Milli Xudayarlar - Mehman Qaraxanoğlu yazır...

Milli Xudayarlar - Mehman Qaraxanoğlu yazır...
17 avqust 2021
# 16:09

Hələ də bizim milli Xudayarlarımıza (Anasını - Vətənini “siğə” elətdirib “bəy” adını aldığına görə o köpəyoğluna bəy adı düşmür), “Qapazlı” (“Müstəbid çar Rusiyası”nın - bunu Mirzə Cəlil özü yazır,- qapazı altında) kəndindən olan Qurbanəli bəylərə (Fəxarətlə : - “Nə qədər ki, mənim canım sağdı, sənə mən nökərəm, ay xanım” – deyən Qurbanəli bəylərə) elə gəlir ki, hörmətli professor İsfəndiyar müəllim düz iş görməyib, guya rus millətini aşağılamamalıydı, guya Jironovski rus millətini təmsil etmir, o bir təlxəkdi, kloundu, filandı beşməkandı...

Bu dəqiqə mətni sonacan oxumayan bəzi həmvətənlərim nərə çəkib deyəcəklər ki, kor-zad deyilsən ki, məgər bizim (içərisində deputatlar da vardır) hörmətli professoru necə qızğın müdafiə etdiyimizi görmürsən? Görürəm. Hər üç mövqeyi görürəm. Musabəyovları da, Mir Şahinləri də, Aqil Abbasları da görürəm... Hətta “qızıl orta”da (yəqin ki, ortadakı qızıla görə) var-gəl edənləri də... İndi, həşəmətli cənablar, bir-iki sualıma sizdən cavab istəyirəm:

1. Sizlər əfkari-ümumidə niyə çaşqınlıq yaradırsınız? Professorun ən azı 30 dəqiqəlik çıxışı məgər o donuza həsr olunub? Cəmi-cümlətani 2 dəqiqəni çıxın, bəs qalan söhbətlər? Niyə onun qaldırdığı ciddi məsələlərin üstündən sükutla keçirsiniz? Ayrı vaxtlarda kontekstdən danışırsınız, bəs indi sizə nə olub?

2. Hörmətli professor professional diplomat kimi neçə illərdir ki, taleyüklü problemlərimizdən danışır, haray çəkir, bəs siz hara baxırsınız? Niyə onunla həmrəy olduğunuzu dilə gətirmirdiniz?

3. Gözümüzün qabağında illərdir ki, professorun bədbəxt, “qışqırıqçı”, zəlil, köməksiz bir Jironovskiyə çevrilməsinin şahidi oluruq. Niyə ona dəstək olmurdunuz? Səbrinizi basın, cənablar, Jironovskinnin yanında Rusiya dayanıb, onun Duması, partiyası və xalq dayanıb. Jironoskinin öz dövlətinə, onun maraqları və siyasətinə nə qədər gərəkli olduğunun fərqindəsinizmi? Lap bu yaxınlarda o, kasıb təbəqə üçün xüsusi mağazaların açılmasını təklif etdi. Təkcə təklif etmir e, axırına çıxır hər işin... Bəs sizlər?

Bir “başbilən”imiz də yazır ki, Jironovski türk türməsində zorlandığına görə türklərə nifrət edir. Ayıbdı, vallah, ayıbdı. Zorlanan bizik e... Gedin Mirzə Cəlili yenidən oxuyun...

Ən namuslu, ləyaqətli, savadlı, vətənçi ziyalılarımız bir-bir təklənir. Jironovskinin yanında kimlərin durduğunu bildik. İndi sizə sual edirəm: Bizim əsl vətənpərvər, milli, əzabkeş ziyalılarımızın yanında bəs kimlər dayanıb? Deyimmi?! Qul psixologiyası ilə yaşayan milli satqınlar, anasını ziğə elətdirib “bəy” adını alan zoğal dəyənəkli Xudayarlar... “Bizdə yüksəliş var, səbəb: alçaqlıq”. (Hüseyn Cavid)

4. Mən Mir Şahinə artıq-əskik heç nə deməyəcəyəm, heç buna haqqım da yoxdu, bir də onun istedadından və Azərbaycan jurnalistikasına nə verdiyindən az-çox xəbərim var. Tutaq ki, vaxtilə Bəxtiyar Vahabzadə öz oğlunu - “Şeytana yaxın övlad” adlandırıb. Əcaba, bunu indi dövriyyəyə buraxmağınızla siz nə demək istəyirsiniz? Niyə cümlənin hərfi qavramını götürürsünüz? Özü də bilərəkdən. Çünki Azərbaycanın tək-tük sanballı professorlarından olan İsfəndiyar müəllimin hansı potensiala malik olduğunu çox gözəl bilirsiniz.

Məgər biz zirək övladlarımız haqqında belə demirik?! Və yaxud bu nitq manerasını ataq bir yana. Tutaq ki, Ustad sizi öz oğlu bilib, ürəyini açıb sizə. Bəs siz nə edirsiniz? Bir ara saytlar hay-küylə yazdılar ki, Qəşəm Nəcəfzadə Kəraməti oğulluqdan çıxartdı. Görün, özümüzü necə ucuzlaşdırırıq... Ata qəzəbini “əbədiləşdirmək”mi olar?!

5. Bizə “qoyun”u o donuz deməyib, Rusiya, onun Duması, xalqı deyib. Aldatmayaq özümüzü. Onlar bizə həmişə qoyun kimi baxıb. Amma zaman həmin zaman deyildir artıq. Bu, bir. İkincisi, əgər dilimizin etnopsixoloji, semantik və linqvistik arxeologiyasına diqqət yetirsək, hörmətli professorun cavabının çox milli, təbii və dürüst olduğunu görmüş olarıq. Çünki bizdə arxetipləşib: “Söyərsən, beşin də artıq eşidərsən!” Əgər birinə “itoğlu” desələr, cavab çox amansız olacaq: “İt sənin nəslin, nəcabətin, kökündü”. Bax, belə.

6. Nəhayət, hörmətli İsfəndiyar müəllim, o donuzdan çox-çox əvvəl, nə az, nə çox, düz 101 il əvvəl dahi Mirzə Cəlil qoyunların yerini bizə çox aydın göstərib. “Qә n b ә r: Xanımcan, bizim sürüdә yüz әlli qoyun var, hamısının әlahiddә adı var; necә ki, bir mәclisdә yüz әlli adam ola, hәrәsinin dә ayrı-ayrı adı ola”. “Anamın kitabı”.

# 2963 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #