“5:0-dan sonra şərhi dayandırdım” MÜSAHİBƏ
5 noyabr 2012
08:30
LAYİHƏ: “EKRAN ÜZÜ”
Kulis.az-ın “Ekran üzü” layihəsinin budəfəki qonağı tanınmış idman şərhçisi, ATV telekanalında yayımlanan “Futbol time” verilişinin aparıcısı Elnur Əşrəfoğludur.
- AzTV-də hazırladığınız “Sports digest” proqramı ilə idman jurnalistikasına yenilik gətirdiniz. İdman jurnalistikasına gəlişiniz necə baş verdi?
- Uşaq vaxtlarımdan idmana böyük marağım olub. “525-ci qəzet”də çalışmışam. Belə desək, “525-ci qəzet”-in şinelindən çıxmışam. Televiziyaya isə 1993-cü ildə gəlmişəm. “7 Gün” ictimai-siyasi proqramında idmanla bağlı süjetlər, reportajlar hazırlayırdım. 1994-cü ildə idmana marağımın nəticəsi olaraq siz dediyiniz “Sports digest” proqramını yaratdıq. “Sports digest” verilişi müstəqil Azərbaycanda ilk musiqili, əyləncəli idman verilişi idi. 90-cı illərin əvvəllərində Azərbaycanda idman o qədər də inkişaf etməmişdi. İdmanı, futbolu populyarlaşdırmaq üçün musiqi və əyləncədən istifadə edirdik. Sənətçilərin futbola münasibətini öyrənirdik, futbolçu ilə müğənnini görüşdürürdük, dövrün məşhur yerli və xarici kliplərini göstərirdik. O vaxt da tamaşaçıların rəğbətini qazanmaq əsas məqsəd idi.
Musiqini sevənlərlə idmanı sevənlər “Sports digest”-ə baxırdı. Maraqlı proqram idi və 2000-ci ilə qədər yayımlandı. Bu gün Azərbaycan telekanallarına baxanda görürsən ki, olimpiya çempionlarımızı, futbolçularımızı tanıtdırmaq üçün “Sports digest” kimi verilişlərə ehtiyac var. İndi iki nəfər oturub futboldan danışır, bununla da iş bitir. Belə verilişlərə isə ancaq futbolla maraqlanan insanlar baxır və televiziyada işləyənlər çox gözəl bilirlər ki, bu verilişlər reytinq toplamırlar.
- Şərhçilik də etmisiniz. İlk şərh etdiyiniz oyun hansı olub?
- “Sport digest” üçün müxtəlif idman yarışlarını, keçmiş dünya çempionatlarının oyunlarını icmal halında şərh etmişəm. İlk dəfə şərh etdiyim canlı oyun isə 1995-ci ildə futbol üzrə AVRO 96 çərçivəsində Tel-Əvivdə keçirilən İsrail-Azərbaycan matçı olub. Həmin vaxt Fransa və Polşa ilə bir qrupda idik və siyasi problemlərə görə milli ev oyunlarını Trabzonda oynayırdı. Bu şərh müstəqil Azərbaycanın xarici ölkədən ilk canlı futbol reportajı oldu. İsraillə şərh etdiyim oyun müstəqil idman jurnalistikasında xaricdən yayımlanmış ilk reportaj olub. Sabah televiziyanın tarixi yazılsa, bu fakt orada qeyd olunacaq. Həmin reportajda səhvlərim olmuşdu. Bu da başa düşülən idi. Tanınmış şərhçimiz, mərhum Valid Sənani səhvləri diqqətimə çatdırmış və onu da demişdi ki, ilk reportajda səhvlərin olmasının normaldır. Təbii ki, səhvlərin üstündə işləmək lazımdır. Futbol millimizin oyununun 90 faizini mən aparmışam. Voleybolda da xeyli oyun şərh etmişəm. Voleybol oyunlarındakı şərhçiliyimin xüsusi yeri var şərhçilik həyatımda. “Azərreyl”in yaranması, Faiq Qarayevin ölkəyə qayıtması məni daha da ruhlandırmışdı. “Azərreyl”in Top Komandalar Kubokunun finalındakı oyununu böyük həyəcanla şərh etmişdim.
- 2005-ci ilin martında futbol yığmamız Polşaya 8:0 hesabı ilə məğlub olduğu oyunu siz şərh edirdiniz. 5:0-dan sonra şərhinizi dayandırdınız. Səbəb nə idi?
- Həmin oyunda maraqlı hadisələr baş verdi. Oyun Varşavanın mərkəzi stadionunda keçirilirdi. Almaniya, İngiltərə, İspaniyanı çıxmaq şərtilə bir çox Avropa ölkələrində əsasən Azərbaycan kimi ölkələrlə qarşılaşanda stadion tam dolmur. Polşa, Avstriya kimi ölkələrdə isə stadiona az sayda azarkeş gəlir. Bu yaxınlarda izlədiyiniz Rusiya-Azərbaycan, “Rubin”-“Neftçi” matçlarında bunun şahidi olduq. Ancaq Polşa ilə matçda bir dənə də olsun boş yer yox idi. Azarkeşlər çox ehtiraslı idilər. Oturduğum şərhçilik kabinəsinin yaxınlığında azarkeşlər mənə xüsusi təzyiq göstərirdilər. Hər qoldan sonra “eşe, eşe” qışqırırdılar. Ən acınacaqlısı isə o idi ki, Azərbaycan millisi meydanda yox idi. Futbolçular qaçmırdılar və millinin şərəfini qoruduqlarının fərqində deyildilər. Bu oyun ətrafında çox söz-söhbət oldu, buna qayıtmaq istəmirəm. Sanki bu oyunda məğlub olmaq lazım idi, özü də böyük hesabla. Əsəbimdən oyunu sonacan şərh edə bilmədim. Hesab 5:0 olanda son sözüm belə oldu ki, bizə belə futbol lazım deyil, Azərbaycanda futbol olmayıb və olmayacaq. Bunu deyəndən sonra düyməni basıb şərhimi dayandırdım. Ölkədə isə elə bilirdilər ki, səs kəsilib. Oyunun qalan dəqiqlərini Bakıdan Fikrət Adıgözəlli şərh etdi.
- İllər öncə qocaman şərhçi Çingiz İsmayılov Çempionlar Liqasının oyunları ANS TV-də göstərilən zaman televizorun səsini sıfıra endirdiyini söyləmişdi. Bununla ölkədə şərhçiliyin səviyyəsinin aşağı olduğuna işarə vururdu. İndi də yığmamızın oyunların şərhçiliyin aşağı olmasına görə oyunu yerli kanallarda izləməyənlər var. Çıxış yolunu nədə görürsünüz?
- Azərbaycanda şərhçilik məktəbi olub. Çingiz İsmayılov, Aydın Əliyev, Aydın Qaradağlı, Valid Sənani, Sabutay Quliyev Azərbaycan şərhçilik məktəbinin baniləri olublar. Ancaq müstəqil Azərbaycanda şərhçilik məktəbi tam fərqlidir. Əvvəl bir kanal, bir futbol klubumuz vardı. Nadir hallarda həndbol komandamız “Avtomobilçi”nin oyunlarını verərdilər. Şərhçi iki idmanı növünü bilməklə işini bitmiş hesab edərdi. Bu gün müstəqil telekanallar, futbol qəzetləri, idman saytları fəaliyyət göstərir. Həm də Azərbaycan jurnalistikasında təsadüfi jurnalistlərin sayı çoxdur desəm, yəqin ki, yanılmaram. Biri çörək qazanmaq, biri populyarlaşmaq üçün jurnalistikaya gəlir. Rusiyanın “NTV” teleşirkətinin müxtəlif idman kanalları var: NTV sport, NTV basketbol, NTV futbol, NTV tennis və s. Orada şərhçilər artıq sahələr üzrə ixtisaslaşıb. İspaniya La Liqasını, İtaliya çempionatını o çempionatlar üzrə formalaşmış şərhçilər aparır. Həm də hər il “NTV”də “Qızıl mikrofon” müsabiqəsi keçirilir. “Qızıl mikrofon” müsabiqəsində bu yaxınlara kimi Vladimir Masleçonko imtahan götürürdü. Rəhmətə gedəndən sonra onun davamçıları Vasili Utkin, Çerdantsev aparır imtahanları.
Bu gün bizim də belə bir müsabiqəyə ehtiyacımız var. Şərhçilər belə müsabiqələrdə Aydın Əliyev, Çingiz İsmayılov, Fikrət Adıgözəlli kimi peşəkarların qarşısında imtahan versələr, onlar üçün çox yaxşı olar.
Şərhçilər indi məcburiyyətdən 10-12 idman növündən reportaj aparırlar. İdman kanalında işləyən jurnalistin ən azı 2-3 idman növü haqda məlumatı olmalıdır. Voleybolla çimərlik voleybolu arasında, futbolla futzal arasındakı fərqləri bilməlidir. İndiki şərhçilər öz üzərilərində işləmirlər axı. Çox yaxşı olardı ki, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə idman şöbəsi yaransın və orada adlarını çəkdiklərim peşəkarlar işləsin. O zaman Facebook, Tvitter sosial şəbəkələrində şərhçilik məsxərəyə qoyulmaz. Çingiz müəllim düzgün qeyd edir. Səhvlər yetərincə çoxdur. Efirə yaraşmayan söhbətlər edilir. “Hakim onu bayrağına da almadı” ifadəsini efirdə necə səsləndirmək olar? Bu təhqirdir, ara sözüdür. Yaxud da məşqçini iri planda göstərib “Elə dayanıb ki, elə bil 39 nömrəli marşrut avtobusu gözləyir” demək nə qədər düzgündür?! Bu ifadələrin yeridirmi? Şərhçinin iki Azərbaycan klubu “Azal”-“İnter” oyununa da xüsusi yanaşması olmalıdır. Oyuna hazırlaşıb, matçı yaşamalısan. Yoxsa qonorara görə yola vermək olmaz. Ən azı 1 milyon insanın sənə qulaq asdığının məsuliyyəti dərk etməlisən.
- Əcnəbi şərhçilərdən daha çox kimlərdən öyrənmisiniz?
- Televiziyada yeni işləyən vaxtlarda köhnə lentlərin köməkliyi ilə Nikolay Ozerovun şərhlərinə qulaq asırdım. Doğrudan da o dahi şərhçi olub. Onun xokkey və futbol oyunlarını şərh etməsi unikal hadisə idi. İndi oyunlarda şərhçilərin qışqırdığı “Qoool” Ozerovun vaxtında da olub. Şərhçi həm alim, həm aktyor, həm də bəstəkar olmalıdır. Çünki sizin apardığınız reportaja alim də, fəhlə də, bəstəkar da baxır. Bunlar hamısı Ozerovda cəmlənmişdi. Türkiyənin “NTV”, “TRT” və “Lig TV” kanallarında yaxşı şərhçilər var.
Onlardan öyrənmək lazımdı. Bizim şərhçilərə təsir göstərən Rusiya və Türkiyə məktəbidir. Ruslar sevirlər ki, reportajda daha çox statistika, analiz olsun. Oyun ətrafında baş verən söhbətlərdən danışırlar. Emosional deyillər. Türklərdə isə daha çox emosiya var. “Hakan atdı Arifə, Arif atdı Tuqaya və qoool” xarakterli olur türklərin şərhləri. Hal-hazırda bizim şərhçiliyə daha çox təsir göstərən türk şərhçiləridir.
- Klublarımızın, yığmanın matçlarının yayım hüquqi ilə bağlı hər zaman söz-söhbətlər baş verir. “Neftçi”-“APOEL” oyunun göstərilməməyi buna bariz nümunədir. Telekanallar niyə bu problemlə üzləşir?
- Vacib oyunların efirə verilməməyində televiziyaları qınamaq olmur. Yayım hüquqlarını xarici şirkətlər əldə edir. Ölkədə bu işlə məşğul olacaq bir şirkət belə yoxdur. Bu, bizim ən zəif yerimizdir. Həmin şirkət yaransa, Monakoda keçirilən yarmarkada iştirak edib, rahatca yayım hüquqlarını əldə edə bilər. Ancaq bu gün Azərbaycanda belə bir şirkət yoxdur. Telekanallar isə həmin yarmarkada iştirak edə bilmirlər. Yayım hüquqları əsasən Almaniya, ərəb, Rusiya, İtaliya şirkətləri tərəfindən alınır. Sonra isə bu yayımlar çox baha qiymətə satılır. Təsəvvür edin ki, Azərbaycan seçmə mərhələnin sonuncu turunda Türkiyə ilə oynayır. Azərbaycanın şansı yoxdur, Türkiyə də qələbə qazansa, uzağı pley-off mərhələsinə çıxacaq. Bu oyunun yayımını 150 min dollara satmaq düzgündürmü? Türkiyə-Azərbaycan oyunun qiyməti maksimum 20 mindir. “APOEL”-lə oyunun ümumi xərci 10 min dollar idi.
Əgər bu yayım 60 minə satılırsa, əlbəttə ki, televiziya bu oyunu almayacaq. Azərbaycanda reklam bazarının səviyyəsi aşağıdır və heç kim yayım xərcini ödəyəcəyinə qarantiya verə bilməz. Bu mümkün deyil. Azərbaycanda reklamdan uzağı 10 min dollar qazana bilərsən. Ancaq bu hüquqlar Azərbaycan şirkəti tərəfindən alınarsa, qiymətlər də ucuz olacaq.
Monakodakı yarmarkada qiymətlər çox ucuzdur və FİFA-nın, UEFA-nın qaydalarına əməl olunur. “APOEL”lə matçda “Neftçi”nin özünün də marağı olmalı idi. Klubun xeyli sayda sponsoru var. Sponsorun köməkliyi ilə istənilən kanal bu oyunu yayımlayardı.
- “Neftçi” klubunda mətbuat xidmətinin rəhbəri oldunuz. Jurnalist kimi mətbuat xidmətində sıxılmırdınız?
- Sərbəstliyi çox sevirəm. Sərbəst jurnalistin klubun mətbuat xidmətində işləməyi çətin məsələdir. Yaltaq, qəddar olmalısan ki, işləyə biləsən. Neçə illər Elnur Əşrəfoğlu kimi qazandığım adı iki il ərzində “Neftçi”nin mətbuat xidmətində xərclədim. Amma buna görə üzülmürəm. İndi “Xəzər” Lənkərandan tutmuş “İnter”ə qədər bütün klublar, onların rəhbərliyi, azarkeşləri məni xoşlamırlar. Səbəb isə odur ki, onlarla “Neftçi”nin oyunlarında Elnur Əşrəfoğlu Aleksandr Matrosov kimi sinəsini qabağa verib, fərqinə varmadan, əsaslı şəkildə faktlarla onların cavabını verirdi. Bu gün Google-da Elnur Əşrəfoğlu adını axtarışa versəniz, orada çıxacaq 1000 linkdən 900-ü mənim əleyhimə yazılmış yazılar olacaq. Bütün bunlar “Neftçi”yə görədir. Klubun prezidenti Sadıq Sadıqovu “Məşəl” idman cəmiyyətindən tanıyıram. Onunla iki olimpiadada olmuşam. Sadıq müəllimdən incikliyim yoxdur. “Neftçi”də işlədiyim müddətdə klubun rəsmi jurnalını buraxdıq , rəsmi saytını yeni dizaynda yaratdıq. “Neftçi”nin Avropa Klublar Assosiasiyasının üzvü olmağında mənim də əməyim var. “Neftçi”nin ardıcıl 2 dəfə çempion olmasında mənim də payım var.
- ATV telekanalındakı “Futbol time” verilişindən danışardınız...
- İdmanı sevən biri olaraq idmandan kənarda qala bilmirəm. ATV telekanalının rəhbəri Vüqar Qaradağlının qayğısı nəticəsində bu verilişi hazırladıq. Verilişin ideyasını Vüqar müəllim gözəl qarşıladı və gözəl də şərait yaratdı. Sizin vasitənizlə ona təşəkkürümü bildirirəm. Verilişə futbol adamlarıyla yanaşı yumorist, aktyor, müğənni dəvət edirəm. Çünki onlar azad adamdırlar və futbola da yanaşmaları fərqlidir. “Space”-də Baloğlan Əşrəfovu, İlham Namiq Kamalı da dəvət etmişdik. Məqsədimiz Azərbaycan futbolunu təbliğ edib, dəstək verməkdir.
- Hansı kluba azarkeşlik edirsiniz?
- (gülür) Azərbaycanda azarkeşlik etdiyim klubun adını çəkməyi düzgün hesab etmirəm. Türkiyənin “Fənərbaxça” və İngiltərənin “Liverpul” klublarının çılğın azarkeşiyəm. Azərbaycanda “Liverpul” klubunun iki rəsmi üzvündən biri də mənəm. “SOCAR GEORGİA”nın rəhbəri Mahir Məmmədov məndən əvvəl üzv olmuşdu. Xüsusi kartlarımız da var. Üzvlük haqqı aylıq 10 dollardır. “Liverpul”un oyununu “Enfld Roud”dan izləməyin ləzzəti başqadır. Üzv olmaqla biletlərin əldə edilməsində qabağa düşürsən.
Qeyd: Aşağıdakı fotolar ilk dəfə Kulis.az-da yayımlanır.
Fərid MİRZƏYEV
EKRAN ÜZÜ:
Nanə: “Diş düzəldəndə həyatım mənasız idi”
Cəlalə Nəzəroğlu:“Şou-biznes proqramlarını efirdən yığışdırardım”
Elgiz Əkbər: “Mentaliteti qəbul etmirəm”
İlkin Həsəni: “Bir toyda qazandığım TV-nin iki aylıq maaşı qədərdir”
DJ Fateh: “İnsan fərqli olanda uğur qazanır”
İradə İsaq: “Jurnalistikada qeyri-ciddi heç nə etməmişəm”
Fikrət Adıgözəlli: “Gəncliyimdə boş ştat olan kimi yerimi dəyişmək istəyirdim”
“Ramil Səfərov buraxılanda üzüldüm, çünki...”

1690 dəfə oxunub
Oxşar xəbərlər
"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi
12:00
25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?
09:50
25 noyabr 2024
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi
15:00
22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024