Şəkil paylaşmağın nəyi pisdir? SEVDA SULTANOVA yazır

Şəkil paylaşmağın nəyi pisdir? SEVDA SULTANOVA yazır
9 iyun 2015
# 12:47

Tez-tez foto çəkdirməyi, gəzdiyim, gördüyüm maraqlı yerlərin, təbiət mənzərələrinin qoynunda özümü lentə almağı sevmirəm. Çünki fotoya köçürülən an keçmişə çevrilir, statikləşir, indidə yaşadığını əhəmiyyətsizləşdirir və ümumiyyətlə, foto çəkmək vərdişi yaşamağa mane olur. Keçmişlə, xatirələrlə yaşamaqdan, ona qapanıb qalmaqdan, hətta nə qədər xoş, cazibədar olsa da sıxılıram.

Realist olduğuma görə mənim üçün “Burda və indi” vacibdir. Həyatı xatirələrdə yox, foto ilə keçmişə çevirərək yox, indidə, gerçəkdə, canlı olaraq yaşamaq önəmlidir. Onun pis və yaxşı olmasından asılı olmayaraq.

Bu mənada Facebook bir az da foto məzarlığına oxşayır. Oxşar pozada, oxşar mizanla çəkilən, durğun, özündə həyat energetikası daşımayan foto məzarlığı.

Yemək süfrəsində, gəzintidə, toyda çəkilən fotolar... Ağıllı, melanxolik, sentimental, komik pozalar alan saysız-hesabsız monoton insan portretlərinə baxanda ilk aldığım informasiya bu olur ki, onlar harda olursa-olsun bir foto çəkib paylaşmaq üçün yaşayırlar.

Mən artıq düşünürəm ki, sosial şəbəkədə foto yerləşdirmək, layk almaq, eqonu qabartmaq məsələsi deyil. İntensiv paylaşımların özündə nəsə bir ekzistensial, tragik motiv var.

Bir dəfə çox dəyər verdiyim xanım Facebookda xoşbəxt ailə fotosunu paylaşmışdı. Foto xeyli layk almışdı, şərhlərdə hamı onların gözəl ailə, cütlük olduğunu qeyd etmişdi və s.

Xanım dedi ki, biz elə fotoda xoşbəxt görünürük. Əslində isə elə deyil, sadəcə, bu, məhz foto üçün verilən saxta görüntüdür.

Çeşidli problemlərdən dolayı arzularını reallaşdıra, hüzurlu ola bilməyən insanlar fotolarla sıxılmış enerjilərini sublimasiya edirlər.

Sosial şəbəkələrdə fotolarına münasibət onları ovundurur, təsəlli verir. Amma bu ovunma keçici olduğu üçün daha bir fotoya ehtiyac duyurlar və beləcə həyatlarından bir anı əbədiyyətə köçürən fotolar çoxalır, çoxaldıqca Facebookun qaranlıq, sonsuz tunelində yoxa çıxır.

Sosial şəbəkələrdəki xoşbəxt, şən şəkillər əslində bizim xoşbəxt, hüzurlu ola bilməməyimizin rəsmidir. Ona görə onlarda həyatın işığı yox, bozluğu güclüdür.

Gerçəkdə rahatlığını, özünü tapa bilməyən toplum virtual dünyada illüziyalarla yaşamağı tərcih edir.

Hər halda bu mövzuda nə yazıramsa yazım, Umberto Ekodan daha dəqiq ifadə edə bilmərəm: “Mobil telefona, yaxud kameraya çəkib internetdə paylaşmaq... İnsanlar hansısa hadisənin şahidi olanda ağıllarına gələn ilk fikir budur. Halbuki belə edəndə nə baş verdiyini yaxşı qavraya bilmirlər. Və təxmin etdiyim kimi, gördükləri hər şeyin şəklini çəkərək dünyanı gəzirlərsə, bir gün əvvəl çəkdiklərini səhəri gün unutmağa məhkumdurlar”.

# 1721 dəfə oxunub

Oxşar xəbərlər

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri  — Araşdırma

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri — Araşdırma

11:18 29 oktyabr 2025
Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

16:15 28 oktyabr 2025
Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

12:16 28 oktyabr 2025
Qaraltı - Vüqar Vanın yeni hekayəsi

Qaraltı - Vüqar Vanın yeni hekayəsi

10:30 28 oktyabr 2025
Kurt Şnayderin psixopat təsnifatı - Siyahıda kimlər var?

Kurt Şnayderin psixopat təsnifatı - Siyahıda kimlər var?

12:00 27 oktyabr 2025
"O, çək­­məçi deyil və sifariş qəbul etmir" - Cavidin əleyhinə ifadə verənlər kimlər idi?

"O, çək­­məçi deyil və sifariş qəbul etmir" - Cavidin əleyhinə ifadə verənlər kimlər idi?

15:25 24 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər