O maskanın tarixi... MARAQLI FAKTLAR

O maskanın tarixi... <span style="color:red;">MARAQLI FAKTLAR
11 avqust 2014
# 08:00

Etiraz aksiyalarında gənclərin üzlərində gördüyümüz o məşhur maskaların necə yarandığı ilə heç maraqlanmısınızmı?

Foks maskalarının tarixi 400 il əvvələ təsadüf edir. İngilis gənc Qay Foks və Katolik yandaşları protestant Kral I Ceymsi öldürüb yerinə katolik kral gətirmək istəyirdilər. Buna görə, 5 noyabr 1605-ci ildə İngiltərə Parlamentini partlatmağa cəhd edirlər.

İngilis tarixinin ən böyük “vətən xaini” kimi qəbul olunmuş Foks 1593-cü ilə qədər katolik olub və İspaniya ordusunda xidmət edib. 1604-cü ildə yenidən İngiltərəyə qayıdıb. Burada Robert Katesbi və digər dostları ilə tanış olub. Foks və dostları Kral I Ceymsi və onun aristokrat ətrafını partlatmağa qərar veriblər. Ancaq yuxarı çevrəyə yaxın olanlardan birinə Parlament binasından uzaq durmasını tövsiyyə edən məktub göndərilib və panika yaranıb. Foks elə həmin gün Parlament zirzəmisində partladıcı maddələrlə yaxalanıb.

Müxtəlif işgəncələrdən sonra Foks yandaşlarının adını verməyə məcbur edilib. “Vətən xaini” elan olunan Foks 21 yanvar 1606-ci ildə edam edilib. Edam vaxtı Gay eşafotdan özü tullanıb və dünyasını dəyişib.

İngilislər tarixlərindəki bu hadisəni ölkənin demokratiya zəncirinin vacib halqası kimi qəbul edirlər. Hətta BBC-nin 2002-ci ildə keçirdiyi “100 ən böyük britaniyalı” sorğusunda Qay Foks 30-cu yeri tutub.

Hər il 5 noyabr gecəsi Qay Foks gecəsi kimi şənliklər, fişənglərlə anılır. Əvvəllər həmin şənliklərdə Foksun kuklaları yandırılırmış. İndi isə bu şənliklər siyasi deyil, əyləncə xarakteri daşımaqdadır.

Kəskin üz xətləri və hiyləgərcə gülümsəməsi ilə yadda qalan maskalar ilk dəfə 1982-ci ildə yayımlanan “V for Vendetta” cizgi romanından ortaya çıxıb. Cizgi romanı maskalı anarxistin faşist ingilis hökumətini və onun köməkçisi olan medianı məhv etməsindən bəhs edir.

“V for Vendetta” və məşhur maska fiquruna dünyaca məşhurluq isə 2005-ci ildə “V for Vendetta” (“V” Vendetta deməkdir) kitabı əsasında çəkilmiş eyniadlı filmlə gəlib. Filmdə baş rolları Natali Portman və Huqo Vivinq oynayıb.

Maska dünyanın bir çox ölkələrində müxalif düşüncənin simvolu halına gəlib. Xüsusilə, “Occupy” hərəkatının, Ərəb baharı və Türkiyədəki Gezi parkı etirazlarında çox istifadə olunub.

Haker qrupu “Anonymous”un da siması məhz Qay Foks maskasıdır.

Maraqlıdır ki, ingilis dilində indi “oğlan” mənasını verən “guy” sözü də elə Qay Foksun adından götürülüb.

# 4320 dəfə oxunub

Oxşar xəbərlər

Dövlət işi naminə dinini dəyişdi, Parisdə siyasi mühacir həyatı yaşadı... - O, mirasını hansı şərtlə arvadına vəsiyyət etmişdi?

Dövlət işi naminə dinini dəyişdi, Parisdə siyasi mühacir həyatı yaşadı... - O, mirasını hansı şərtlə arvadına vəsiyyət etmişdi?

15:00 17 fevral 2026
"Özümüzü xoşbəxt olduğumuza inandırmağa çalışırıq..." - Duş qəbul etmək üçün nələri qurban verərdiniz?

"Özümüzü xoşbəxt olduğumuza inandırmağa çalışırıq..." - Duş qəbul etmək üçün nələri qurban verərdiniz?

10:00 17 fevral 2026
"Məcnun"ların ustadı - Nəriman Nərimanov onun həyatını necə dəyişdi?

"Məcnun"ların ustadı - Nəriman Nərimanov onun həyatını necə dəyişdi?

10:00 16 fevral 2026
Razin siçanları - Vüsal Bağırlının hekayəsi

Razin siçanları - Vüsal Bağırlının hekayəsi

15:00 15 fevral 2026
Arvadının gözü qarşısında xəyanət, bitməyən orgiyalar – Tarixin ən azğın yazıçısı haqqında

Arvadının gözü qarşısında xəyanət, bitməyən orgiyalar – Tarixin ən azğın yazıçısı haqqında

12:00 13 fevral 2026
Sıxır məni şəhərdəki günlərim... - “Səksənincilər" layihəsindən Qoca Xalidin şeirləri

Sıxır məni şəhərdəki günlərim... - “Səksənincilər" layihəsindən Qoca Xalidin şeirləri

10:00 13 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər