“Baloğlan Əşrəfova qulaq asanlar konsertimə gəlməz”
30 oktyabr 2012
08:30
Cavid Osmanov ANS ÇM radiosunda və ANS TV-də aparıcıdır. Həm də rok musiqisi ilə məşğul olur. Kulis.az-ın əməkdaşları onunla radio, televiziya və rok musiqisi haqda söhbət ediblər.
- İlk olaraq musiqi ilə məşğul olmusan, yoxsa televiziyada çalışmısan?
- Mənim rok musiqi ilə tanışlığım 1996-cı ildə oldu. Onda mən rus rokuna daha çox qulaq asırdım. Rus rokunda toxunulan mövzular və mahnıların mətnləri məni cəlb edirdi və fikirləşdim ki, əsl musiqi mətndən ibarətdir, daha sonra musiqi gəlir. Viktor Tsoyun pərəstişkarıyam. Hətta onun 1989-cu ildə işıq üzü görmüş albomunun emblemini ayağımda döymə etdirmişəm. 2005-ci ildə artıq özüm musiqi yazmağa başladım. Bakıda Rusiya Mədəniyyət Mərkəzində tez-tez qonaq olurdum. O mərkəz sanki Sovet İttifaqının bir hissəsidir. Elə bil ki, zaman orda dayanıb. Ora əsasən rusdilli insanlar yığışır və bard musiqisinə qulaq asırlar. Bard musiqisi odur ki, öz şeirlərini gitara musiqisi altında oxuyursan.
- Həmçinin başqalarının şeirlərini...
- Olar, amma ən yaxşısı öz şeirlərini oxumaqdır. Mərkəzdə tez-tez Vısotski, Qaliç, Okudcava və digərlərinə həsr olunmuş gecələr keçirilirdi... İlk dəfə mən orada mahnı oxudum. Sadəlövh sevgi mövzusunda idi. Oxumaq üçün mövzular çox olsa da əvvəl-axır gəlib özün haqda oxuyursan.
2007-ci ildə Qəbələdə və 2008-ci ildə Bakıda keçirilən iki beynəlxalq bart festivalında iştirak etmişəm. Öz mahnılarımı oxudum. Festivalın video görüntüləri olan DVD disklər İsraildə, Rusiyada, Gürcüstanda və öz ölkəmizdə uğurla yayıldı.
- Gitarada ifa etməyi nə vaxt öyrəndin?
- 2005-ci ildə Rusiya Mədəniyyət Mərkəzində Vitali İqolnikov adında bard musiqiçi vardı. Allah onun canını sağ eləsin. İki aya yaxın gitaranın bazasını öyrətdi. Özü fərqli üslubda oxuyurdu. Mən də başqa üslubda oxuduğuma görə sözümüz düz gəlmədi.
- Şeirləri rusca yazırsan?
- 1992-ci ilə qədər Rusiyada yaşamışam. Qarabağ müharibəsində könüllü iştirak etmək üçün atam hər şeyi atıb gəldi Azərbaycana. Aydın məsələdir ki, ailəsini də gətirdi özü ilə. Təhsilimi rus dilində almışam. Ətrafımda olan insanlar da rusdilli idi. Lakin bir dəfə, indi mövcud olmayan “Ozan” qrupunun lideri Nurlan Kərimov mənə dedi ki, Azərbaycanda nə isə etmək istəyirsənsə, mətnləri mütləq Azərbaycan dilində yazmalısan. Beləcə “Bir badə şərab” adlı şeir yazdım. Gördüm ki, alınır. Qazaxlı olduğum sezilirdi (gülür). Sonra əsgər getdim. Əsgərlik yaxşı şeydi. Mən də orada planlaşdırma apardım ki, qayıdandan sonra nə edəcəyəm. Peşə seçimində tərəddüd etmədim. Çünki bir il yarım “Exo” qəzetində ştatdan kənar müxbir işləmişdim. Ümumiyyətlə “Kaspi”, “Zerkalo”, “Azerbayjanskiye izvestiya”, “Trend”, “Day.az”, “Kultura.az” kimi media qurumlarında çalışmışam. 2006-cı ildə maraqlı bir hadisə baş vermişdi. Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin qarşısında böyük izdiham vardı. Ora toplaşanlar Rusiyanın vətəndaşı olmaq istəyirdilər. Orada Qarabağ əlilini danışdırmışdım. O dedi ki, evimi qaçqınlar tutub, mən də onlara görə vuruşmuşam. İndi də evimdən çıxmırlar, ümidim hər yerdən üzülüb, mən də Rusiyaya getmək istəyirəm. Bu yazıdan sonra mənə başa saldırlar ki, qardaşım, bu mövzuda yazmasan yaxşıdır. Bundan sonra azərbaycanlıların ən sevdiyi mövzulara şou-biznesə üz tutdum.
- Televiziyaya nə vaxt gəldin?
- Əsgərlikdə planlaşdırmışdım ki, əgər ANS ÇM-də işləmək alınsa, əla olar. CV verdim və gecə efirinin prodüseri vəzifəsində çalışdım. Tofiq Həsənsoyla birgə işləyirdim. Qeyri-adi “Gecə şou” hazırladıq. Maraqlı alınmışdı. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli də proqrama qonaq gəlmişdi. Mənim üçün bu göstəricidir artıq. Verilişin ömrü uzun olmadı. ANS-də formatla bağlı çevriliş baş verdi. 2011-ci ilin fevralında radiodan televiziyaya keçdim. Bir müddətdən sonra “Salam Azərbaycan” verilişini apardım. Çalışdım ki, maksimum maraqlı olsun veriliş. Səhər efiri mühümdür. Səhər ağlaşmadırsa, sənin günün getdi.
Bir müddət sonra məni ixtisara saldılar. Lakin bir müddətdən sonra yenidən “Salam Azərbaycan”a qayıtdım. Səhər saat 7-dən 10-a kimi tamaşaçılar məni izləyə bilərlər.
- Bizim insanlar deyirlər ki, onlar Azərbaycan kanallarına baxmırlar. Səncə günah kimdədir: tamaşaçı lovğadır, yoxsa kanallar pisdir?
- Bu mövzuda nə kanalları, nə də insanları günahlandırmaq olar. Kanalları günahlandırmaq olmaz. Çünki reytinq deyilən əcaib bir şey var. İnsanlar həmişə pornoqrafiyaya, insanların şəxsi faciəsinə, onun-bunun alt paltarına maraq göstərirlər. Sovet vaxtı ancaq bir kanal vardı və hamı həmin kanala baxırdı. Ona görə də öyrəşdiyi şeylər görmək istəyir tamaşaçı. Təsəvvür edin, əksər insanlar aparıcı ilə diktorun fərqini bilmirlər...
- Tamaşaçılar rus, türk kanallarına baxdıqdan sonra bu nəticəyə gəlirlər ki, bizimkilər ortaya keyfiyyətli məhsul qoya bilmirlər.
- Azərbaycanda həmişə istəyirlər hər şey asan olsun. Asan pul qazanmaq kimi. Sizinlə pul qazanmaq üçün beş üsul tapsaq, bunun dördü haram və qanunsuz olacaq. Pul qazanmağın asan yolu yoxdur. Bizim hələ öz kadrlarımız yetişməyib. Peşəkar insanlarımız azdı. Çobanlara çox böyük hörmətim var, çox lazımlı işlə məşğuldurlar. Ancaq onlar başqa işdə çalışanda, xüsusilə də məsul işdə çalışanda vəziyyət fırıq olur. Hərə öz yerini tutsa, yaxşı olar.
- Sən öz yerindəsən?
- Həm hə, həm yox! Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının fərqlənmə ilə bitirmişəm. İki il Olimpiya Komitəsi tərəfindən əlavə təqaüd almışam. Lakin mənə məlum olmayan səbəblərə görə ixtisasım üzrə işləyə bilmədim. Məni sadəcə olaraq işə götürmədilər. Buna görə də media sahəsinə getdim.
Mən qəzetə necə gəldim? Atam həmişə məni danlayırdı ki, sən bizim qəzetlərimizi oxumursan. Mən də deyirdim ki, maraqlı heç nə yoxdur axı. Atam da dedi ki, əgər elə cəsarətlisənsə, onda qəzetçilərin özlərinə bunu de. Atam Çernobıl veteranıdır. “Exo” qəzetinə müsahibə verəcəkdi. Təklif etdi ki, onunla gedim redaksiyaya. Orda baş redaktorun müavini, yəni Həmid Həmidova dedim ki, mən sizin qəzeti oxumuram. Həmid dedi ki, maraqlı yaza bilirsənsə, biz sənə belə bir şərait yarada bilərik. İlk yazım təbii qeyri-peşəkar idi. Sonra standartları öyrətdilər.
- Radioda işləyə-işləyə niyə televiziyaya can atırdın?
- Mən şir bürcündənəm və bundan gələn “fəsadlar” var. Misal üçün lider olmağa meylliyəm. Napoleonla eyni gündə doğulsam da nə dünyanı fəth etmək, nə də Moskvaya hücum etmək fikrindəyəm (gülür). Həmişə istəmişəm ki, öz işimdə böyüyüm. Sən süpürgəçisənsə, ən yaxşı süpürgəçi olmalısan. ANS ÇM-də peşəkarlar çalışır. İstənilən radioya baxın, demək olar ki, hamısı ANS-də işləyən uşaqlardır. Radiodan sonra mütləq televiziya gəlməlidir.
- Bundan sonra nə etmək istəyirsən?
- Məqsədim özümə uyğun müəllif verilişi hazırlamaqdı. Düşünürəm ki, bu məndə alınar. Bunun üçün də təcrübə lazımdır. Bəzi aparıcılar elə düşünür ki, sms oxumaqla DJ olurlar. Təbii ki belə deyil. Mən sizə bir sirr açım. Radioda çalışan insanların çoxu heç RJ və DJ-in fərqini bilmir. RJ- radio dicey, DJ- disk jokey deməkdir. Yəni biri radioda çalışır, o birisi isə klublarda.
- Peşəkar DJ-lərdən kimlərin adını çək bilərsən?
- Valid, Aytən, Nigar, Tural Yusifov, Tima, Fateh, Doktor Ziya, Rahib Azəri və bir də yadımdan çıxanlar (gülür).
- Azərbaycanda rok musiqisinin vəziyyətini necə dəyərləndirirsən?
- Azərbaycanda rok, Sovet İttifaqının 80-ci illərinin sonlarını xatırladır. O dövrdə yaşamasam da çox ədəbiyyat oxuyuram. Oxuduqlarımdan belə qənaətə gəlirəm ki, insanlar özlərini azad sanırdı. Ancaq azadlığın hüdudunu başa düşmürdülər. Azərbaycanda indi böyük konsertlərdən söhbət gedə bilməz. Rok ingilis dilində oxunursa, onu öz rokumuz adlandıra bilmərik.
- Niyə rusca, ingiliscə oxuyurlar?
- Bu normaldır. Özündə yoxdursa, çalışırsan ki, oxşadasan. Türkiyə telekanalları Avropa ölkələrindən, Avropa ölkələri ABŞ-dan götürür. Yəni, onsuz da görüb-götürmə dünyasıdır. Bizdəki “Yeni ulduz” yarışması kimi. Türkiyədə o “Pop İdol”, ABŞ-da “American İdol” adlanır.
Rusiyaya gedənlər fəxr edirlər ki, Çingiz Abdullayev, Maqsud İbrahimbəyov kimi yazıçılarımız var. Amma Azərbaycanda onları çox az insan oxuyur. Çünki onların dilimizə tərcümələri keyfiyyətli deyil. Mən roku öz dilimizdə oxuyuram. Türk rokuna qulaq asan adam dili başa düşür. Uzağa getməyək. Bir çoxları Bokaya qulaq asır. Nəyə görə ona qulaq asırlar? Onun boğazları, musiqisi, mətnləri bizə yaxındır. Türk rokuna qulaq asanlar sabah öz dilimizdə roka qulaq asacaqlar. Bütün dünyada rok qruplar barda çıxış edir ki, pul qazanıb bardan çıxsınlar. Bizdə isə qruplar ona görə yaranır ki, barda çıxış etsinlər. Çünki bar pul mənbəyidir. Həm də bizdə prodüser mərkəzi yoxdur. Rok ifaçısını toya çağırmırlar...
- Sən özün toyda oxumusan?
- Ancaq öz toyumda oxumuşam (gülür). Həyat yoldaşıma həsr etdiyim “Sən sadəcə gül” adlı mahnı idi.
- Rok qruplardan hansının adını çəkə bilərsən?
- Hal-hazırda fəaliyyət göstərən “28 may”, “Qara dərviş”, “Sirr”, “Bəndə”, “3.14” , “Meridian”, “Эдем”, qrupları və “MamedOFF” , Teymur Nadir proyektləri. Yadıma düşən bunlar oldu.
- Bəs hansı qrupu daha çox bəyənirsən?
- Vallah, çətin məsələdir. Rok konsertlərə getməyə çox az vaxtım olur. Daha çox özüm çıxış etdiyim konsertlərdə müəyyən edirəm ki, kim yaxşıdır. “Bəndə” qrupunu göstərə bilərəm. Uşaqlar öz üzərilərində işləyirlər. Öz layihəmiz haqda danışmaq istəyirəm, “Cavid Osmanov və Qrup” adlanır. Tez-tez dəyişir musiqiçilərimiz. Bizim məqsədimiz odur ki, Azərbaycanda pop musiqiyə alternativ ola bilək. İstəyirik, mahnılarımız radioda səslənsin, kiplərimiz televiziyada göstərilsin. Bunu üçün isə o qədər pul lazım deyil. Hal-hazırda üç mahnı üzərində işləyirik. Bütün radiolara təqdim edəcəyik, hansı pulsuz qəbul etsə, orada da səslənəcək. Konsertimiz də oldu. Bizim ifa etdiyimiz üslub fərqlidir. Yaşadıqlarımız haqda oxuyuruq. Axırıncı dəfə polisə həsr olunan mahnı çox geniş müzakirə edildi. Belə idi: “Balamı saxlamaq üçün rüşvət alıram, yuxarıdan gələn planı doldururam”. Başladılar ki, ANS-in aparıcısı polisə qarşı çıxır. Mən də dedim ki, mətn pis polislərə aiddir. Korrupsiyaya qarşı mübarizə aparan hökumətə dəstək hesab edirəm bu mətni. Məqsədim polisə ləkə atmaq deyil. Çünki atam da polis olub. Bunu yozmasınlar.
- Rok sənin üçün hobbidir, yoxsa hədəflərin var?
- Azərbaycan dilində oxuyursansa, uzağa gedə bilməyəcəksən. Maksimum türkdilli ölkələrdə tanına bilərsən. Zarafatyana yazılmış “Sox bu dünyaya” adlı mahnım insanların çox xoşuna gəlmişdi. Çətin bir mətni yox idi. İnanın ki, bizim rokçular pop musiqiçilərdən daha istedadlıdırlar. Eyni şəraitdə bizim məşhur popçumuzla adi rokçumuzu bir otağa salaq, görək, kim musiqi yaza bilər? Söhbət tək fortepianoda bəstələnmiş musiqidən getmir. Bunun zərbini, bass qitarasını, solo və ritm qitarasını fikirləşmək lazımdır. Mətni özün yazıb özün də oxumalısan. Sonra isə konsertdə bir saat canlı çıxış etmək lazımdır. Sizcə bu dueldə kim qalib gələr? Təbii ki rokçu! Pop musiqiçilər öyrəşiblər hazır musiqi oxumağa.
- Rokun nüfuzunun dünyada aşağı düşdüyünü deyirlər. Azərbaycanda isə böyük kütlənin marağında deyil...
- Nə qədər ki insanlar narazı olacaqlar, rok da yaşayacaq. İndi Bakıda daşı atırsan DJ-yə və fotoqrafa dəyir. Bu da dəbin göstəricisidir. Mən başa düşürəm ki, roka qulaq asan insan Baloğlan Əşrəfovun, Üzeyir Mehdizadənin konsertinə getməz. Əsas odur ki, sən mahnını kim üçün ifa edirsən. Deqradasiyaya məruz qalanlar üçün “Qəşəng-qəşəng” gözəl musiqidir.
- Bu səni narahat etmir ki?
- Hətta sənin konsertinə bir adam da gəlirsə, demək səndə alınır. Mətnləri özüm yazıram. Mənim daxilimdən gəlir. Bizdə ulduzlar qohumlarına bilet payladıb zalı doldururlar. Bir nəfər sənə qulaq asırsa, bu, göstəricidir.
- Gənc şairlərin şeirlərinə niyə müraciət etmirsən?
- Zövqüm Rusiyanın böyük şairlərinin şeirləri ilə “korlanıb”. Hansısa gənc şair müraciət edəcək, onun şeiri xoşuma gələcəksə bu haqda düşünə bilərəm.
Elmin HƏSƏNLİ
Fuad CƏFƏROV

2358 dəfə oxunub
Oxşar xəbərlər
"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi
12:00
25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?
09:50
25 noyabr 2024
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi
15:00
22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024