Fasiləsiz peşə təhsili

Fasiləsiz peşə təhsili
17 dekabr 2012
# 12:20

Avropa Təhsil Fondu, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və "Savadlı Cəmiyyət" Müasir Təhsilə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə "Avropa Təhsil Fondunun Şərqi Avropada Fasiləsiz Peşə Təhsili üzrə regional layihəsi çərçivəsində Peşə Təhsili və Təliminin inkişafı üzrə Sahə Komitələri" adlı seminarı keçirildi. Seminarın əsas məqsədləri Sahə Komitələrinin işinin təşkili və onlara texniki dəstək, o cümlədən missiyanın hazırlanması, keyfiyyətin dəstəklənməsi və Peşə Təhsili və Təliminə uyğun fəaliyyət üçün Komitələrin vəzifə və rolunu müəyyən etməkdən ibarət idi. Seminarın məqsədi həmçinin özəl sektor tərəfdaşlarının maraq istiqamətlərinə əsasən sahə Şuralarının rolu və heyətinin müəyyən olunmasıydı. Tədbir iştirakçıları sahə komitələrinə milli baxışların nümunələrinin müzakirəsi yolu ilə Fasiləsiz Peşə Təhsili regional layihəsi çərçivəsində ölkələrdə fəaliyyətlər üçün zəmin yaratmağa çalışırdı.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri açılış sözü ilə çıxış etdilər. Daha sonra mövzu ilə əlaqədar müxtəlif prezentasiylar təqdim edildi.

Seminarda çıxış edən DIOS layihəsinin əməkdaşı Amin Çərkəzov “ Sahə komitələri nədir; onlar nə üçün lazımdır?” mövzusunda prezentasiya ilə çıxış etdi. Türkiyə Toxuculuq üzrə İşəgötürənlər Assosiasiyasının nümayəndəsi Bora Kocaman bu sahədə Türkiyə təcrübəsindən danışdı.

Daha sonra Avropa Təhsil Fondunun nümayəndəsi Manuel Qalvin bu ilin oktyabr ayında Ukraynanın paytaxtı Kiyev şəhərində təşkil olunan regional konfransının nəticələrinə əsaslanan, milli iştirakçıların cəlb edilməsi ilə sahə razılaşmaları üzrə beynəlxalq və regional tendensiyalar barədə hesabatı iştirakçıların müzakirəsinə təqdim etdi.

Estoniya Peşə İxtisası Fondu İdarə Heyətinin üzvü Olav Aarna və Avropa Təhsil Fondunun əməkdaşı Arien Dey 2013-cü il üçün planlaşdırma, sahə komitələrinin qruplarda iş və sahələr üzrə göstərilən maraqlara əsaslanmış mümkün fəaliyyətlərinin hazırlanması istiqamətində təkliflərini bildirdilər.

Tədbirin sonunda seminarda iştirak edən dövlət nümayəndələri, işəgötürənlər, həmkarlar ittifaqları qurumları və QHT fəalları plenar müzakirələrə qatıldılar və 2013-cü il üçün perspektivləri müzakirə etdilər. Bu seminar ATF-in Şərqi Avropada Fasiləsiz Peşə Təhsili üzrə regional layihəsinin tərkib hissəsidir.

# 2889 dəfə oxunub

Oxşar xəbərlər

Dünyanın ən qanlı tablosunun arxasında gizlənən qadın faciəsi

Dünyanın ən qanlı tablosunun arxasında gizlənən qadın faciəsi

17:16 8 iyul 2026
Ölməzdən əvvəl mütləq baxmalı olduğunuz 10 bioqrafik film - Siz bunlardan neçəsini izləmisiniz?

Ölməzdən əvvəl mütləq baxmalı olduğunuz 10 bioqrafik film - Siz bunlardan neçəsini izləmisiniz?

15:00 6 iyul 2026
Hitlerin vətəndaşlıqdan çıxardığı Nobel mükafatçısı - Dahi yazıçının gizli gündəliklərində nə yazılmışdı?

Hitlerin vətəndaşlıqdan çıxardığı Nobel mükafatçısı - Dahi yazıçının gizli gündəliklərində nə yazılmışdı?

10:00 6 iyul 2026
Fırıldaqçını inandırıb öz filminə çəkən iranlı rejissor - Abbas Kiyarostaminin filmlərinə niyə baxmalısınız?

Fırıldaqçını inandırıb öz filminə çəkən iranlı rejissor - Abbas Kiyarostaminin filmlərinə niyə baxmalısınız?

10:00 4 iyul 2026
"Biz düşünməyə yox, inanmağa məcbur edilmişdik..." - Amerikalı  feminist yazıçıdan sitatlar

"Biz düşünməyə yox, inanmağa məcbur edilmişdik..." - Amerikalı feminist yazıçıdan sitatlar

15:00 3 iyul 2026
"Bizim yadlaşmağımızda sənin zərrə qədər də günahın yoxdur..." - Kafkanın "Atama məktub" əsərindən bir hissə

"Bizim yadlaşmağımızda sənin zərrə qədər də günahın yoxdur..." - Kafkanın "Atama məktub" əsərindən bir hissə

10:00 3 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər