Kamil Cəlilovun yubileyi keçirilib

Kamil Cəlilovun yubileyi keçirilib
2 mart 2018
# 09:44

Martın 1-də Beynəlxalq Muğam Mərkəzində qocaman qoboy ifaçısı, Xalq Artisti, “Şərəf” və “Şöhrət” ordenli Kamil Cəlilovun 80 illik yubiley gecəsi keçirilib.

Kulis.az Azərtaca istinadən xəbər verir ki, Əməkdar İncəsənət Xadimi Hafiz Quliyevin aparıcılığı ilə keçən tədbirdə Kamil Cəlilovun ömür yolundan bəhs edən, həmçinin dostlarının, tanınmış elm və mədəniyyət xadimlərinin onun barədə fikirlərinin əks olunduğu videoçarxlar nümayiş etdirilib.

Yubiley gecəsində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev sənətkarın Azərbaycan milli ifaçılıq sənətinin inkişafı və təbliği istiqamətində gördüyü işlərdən danışıb. Bildirib ki, Bakıda dünyaya göz açan Kamil Cəlilov Azərbaycan milli ifaçılıq məktəbinin istedadlı nümayəndəsi, özünəməxsus orijinal üslubu olan mahir qoboy ifaçısıdır. Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra əmək fəaliyyətinə başlayan sənətçi öz istedadı və zəhmətsevərliyi sayəsində qısa müddətdə xalq musiqi incilərini dərindən öyrənib və ifaçılıq məharəti ilə milli musiqimizi zənginləşdirib.

Qeyd edilib ki, istedadlı musiqiçi 1968-ci ildən başlayaraq uzun illər görkəmli pianoçu, Xalq Artisti Gülarə Əliyevanın yaratdığı “Dan ulduzu” ansamblının solisti olub. Kollektivlə birgə Kamil Cəlilov milli musiqi sənətimizi dünyanın müxtəlif ölkələrində məharətlə təqdim etməklə musiqimizin təbliğində böyük xidmətlər göstərib.

Qoboy ifaçısının pedaqoji fəaliyyətindən söz açan nazir müavini bildirib ki, o, uzun illər İncəsənət Gimnaziyasında müəllim kimi pedaqoji fəaliyyətlə məşğul olub, milli ifaçılıq məktəbinin ənənələri əsasında səy və bacarığını gənc ifaçıların yetişdirilməsinə sərf edib.

Diqqətə çatdırılıb ki, milli mədəniyyətimizin inkişafında xidmətlərinə görə Kamil Cəlilov 1989-cu ildə Azərbaycanın Əməkdar Artisti, 2000-ci ildə isə Xalq Artisti fəxri adlarına layiq görülüb. O, Prezident təqaüdçüsüdür. Kamil Cəlilov 2013-cü ildə “Şöhrət”, bu il fevralın 2-də isə 80 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Şərəf” ordeninə layiq görülüb.

Sonra Ədalət Vəliyev yubilyara “Şərəf” ordenini təqdim edib.

Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Zemfira Qafarova, akademik Vasim Məmmədəliyev çıxış edərək sənətkarın bənzərsiz yaradıcılığından danışıblar. Qeyd edilib ki, adı kimi sənətinin mahir bilicisi olan sənətkarın yaradıcılığında iki keyfiyyət birləşib - biri istedad, digəri isə zəhmətkeşlikdir. O, repertuarında bəstəkar əsərləri, xalq mahnıları, muğamlarla yanaşı, dünya musiqisinə də müraciət edib. Sənətkarın ifa etdiyi "Bayatı-Kürd", "Segah", "Zəminxarə", "Bayatı-Şiraz", "Rahab", "Zabul", "Humayun" və "Qarabağ şikəstəsi" muğamları musiqisevərlər tərəfindən hər zaman sevilərək dinlənilir.

Yubiley gecəsi konsert proqramı ilə davam edib. Gecədə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Xalq Çalğı Alətləri Ansamblının müşayiəti ilə bəstəkar və xalq mahnıları ifa olunub.

Sonda çıxış edən yubilyar tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

# 1764 dəfə oxunub

Oxşar xəbərlər

Nə şah unutdura bildi, nə molla - Edam ipini öpən azərbaycanlı şair kimdir?

Nə şah unutdura bildi, nə molla - Edam ipini öpən azərbaycanlı şair kimdir?

09:00 2 iyul 2025
Matsoni - Əli Novruzovun yeni hekayəsi

Matsoni - Əli Novruzovun yeni hekayəsi

09:00 1 iyul 2025
“Təhminə” filmi ilə məşhurlaşdı, bir gecədə Bakını tərk etdi, ağır xəstəlik keçirib yatağa düşdü – O niyə aktrisalıqdan imtina etdi?

“Təhminə” filmi ilə məşhurlaşdı, bir gecədə Bakını tərk etdi, ağır xəstəlik keçirib yatağa düşdü – O niyə aktrisalıqdan imtina etdi?

12:00 30 iyun 2025
Buğdanın göyə çəkilməsi -  Murad Köhnəqalanın yeni hekayəsi

Buğdanın göyə çəkilməsi - Murad Köhnəqalanın yeni hekayəsi

10:00 29 iyun 2025
İki həftədə iki ölüm, unudulmuş soy, gizli bağlantı - Kəbirlinski kimdir?

İki həftədə iki ölüm, unudulmuş soy, gizli bağlantı - Kəbirlinski kimdir?

10:00 28 iyun 2025
Xalq düşmənini evində gizlətdi, 14 yaşlı oğlu ilə sürgünə göndərildi, şahın qızıl saatını satdı - SSRİ-nin ən "arzuolunmaz" qadını

Xalq düşmənini evində gizlətdi, 14 yaşlı oğlu ilə sürgünə göndərildi, şahın qızıl saatını satdı - SSRİ-nin ən "arzuolunmaz" qadını

12:00 27 iyun 2025
# # #