Ana dilində ağlamaq

Ana dilində ağlamaq
7 iyul 2015
# 12:43

Bu ölkə ana dilində danışan adamların “çuşka” adlandırdığı dövrü görmüşdü.

1978-ci il SSRİ Konstitusiyası Azərbaycan dilini dövlət dili kimi tanımışdı.

Lakin buna çox fikir verməyən uca millətimiz rusca həsbi-hal eləməyi çox sevirdi və bu dildə danışa bilməyənləri çıxdaş edirdi.

Və dilin keşiyində dayanan şairlərimiz Ana dilini tərənnüm edirdi, Ana dili ucaldılırdı, lakin bu tərənnümdə, bu şişirtmədə də insanın ikrah duyacağı bir şey vardı.

Məndən olsa Ana dilinin nə olduğunu göstərmək üçün “Zəfər tağı”ndan bir parça qoyardım kitablara.

Joan bir anlığa heç nəfəs də çəkmədi. Gözləri yumulmuşdu, onları açdı. Bəbəkləri böyümüşdü. Ravik bilmədi, Joan onu görür, ya yox...

– Ti amo! (Sevirəm səni!) – deyə pıçıldadı.

O, indi uşaqlıq çağlarının dilində danışırdı. Elə yorulmuşdu ki, başqa dildə danışa bilməzdi. Ravik onun hərəkətsiz əllərini ovcuna aldı. Sanki, içində nəsə qırılıb düşdü.

– Sən mənə həyat verdin, Joan! – Bu sözləri uzaqlara zillənmiş gözlərə deyirdi. –Sən mənə həyat verdin! Mən daş kimi bir şey idim... Məni yaşadan sən oldun!

– Mi ami? (Məni sevirsən?)

Bu sual, bütün günü oynayıb əldən düşmüş uşağı yatmaq üçün yerinə uzadanda verilən sual idi...

– Sevmək nədir ki, Joan? Yox, sevmək çox azdır... Bu bircə tərəfidir... Dəryadan bir damladır... Ağacdan bir yarpaqdır... O, nədir ki!

– Sono stata... sempre con te (Mən həmişə səninlə idim…)…

Ravik onun əllərindən tutmuşdu. O əllərdən ki, artıq heç nə hiss eləmirdi...

– Sən də həmişə mənimlə olmusan, – dedi və hiss eləmədi ki, birdən-birə almanca danışmağa başladı. – Sən həmişə mənimlə olmusan... Sevəndə də, nifrət edəndə də, biganə qalanda da... həmişə elə olub. Sən həmişə qəlbimdə olmusan...

Bu vaxta kimi bir-biri ilə əcnəbi dillərdə danışmışdılar. İndi birinci dəfə, heç

birinin də xəbəri olmadan, hərə öz ana dilində danışırdı. Sözlərin bənd-bərəsi dağılmışdı və bir-birini həmişəkindən də yaxşı başa düşürdülər.

Ana dili budur!

TED-də bir şimalı koreyalının çıxışı vardı, uşaq vaxtı atası kütləvi aclıqda ölüb, sonra bacısı və anası da yoxa çıxıb. O sərhədpozucuların güllələndiyi yerdən keçib, Çinə gəlib. Ordan da Amerikaya mühacirət edib. TED çıxışında öz həyatını danışdı. Çıxışın sonunda ona dedilər ki, bu tribunadan anası və bacısına bir çağırış eləsin, ola bilər ki, hansısa bir təsadüflə onlar bu videoya baxa bilərlər. Oğlan duruxub soruşdu: Koreya dilində deyim, yoxsa ingilis? Dedilər, əvvəl ingilis, sonra Koreya dilində... Oğlan elə beləcə də dedi: Koreya dilində danışsam özümü saxlaya bilmərəm, ağlayaram. İngilis dilində başladı, amma yenə də bir-iki yerdə kövrəldi. Koreya dilində danışa bilmədi.

Hə, bir də ana dili budur!

# 1525 dəfə oxunub

Oxşar xəbərlər

İlya Repin  impressionizmdən niyə  imtina etmişdi?

İlya Repin impressionizmdən niyə imtina etmişdi?

14:15 29 sentyabr 2025
Erotik "Venera" rəsmləri ilə tanınan Fransua Buşe kim idi?

Erotik "Venera" rəsmləri ilə tanınan Fransua Buşe kim idi?

12:45 29 sentyabr 2025
Duyğularını tablolara köçürən ekspressionist rəssam

Duyğularını tablolara köçürən ekspressionist rəssam

18:05 26 sentyabr 2025
"Yazıçı və tərcüməçi" - Tim Parksın essesi

"Yazıçı və tərcüməçi" - Tim Parksın essesi

09:00 25 sentyabr 2025
Dildə, fikirdə, işdə birlik carçısı - İsmayıl Bəy Qaspıralı

Dildə, fikirdə, işdə birlik carçısı - İsmayıl Bəy Qaspıralı

13:50 24 sentyabr 2025
Stendalla dost olan, Jorj Sandla ehtiraslı sevgi yaşayan yazıçı - Merimenin  "Karmen"i niyə sərt  tənqid edilmişdi?

Stendalla dost olan, Jorj Sandla ehtiraslı sevgi yaşayan yazıçı - Merimenin "Karmen"i niyə sərt tənqid edilmişdi?

15:00 23 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər