. Analar günümü təbriklədi. Bu cür jestlər insanın ürəyindən gələn istəklərdir. O qədər gözəl bir xatirə idi. Bu il eyni hadisəni “Bir zamanlar Çukoravada” Vahidə əlində bir çiçəklə məni təbrik elədi. Bu cür xüsusi təbriklər məni duyğulandırır. 75 yaşındayam.

- Daha gənc göstərirsiniz...

- Doğurdan?

- Əlbəttə. Müsbət auralı, işıqlı insansınız...

- Mən hər zaman gənc qalıram. Qızım hərdən soruşur ki, bu enerjini hardan alırsan. Bu mənim peşəmdən irəli gələn bir şeydir deyirəm. Aktrisalıqdan əlavə müəllimlikdə etmişəm. Sənətə, peşəyə sevgim hər zaman məni ayaqda saxlayıb.

- “Kurtlar Vadisi”ndə bir səhnədə Polad gəlib ailəsinə həqiqəti danışır, siz də "acsan, oğlum" deyirsiniz. Çox təsirli epizoddur. Seriala baxanda bu səhnə sizə necə təsir edir?

-Bu yeri dəfələrlə çəkəndən sonra alınıb. Hər dəfə alınmırdı. Dördüncü səhnədə Necati ilə duyğusallaşmışdıq. Mütləq ki, o səhnə təbii alınmalı idi. Elə də oldu.

-Serialda Ömər ata ilə siz dindar ailə kimi təqdim edilirsiniz. Həyatda necə dindarısız?

- Dinimi çox sevirəm. Amma o qədər də bağlı deyiləm. Gündə 5 dəfə namaz qılmıram.

- İnanclısınız?

- Tanrıya inanıram. Yuxarı sadəcə mənimlə onun arasındakı münasibətdir.

- “Kurtlar Vadisi” vaxtilə Türkiyədə ajiotaj yaratmışdı. Hətta Çakırın ölümünə görtə mitinqlər keçirilmişdi. Tamaşaçı onun ölümünü qəbul etmirdi. İnsanların sizə qarşı münasibəti, marağı necədir?

- Məni görənlər çox səmimi, isti münasibət bəsləyirlər. Əlimi öpür, xeyir dua alırlar. Mən sadəcə aktrisayam, amma insanlar mənim Nazife ana olduğuma inanırlar.

- Nazifə ana kimi dadlı, gözəl yeməklər bişirirsiniz?

- Çox gözəl yeməklər bişirə bilirəm. Bu yay uşaqlarım, nəvələrim Amerikadan gəldilər. Onlara dadlı yeməklər bişirdim. Hər halda dadlı yeməklər bişirərəm.

- Bişirərəm?

- Çox ayıb yaa... (gülüşmə) Axı gözəl yemək bişirməyimi ancaq yeyənlər deyə bilər.

- Uşaqlarınızda bu sənətə meyil göstərir?

- Xeyr. Ancaq kiçik qızım sizin sənətçi Elnur Hüseynovdan musiqi dərsi alır. Müəllimindən də çox məmnundur.

- Əfəndim, Cüneyt Arkın Necati Şaşmaz haqqında demişdi ki, “Kurtlar Vadisi”ndə Poladın döyüş səhnələri uğursuzdur. Siz necə düşünürsünz, Necati Şamaz necə bir aktyordur?

-Cünyet Arkın bu mövzunu çox yaxşı bilən aktyorlarımızdan birdir. Filmlərində də görürsünz, ən yaxşı döyüş səhnələrini yaradıb. Bu mövzunu yaxşı bilmirəm, yəni döyüş sənəti necə olar, bilmirəm.

-Ümumiyyətlə Necati Şaşmazın akyorluğunu necə qiymətləndirirsiniz?

- Filmin əvvəllərindən hesablasanız 300 seriyada çəkildi. Xeyli püxtələşdi, inkişaf etdi, öz üzərində işlədi. Məncə yaxşı aktyordu deyə bu qədər də sevəni var.

-Ədəbiyyatdan danışmaq istəyirəm bir az da. Sevdiyiniz yazıçlar varmı?

- Dostoyevski ən sevdiyim yazıçılardan birdir. Kafka, Tolstoy mənim üçün müəllim kimidirlər. Oxuduğum kitablar mütləq məni silkələmlidir. Detektiv əsərlər sevmirəm, oxumuram.

- Niyə, türklər Dostoyevskini bu qədər çox sevir? Bu sevginin qaynağı nədir?

- Şəxsləri incələməsi, şəxslər haqda xarakterik analizləri romanında əks etdirməsi mənə çox maraqlı gəlir. Ona görə çox sevirəm. Kaş onun əsərlərindən birini tamaşaya gətirə bilsəm. Qələmi çox itidir, romanları çox dərindir.

-Bəs türk ədəbiyyatından?

- Nazim Hikmətə xüsusi bir simpatyam var. Evdə kitablarım çoxdur. Orxan Pamukun “Qar” əsərini daha çox sevirəm.

-Azərbaycan kinosundan sevdiyniz aktorlar varmı? Hansı filmlərimiz izləmisiniz?

- Alim Qasımovu çox sevirəm. Amma o da aktyor deyil musiqiçidir. Keçən il Rasim Balayevlə görüşmüşdük. “Dədə Qorqud” filmini çox bəyənirəm. Rasim gözəl aktyordur.

- Sevdiyiniz filmlərimizdən varmı?

- Tam xatırlaya bilmirəm. Həqiqətən bizdə izlənilmir. Ancaq həyat yoldaşım, Aztv-ni izləyir. O daha çox vaxt ayıra bilir.

- Çəkilişlərdən vaxtınız olmur?

- Öz serialımı belə izləyə bilmirəm. Ciddi deyirəm.

- Vaxt ayırdığınız üçün təşəkkür edirik.

- Buyurun, xoş oldu.

# 5676 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #