“Heç bir dinə sitayiş etmirəm“ - SORĞU

“Heç bir dinə sitayiş etmirəm“ - SORĞU
3 may 2011
# 10:31
- Heç kitab oğurladınızmı?

- Olub.

- Kitabxananızda sevmədiyiniz yazarların kitabı varmı?

- Mənim kitabxanamda sevdiyim kitablar bir tərəfdədir, lazım olan kitabları da bir tərəfə yığmışam ki əlimin altında olsun.

- Həyatınızın bir kitab olmasını, ya da bir kitabda yaşamaq istərdinizmi?

- Mənə elə gəlir ki, hamının, əsasəndə yazıçılığa az-çox dəxli olan adamların həyatı bir kitab ola bilər. Mənim həyatımın bir kitab olmasına gəldikdə baxır hansı kitaba. Mən ancaq o kitabda görə bilərəm həyatımı.

- Məktəbdən, universitetdən dərs kitablarınız dururmu?

- Yox, qalmayıb.

- Birinci sinfə gedəndə yazı oxumağı çox sevirdiniz, ya yazı yazmağı?

- Birinci sinfə gedəndə nə yazı oxumağı sevirdim, nə də yazı yazmağı. Zülm ilə gedirdim birinci sinfə, azadlığım əlimdən alınmışdı axı. Kənd yeri, uşaqlar oynayır, sən qalırsan. Nisbətən yazı yazmaq daha asan gəlirdi o zamanlar.

- Kitab oxuyarkən qaldığınız yeri işarələmək üçün nə edirsiniz?

- Kəsilmiş kağız parçası qoyuram.

- Əzbərinizdə neçə şeir var? Bəs kitabxananızda?

- Kitabxanamda yəqin ki şeirlər var, həm də çox olar. Əzbərdən bildiyim şeir də çoxdur. S.Vurğunun “Vaqif” pyesini təpədən-dırnağa kimi əzbər bilirdim. C.Cabbarlının bəzi pyeslərinin monoloqlarını əzbər bilirdim. S.Rüstəm ən çox sevdiyim şair idi. Hər halda çoxlu şeir bilirəm. İndi də Nazim Hikmətin şeirlərindən bir-ikisini bilirəm əzbər.

- İlk oxuduğunuz kitab yadınızdadırmı?

- İlk oxuduğum məncə yadımdadır. Səhv etmirəmsə “Koroğlu” dastanı olub.

- Bir fəlsəfə kitabını başdan-sona qədər oxudunuzmu?

- Olub elə kitab. Dektoldun “Kütlə əsri” adlı bir əsərini oxumuşam. Belə kitablar çox oxumuşam.

- Kiməsə kitab bağışlamısınızmı?

- Çox bağışlamışam kitab. Xüsusən də “Adamlar və ağaclar”ın 1-ci nəşrini bağışlamışam. Əslində kitabı bağışlayırlar da. Kitab satmağı mən təsəvvür edə bilmirəm.

- Ən sevdiyiniz film kitab olsaydı onu oxuyardınızmı?

- Yəqin ki oxuyardım. Əslində film başqadır, kitab tam başqadır. Fellininin filmləri tutalım əsər halında olsaydı mən onları oxuyardım. Mənə maraqlıdır, o bir növ Markesvari sənətkardır.

- Qarabağ problemi ilə bağlı bir kitab oxusunuzmu?

- Qarabağ problemi ilə bağlı çox kitab görmüşəm, amma az oxumuşam. Nəyə görə? Ona görə ki, yazılan kitabların əksəriyyətində mənim təsəvvürümə görə obyektivlik azdır.

- Sitayiş etdiyiniz dindən başqa hansısa bir başqa dinləri araşdırdınızmı?

- Mən dinlərin heç birinə sitayiş etmirəm. Allahın varlığına inanıram. Bir tərəfdən isə İsanın dini mənə cazibədar görünür. İsa şəxsiyyətinin alicənablığı, onun fəlsəfəsi daha doğma gəlir mənə. İsa düz 2000 il bundan əvvəl söyləyirdiki: “Ey insanlar siz düz yaşamırsınız, mən gəlmişəm sizi düzlüyə yönəltməyə”. Bu fikri daha çox çəkir məni özünə.

- Elektron kitab oxudunuzmu?

- Yox. Bir az texniki sarıdan axsayıram. Kompyuterdə yaza bilmirəm, çünki hövsələm çatmır.

- Heç zaman kitab yazmayan, amma kitab yazmasını istədiyiniz biri varmı?


- Mən kitab yazmayan insanları çox istəyirəm, nəinki yazanları. ( gülür ) Yazmayıbsa daha çox istəyirəm o adamı. Məsləhət görməzdim hər halda kiməsə kitab yazmağı ( gülür )

- Axırıncı dəfə nə vaxt kitab oxumusunuz?

- İndi əlimdə Qrim Qrinin bir kitabı var, ingilisdir. Dəhşətə gəldim ki, mən bu boyda nəhəng yazıçını oxumamışam. Böyük sənətkardır. Nə Markesdən, nə Dostoyevskidən geri qalan deyil.

- Avtobusda çantasından kitab çıxarıb oxuyan qız gördükdə nə düşünürsünüz?

- Mənim bir hekayəm var “Güllü paltar mövsümü”. Orada bir müəllim var, gedir imtahan götürməyə. Baxır qızlara, ancaq onu qızların güllü paltarları, oxuduqları kitab maraqlandırmır. Mən qız görsəm bu yaşımda mənə az-çox maraqlı olar onun kitab oxuması. Əgər simpatikdirsə elə bu yaşdada ona məhəbbətlik gözlə baxaram.

- Yandırdığınız kitab olubmu?

- Məni kitablarını yandırsalar da, mən özüm elə bir kitab yandırmamışam. Xoşuma gələn kitab olmayanda isə aparıb sakitcə tullayıram. ( gülür )

- Birnəfəsə oxuyub bitirdiyiniz kitab varmı?

- Mən elə əsasən birnəfəsə oxuyuram. Nobokovu tanımırdım, rus yazıçısını. Dayanmadan, birnəfəsə bitiridim onu.

- İnsanın həyatını dəyişdirəcək bir kitab tanıyırsınızmı?

- Məncə insanın böyük mənada həyatını dəyişmək çox çətindir. Mümkün deyil belə. Amma cəmiyyətə təsir edən kitablar mövcuddur.


Fərid MİRZƏYEV
# 1983 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #