18 yaşında, 1970-ci ildə səhnəyə çıxan, bir neçə il “Maksim” gecə klubunda müğənnilik edən Bülənt Ərsoyun əsl soyadı Ərkoç olub. “Maksim”də səhnəyə çıxmamışdan öncə aktyor Müjdat Gəzənin məsləhətiylə soyadını Ərsoy edir.
70-ci illərdə müğənni bir çox filmdə yaraşıqlı kişi rollarını oynayırdı. 1975-ci ildə cinsi mənsubiyyəti ilə bərabər zahiri görünüşünü də dəyişir. 1979-cu ildə haqqında deyilənlərə fikir vermədən özünə döşlər düzəltməyə qərar verdiyini açıqlayır və düzəltdirir də. Ərsoyun döşləri o dövrün bulvar mətbuatı tərəfindən xeyli müzakirə olunur. Homofobik xəbərlərin hesabına Ərsoyun döşləri xalqın da gündəmini zəbt edir.
31 avqust 1980-ci ildə Milliyət qəzetinin müxbiri Mete Akyol, Ərsoyla müsahibə hazırlayır. “Mən də kişiliyi daddım” başlıqlı müsahibənin girişində Akyol, Ərsoyun gözlərinə baxmaq istədiyini amma taxma kirpiklər səbəbindən gözlərini görə bilməyincə “baxışlarının istər-istəməz dekoltedən görünən döşlərə sürüşdüyünü” yazır.
Akyolun “Homoseksualsınızmı?” sualına Ərsoy “Mən heç vaxt homoseksual olmamışam, mən bir qadınam. Bir neçə ay sonra əməliyyat olunub qadın kimi yaşamağıma mane olan artıq şeylərdən xilas olacağam” cavabını verir.
Həmin müsahibədə “Kişi olduğunuz vaxtlar üçün darıxırsınızmı?” sualına isə “xeyr” cavabı verir. Oxucuları düşünmədən xırda detallara vararaq deyir: “Hətta inanmazsınız amma nişanlımla cinsi əlaqədə oldum və o hamilə qaldı”.
Zəki Mürənin onun haqqında “Bu yapon ölüb getsəydi, xilas olardıq” dediyini iddia edən Ərsoy, bu səbəbdən Mürənlə küsülü olduğunu söyləyir. Birlikdə konsert verib-verməyəcəkləri sualına isə cavabı çox dəqiq olur: “Xalq üsyanı olsa, prezident belə işə qarışsa, yenə də Zəki Mürənlə eyni səhnədə çıxış etmərəm”.
Dekoltesinə rəğmən əhvalını pozmadı
1980-ci ildə İzmirdə səhnəyə çıxan zaman tamaşaçılardan gələn “aç, aç, aç” şüarına döşlərini açmaqla qarşılıq verən Ərsoy haqqında prokurorluq araşdırma aparmağa başlayır. 10 sentyabr 1980-ci ildə qəzetlərə açıqlama verən İzmir Bələdiyyəsinin sədri İhsan Alyanak “Qadın, yoxsa kişi olduğunu bilmədiyimiz Bülənt Ərsoyun bu vəziyyətdə bir daha konsert verməyinə imkan verməyəcəm. Ərsoy, İzmirin və izmirlilərin əhvalını pozur. Atatürkün anadan olmasının 100-cü ili olan qarşımızdakı il bir seçim etsin. Qadın yoxsa kişi olacaq, bir qərar versin” deyir.
Ancaq İlhan Alyanaq ertəsi gün fikrini dəyişir. Konsertdən sonra Ərsoyu öpərək təbrik edir və jurnalistlərə “Onun hərəkətləri bəlkə çox qəribədir, amma sehrli səsi var. Bu gecə də dekolte paltarla oxumasına baxmayaraq əhvalını pozmadı” açıqlamasını verir.
Bu konsertdən iki gün sonra Türkiyədə çevriliş baş verir və Bülənt Ərsoy üçün çətin və ağır illər başlayır. Çevrilişdən sonra xəbərə ac qalan maqazin mətbuatının ən başlıca mövzusu da Ərsoyun cinsiyyət dəyişdirmə əməliyyatı olur. 1981-ci ilin fevralında Ərsoyun əməliyyat olunacağı xəbəri dəqiqləşir.
1981-ci il aprelin 14-də qəzetlər Ərsoyun İngiltərədə cinsi dəyişiklik üçün əməliyyatı olunacağını yazır. Xəbərlərə görə Londondakı “Charing Cross” xəstəxanasının mətbuat katibi, Ərsoyun psixoloji cəhətdən idarəolunmaz hərəkətlər etdiyini, onu ziyarət edən hər bir adam üçün ayrı paltar geyindiyini, haqqında yazılanlara əsəbləşərək qalmaqal yaratmaq istədiyini söyləyir.
Səhəri gün qəzetlər Ərsoyun cinsiyyətini dəyişdirdiyini xəbər verirlər. Ən maraqlı sərlövhə isə gözlənildiyi kimi “Günaydın” qəzetindən gəlir: ”Bülənt Ərsoy miss oldu”.
Homoseksual müğənnilərə səhnə qadağası
Ərsoy iyul ayına qədər Londonda qalır. Qayıdan zaman “Lunapark” gecə klubunun rəhbəri Papel Osman tərəfindən (Osman Qavran) qarşılanma mərasimi hazırlanır. Təyyarədən enəndə ayağının altına qırmızı xalçalar sərilən Ərsoy, jurnalistlərə 11 iyuldan etibarən “Lunapark” gecə klubunda oxuyacağı xəbərini verir.
Klubda çıxış edəcəyi günün sabahı, biri “Lunapark” gecə klubunda, biri də “Əyyub Sultan”da olmaqla iki qurban kəsdirir. Ancaq həmin gün saat 16:00-da İstanbul valisi Nevzat Ayaz, “Bülənt Ərsoy və digər homoseksual müğənnilərin bundan sonra səhnəyə çıxması qadağandır” açıqlamasıyla çıxış edir.
Ərsoyun vəkilinin polisə müraciəti, “müvəkkilinin artıq qadın olduğu və homoseksual sayılmayacağı üçün səhnə qadağasına tabe olmayacağına etirazı” rədd edilir. Homoseksualların etdiyi hərəkətlərlə cəmiyyətin böyük hissəsinin nifrətini qazandığını söyləyən N. Ayaz, “Bundan sonra belə adamların səhnəyə çıxması və hər hansı sosial fəaliyyətə başlaması qadağandır. Bülənt Ərsoy da qadın olmuş keçmiş bir homoseksualdır, bu səbəbdən qadağa ona da aid edilməlidir” deyir.
Bülənt Ərsoy illər sonra ona qoyulan səhnə qadağasının çevriliş edənlərin əsəri olduğunu deyir, əsl təşkilatçının isə “Maksim” gecə klubunun rəhbəri Fəxrəddin Aslan olduğunu söyləyir. Əsroy iddia edir ki, “Maksim”dən ayrılıb “Lunapark” gecə klubuna transfer olunmasını özünə sığışdırmayan Aslan, dostları Vəli Nevzat Ayaz və polis rəisi Şükrü Balcının köməyilə bu qadağanın rəsmiləşməsini təmin ediblər.
Ərsoy o gündən etibarən uzun müddət homoseksual deyil, qadın olduğunu sübut etməyə çalışır. Polisə etdiyi müraciət rədd edildikdə əməliyyatdan sonra aldığı çəhrayı şəxsiyyət vəsiqəsi və sağlamlıq haqqında arayışla məhkəməyə müraciət edir. Fatih məhkəməsində Ərsoyun qadınlığı təsdiqlənir. Ancaq prokurorluğun etirazı səbəbindən yuxarı instansiya 22 yanvar 1982-ci ildə məhkəmənin verdiyi qərarı ləğv edir. Bu qurumun qərarına görə Ərsoya mavi şəxsiyyət vəsiqəsi verilməli idi.
“Hamama getsəm məni hansı tərəfə apararlar?”
Belə vəziyyətdə B. Ərsoy da qəzetlərə paltar toxuyarkən şəkillər çəkdirib, xanım olduğunu söyləyir. Homoseksualların səhnə qadağasına “Səhnədəki pisliyin təmizlənməsinə mən də sevindim” deyən Ərsoy, özünün homoseksual deyil, qadın olduğunu dediyi “Hurriyət”in müxbirinə “Vətənimə və əziz millətimə bəslədiyim sevgi ilə əməliyyat oldum. Amma hamama getsəm hansı tərəfə apararlar məni? Qadınlar, ya kişilər tərəfə?” deyə sual edir.
Cinsiyyət iddiası yenidən araşdırılan Ərsoy, səhnə qadağası ilə bağlı da müraciət edir, amma “Hüquqi tərəfdən kişi olan Ərsoyun sadəcə kişi paltarıyla səhnəyə çıxa biləcəyinə” dair qərar verilir. “Günaydın” qəzetinin yazdığına görə, Ərsoy, İzmirdə kişi paltarıyla səhnəyə çıxır. Hətta onu izləyən polisi çaşdırmaq məqsədilə tamaşaçı qadınların bəzilərini dodaqlarından öpür və “Günaydın”ın ifadəsiylə desək, qadınlar məst olur.
1984-cü il 4 avqustda “Milliyət” qəzetinə “Kişi həmişə dəyərlidir” başlıqlı bir müsahibə verən Ərsoy, əməliyyat olduğu andan “qadın kimi yaşadığını” bildirir. Özünü pis nümunə kimi göstərənlərə “Necə pis nümunə ola bilərəm? Mən əməliyyat olundum deyə hər kəs növbəyə durub əməliyyat olur?” deyə çox haqlı bir sual verir.
Yüksək instansiya məhkəməsinin ləğv qərarından sonra yeni müraciəti araşdıran məhkəmə 1984-cü ildə ikinci dəfə Ərsoyun qadın olduğuna dair qərar çıxarır. Çəhrayı şəxsiyyət vəsiqəsi alsa da işə yenə yuxarı instansiya məhkəməsi baxır və 4 avqust 1986-cı ildə qərarını açıqlayır: “Bülent Ərsoy kişidir”.
B. Ərsoy mübarizəni davam etdirir. 1987-ci ildə dördüncü dəfə iddia qaldırır. Məhkəmə 25 sentyabrda yenə onun qadın olduğuna dair qərar verir amma yuxarı instansiya məhkəməsi yenə eyni şeyi deyir: “Bülənt Ərsoy kişidir”.
Bir mahnı Ərsoyun taleyini həll etdi
Ərsoy homoseksuallar üçün nəzərdə tutulmuş səhnə qadağasından qurtulmaq üçün qadın olduğunu sübut etmək istəyir. Amma arada gözlənilməz bir hadisə baş verir və 8 yanvar 1988-ci ildə Ərsoya səhnəyə çıxmağa icazə verilir. Bir çoxları Turqut Özalın qadağanı əhval-ruhiyyəsi yüksək olanda aradan götürdüyün söyləyirdi. Və deyirdilər ki, homoseksuallarla bağlı qadağa da qaldırılmalıdır.
Ərinin ölümündən sonra Türkiyənin tanınmış jurnalistləri Mehmet Ali Birand və Soner Yalçına açıqlama verən Səmra Özal bunları deyir: “Bülənt Ərsoyu çağırtdırdım. Turqut bəy mahnı oxumağını xahiş etdi. Çox ağır bir mahnı idi, adını belə xatırlamıram. Turqut bəy, mənə “Safiyə Ayladan bu mahnını oxumasını bir neçə dəfə istədim, oxuya bilmədi” demişdi. Bülənt çox həyəcanlı idi, yazığın əl-ayağı əsirdi. Elə oradaca, zümzümə etməyə başladı. Rəhmətlik, çox təəccübləndi. Daha sonra müxalifətin təzyiqinə baxmayaraq qadağanı aradan qaldırdıq”.
Məhkəmələrin və qadağanın davam etdiyi səkkiz il müddətində Türkiyədə səhnəyə çıxmayan Ərsoy, xarici ölkələrdə konsertlər verməyə başlayır. Dünyanın müxtəlif yerlərində çoxlu konsertlər verən Ərsoy London “Palladium”da və “Madison Square Garden”də səhnəyə çıxan ilk türk sənətçi olur. Amma dövlət onu nəzarətdən buraxmır. Konsertlərdən yaxşı pul əldə etdiyindən xəbər tutan Maliyyə Nazirliyi işə qarışaraq Ərsoydan xarici ölkələrdə qazandığı puldan vergi ödəməyi tələb edir.
Ərsoy son məhkəmə iddiasını qadağa qalxmadan iki ay əvvəl, 1987-ci ilin noyabrında qaldırır. Vəkil Ərsoyun qadın ya kişi olduğuna Yüksək Tibb İdarəsinin qərar verməsini təklifini səsləndirir. Məhkəmə təklifi qəbul edir. Qurumun hazırladığı arayışda B. Ərsoyun “fiziki olaraq qadın görkəmində, döşlərinin gənc qızlardakı kimi dik, bədəninin düz və tüksüz, heyva tükü ilə örtülü” olduğu yazılır. Quruma müraciət edən Ərsoy “Mən homoseksual dəli yox, qadınam” deyir. Qadın olmamışdan əvvəl və sonrakı müddətdə cinsi həyatı ilə bağlı məhrəm hesab olunacaq məlumatlar verir və bu məlumatlar qəzetlərdə dayanmadan çap olunur.
Arayışdan sonra, Abdulla Öcalan məhkəməsinin prokuroru olacaq və xeyli məşhurlaşacaq Tələt Şalk, Ərsoyun qadın olduğunu söyləyir. Məhkəmə də bunu təsdiq edir. 6 iyun 1988-ci ildə məhkəmənin qapısından gülümsəyərək çıxan Ərsoyun əlində illər sonra qovuşduğu çəhrayı şəxsiyyət vəsiqəsi vardı.
“GQ” jurnalı
Tərcümə etdi:
Türklərin homofobiyadan imtahanı
25 iyul 2013
05:00
5065 dəfə oxunub
Oxşar xəbərlər
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?
10:10
18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal
15:00
16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri
12:00
16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart
15:00
15 noyabr 2024