Hansı əsərə film çəkərdiniz? SORĞU

Hansı əsərə film çəkərdiniz? <span style="color:red;">SORĞU
17 sentyabr 2014
# 13:07

Kulis.az rejissorlara “Xarici və milli ədəbiyyatdan hansı əsəri ekranlaşdırmaq istərdiz?” sualı ilə müraciət edib.

Cavabları təqdim edirik.

Hüseyn Mehdiyev: "Mən ümumiyyətlə ekranlaşdırmaya mənfi baxıram. Ekranlaşdırma ədəbi əsərləri kino yolu ilə geniş oxucu kütləsinə çatdırmaq üçündür. Ola bilər ki, rejissor hansısa əsərin motivləri əsasında film çəkmək istəsin. Mən Kortasarın əsərlərinin motivləri əsasında film çəkmək istəyərdim".

Cavid Təvəkkül: “Markesin “Mənim hüznlü fahişələrim” romanını və Anarın “Gürcü familyası” hekayəsini”.

Əli İsa Cabbarov: “Floberin “Madam Bovari”, Şərif Ağayarın “Haramı”, Seymur Baycanın “Quqark” əsərlərini ekranlaşdırmaq istərdim”.

Elçin Musaoğlu: ”Əvvəllər bu barədə düşünürdüm. Amma indi düşünürəm ki, heç birindən. Yəni, belə hesab edirəm ki, indiki zamanda film üçün ssenari yazılmalıdır. Hansısa hekayədən və ya əsərdən bəhrələnmək olar yalnız. Məncə o zaman artıq keçdi... Bir də o fikirlə razıyam ki, sinema ədəbiyyatın xarabalığı üzərində qurulur”.

Oqtay Mirqasımov: "Mən heç bir ədəbi əsəri ekranlaşdırmaq istəməzdim. Mənim üçün bu, qəbul olunmazdır. Bədii əsər özü vahid, bütöv, əvəzolunmazdır. Düzdür, çox dəyərli filmlər var ki, onlar bədii əsərin ekranlaşdırılmasıdır və çox da gözəl alınıb: "Hərb və sülh", "Hamlet" və sairə. Amma məncə, hər rejissorun öz yolu var. Yazdığım ssenariləri, düşündüyüm süjetləri ekrana gətirmək istəyirəm."

Samir Kərimoğlu:”Dünya ədəbiyyatından Rey Bredberinin "Farengeytlə 451 dərəcə”, Pol Yangın "Koma", bizim ədəbiyyatdan Nizaminin “Leyli və Məcnun”u, Çingiz Abdullayevin “Mavi mələklər”i”.

Elcan Məmmədov: “Əli və Nino”. Bu həm də dünya ədəbiyyatıdır”.

İlqar Nəcəf: “Xarici ədəbiyyatdan hansı əsəri çəkmək istərdim? Bir deyil ki, deyəsən. Dino Buzzatinin "Tatar cölü” və Əkrəm Əylislinin hekayələri maraqlıdır mənim üçün”.

Şamil Əliyev: “Qabriel Qarsiya Markesin “Yüz ilin tənhalığı”, "Dədə Qorqud" dastanı”.

Ələkbər Əliyev: “Servantesin “Don Kixot” romanı, Axundovun “Dərviş Məstəli şah”ını.

Teymur Daimi “Umberto Ekonun "Kraliça Loanın sirli alovu”, Çingiz Hüseynovun "Məhəmməd, Məmməd və Məmiş" romanlarını.

İqbal Məmmədəliyev: “Sveyqin, Kuperin və Selincerin əsərlərini çox sevirəm. Selincerin “Çovdarlıqda uçurumda qoruyan” əsərinin əsasında psixoloji triller çəkərdim. Bizim ədəbiyyatdan isə Əlisa Nicatın “Qızılbaşlar” romanı əsasında film çəkmək istərdim”.

İntiqam Hacılı: “Herman Hessenin "Knulp" əsəri. Amma bizim gənc yazarların əsərləri mənə daha yaxın və maraqlıdır. Seymur Baycanın "Quqark"i, Şərif Ağayarın "Haramı" və Sevinc Elsevərin "Şəhər", "Falçı" romanlarından birini çəkmək istəyirəm”.

Vasif Məmmədzadə: “Frans Kafkanın və Axundovun əsərlərindən birini”.

# 3662 dəfə oxunub

Oxşar xəbərlər

Dövlət işi naminə dinini dəyişdi, Parisdə siyasi mühacir həyatı yaşadı... - O, mirasını hansı şərtlə arvadına vəsiyyət etmişdi?

Dövlət işi naminə dinini dəyişdi, Parisdə siyasi mühacir həyatı yaşadı... - O, mirasını hansı şərtlə arvadına vəsiyyət etmişdi?

15:00 17 fevral 2026
"Özümüzü xoşbəxt olduğumuza inandırmağa çalışırıq..." - Duş qəbul etmək üçün nələri qurban verərdiniz?

"Özümüzü xoşbəxt olduğumuza inandırmağa çalışırıq..." - Duş qəbul etmək üçün nələri qurban verərdiniz?

10:00 17 fevral 2026
"Məcnun"ların ustadı - Nəriman Nərimanov onun həyatını necə dəyişdi?

"Məcnun"ların ustadı - Nəriman Nərimanov onun həyatını necə dəyişdi?

10:00 16 fevral 2026
Razin siçanları - Vüsal Bağırlının hekayəsi

Razin siçanları - Vüsal Bağırlının hekayəsi

15:00 15 fevral 2026
Arvadının gözü qarşısında xəyanət, bitməyən orgiyalar – Tarixin ən azğın yazıçısı haqqında

Arvadının gözü qarşısında xəyanət, bitməyən orgiyalar – Tarixin ən azğın yazıçısı haqqında

12:00 13 fevral 2026
Sıxır məni şəhərdəki günlərim... - “Səksənincilər" layihəsindən Qoca Xalidin şeirləri

Sıxır məni şəhərdəki günlərim... - “Səksənincilər" layihəsindən Qoca Xalidin şeirləri

10:00 13 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər