“Biləcəridə kiminsə Saramaqo oxuması xoşdur” - SORĞU
26 aprel 2011
11:31
Kulis.az məşhurlardan kitab haqda müsahibələr alır. Növbəti qonağımız köşə yazarı Zamin Hacıdır.
- Heç kitab oğurladınızmı?
- Çox oğurlamışam. Yadımdan çıxıb sayı-hesabı. Ancaq bu, əsasən uşaq vaxtı olub. Kənd kitabxanasından oğurlayırdım. Buna görə o vaxt kitabxanaçı işləyən gözəl insan Təranə xanımdan indi üzr istəyirəm.
- Kitabxananızda sevmədiyiniz yazarların kitabı varmı?
- Əlbəttə ki, var. Amma elə çox deyil. 1-2 nəfər ola bilər. Mən ümumiyyətlə yazarları o cür ayırmıram. Ovqatdan asılı olan bir şeydir. Bu gün bəyənmədiyim yazıçı sabah maraqlı ola bilər.
- Həyatınızın bir kitab olmasını, ya da bir kitabda yaşamaq istərdinizmi?
- Yox təbii ki. Həyat çoxlu kitaba bənzəyəndə maraqlı olur. Ancaq bir kitabda yaşamaq mümkün olsa məmnuniyyətlə Daniel Defonun “Robinzon Kruzo” romanının baş qəhrəmanı olmaq istərdim.
- Məktəbdə, universitetdən dərs kitablarınız dururmu?
- Mən xüsusən ali məktəbdən qalan kitablarımı saxlayırdım. Universitetdən saxladığım kitablar təəssüf ki, işğal altında qaldı. Yəni mən kitablarımın böyük hissəsini kəndə, Qarabağa aparırdım. Demək olar ki, heç biri qalmayıb, amma saxlayırdım.
- Birinci sinifə gedəndə yazı oxumağı çox sevirdiniz, yoxsa yazı yazmağı?
- Doğrusu 1-ci sinif elə də xatirimdə deyil, amma yəqin ki oxumağı çox sevirdim. Çünki mənim elə yaxşı xəttim olmayıb. Dəqiq yadımda deyil 1-ci sinif. Çox vaxt keçib.
- Kitab oxuyanda qaldığınız yeri işarələmək üçün nə edirsiniz?
- Bu bir qədər problemlidir. Mən əvvəllər markerdən istifadə edirdim. Sonra gördüm ki, vaxt ötdükcə , markerlər solur. Bəzi vaxtlarda karandaşla qırağına xətt qoymuşam. Son zamanlar demək olar bunu da etmirəm. Mənə elə gəlir ki, bunu etməklə məndən sonra kitabı oxuyacaq adamlara elə bil göstəriş vermiş oluram. Məncə düzgün addım deyil. Əgər ancaq sən oxuyacaqsansa başqa məsələ, amma başqaları da oxuyacaqsa onların fikirlərini yönəldə bilərsən bu hərəkətlə deyə qəbul etmirəm. Ən yaxşısı bəyəndiyin yerləri kənarda bir bloknota-filana qeyd eləməkdir.
- Əzbərinizdə neçə şeir var? Bəs kitabxananızda?
- Sayını deyə bilmərəm amma bir xeyli var. Yəqin ki minimum bir 50 şeir var. Kitabxanada olanları saymamışam, dəqiq deyə bilmərəm.
- İlk oxuduğunuz kitab yadınızdadır?
- İlk oxuduğum kitab Coysun “Uliss”i olub. (gülür) Mən bilmirəm bu nə dərəcə dəqiqdir, amma yadımda qalan ilk kitab Qrimm qardaşlarının nağılları olub. Orada bir nağıl var idi: “Ağgül və qırmızıgül”. Mənə elə gəlir ki, ilk oxuduğum kitab bu olub. Bəlkə də ola bilsin bu deyil, amma yadıma düşən budur. Amma rusca oxuduğum ilk kitabın adını dəqiq deyə bilərəm. Bu, Astrid Lindqrenin “Balaca və damda yaşayan Karlson”u olub. Rusca olsa da özümün müstəqil olaraq oxuduğum ilk kitab kimi bunu deyə bilərəm.
- Bir fəlsəfə kitabını başdan sona qədər oxudunuzmu?
- Əlbəttə. Birini yox, çoxunu oxumuşam. F.Nitsşenin “Zərdüşt belə söylədi”ni, “Antixristian”i, Freydi, Frommu, Kamyunu oxumuşam. Yeri gələndə fəlsəfənin düşünmə mənasında olduğunu qəbul etsək Dostoyevskini heç vaxt bədii ədəbiyyat kimi oxumamışam. O, filosofdur. Elə məhz “Karamazov qardaşları” fəlsəfi əsərdir.
- Kiməsə kitab bağışlamısınızmı?
- Kitab çox bağışlamışam. Əsasən orta məktəbdən üzü bəri, ali məktəbdən oxuyanda, sonrakı vaxtlarda da olub. Ancaq Azərbaycanda kitabı hədiyyə kimi qəbul edəcək adamlar da çox azdır. Bizdə kitaba fərqli münasibət var.
- Ən sevdiyiniz film kitab olsaydı onu oxuyardınızmı?
- Təbii. İki il bundan əvvəl oxudum bir kitab çox xoşuma gəldi: Ken Kizinin“Qu quşu yuvası üzərində”. Əslində bunun filmi daha çox məşhurdur, “Qu quşu yuvası üzərindən uçarkən” adıyla tanıyırıq, çoxlu “Oskar” alıb, yanılmıramsa 5 dənə. Mən bilmirdim bunun kitabı var. İnternetdən tapdım, rusca oxudum. Miloş Formanın filmi əslində çox zəif film imiş. Əsər dəhşətli dərəcədə dahiyanə əsərdir. Hətta onu oxuyandan sonra Kizini bir yazıçı kimi tanımadığıma görə utandım. Patrik Zuskindin “Ətriyyatçı”sı kitab kimi çox gözəldir, amma kinosu zəif alınıb. Bernhard Şlinkin “Qiraətçi” romanı əsasında film də məncə çox zəif filmdir. Bəzən tərsinə də olur, məsələn, İlf və Petrovun “12 stul” romanını oxumuşam, yaxşı romandır. Ancaq onun SSRİ dövrü çəkilən filmi daha gözəldir.
- Qarabağ problemi ilə bağlı bir kitab oxudunuzmu?
- Çoxdur belə kitablar. A.Abbasın “Dolu” romanı, Əlabbasın bir romanını oxumuşam, amma adı yadıma düşmür. Seymur Baycanın “Quqark” romanını da oxumuşam. Hesab edirəm ki, bu mövzu ilə bağlı kitablar az yazılıb, yəqin vaxt ötdükcə daha çox yazılmağa başlanar.
- Sitayiş etdiyiniz dindən başqa dinləri araşdırdınızmı?
- Mən açığı, heç bir dinə sitayiş etmirəm. Amma bu o demək deyil ki, mən onları qəbul etmirəm. Mən hamısı ilə maraqlanıram. Məsələn, tələbə olarkən Krişna cəmiyyətinin üzvü olmuşam, Bibliya İnstitununa da yazılmışam, kilsəyə də getmişəm. İslam icmaları ilə də maraqlanmışam. Hansı din həqiqətə yaxındır, bunu deyə bilmərəm. Vaxtım olduqca islam, xristianlıq, buddizm haqqında da kitablar oxumağı çox sevirəm.
- Elektron kitab oxumusunuzmu?
- Mən elə son zamanlar kitabları “reader” adlı qurğu var, onun vasitəsilə oxuyuram. Kompyuterdə böyük elektron kitabxana yaratmışam. Əsasən rusca əsərlərdir, türkcə və azərbaycanca kitablar da var, amma azlıq təşkil edir. Bir çox kitabları kompyuterdən oxumuşam. Əli Əkbərin son əsəri “Amneziya”nı kompyuterdən oxumuşam.
- Heç zaman kitab yazmayan, amma kitab yazmasını istədiyiniz bir insan varmı?
- Düzdür, onun adından kitab çıxıb, amma bu sırf onun kitabı deyildi, müsahibələr və sairə toplanmışdı - İsa Qəmbərin Azərbaycanda baş verən siyasi proseslər haqqında yazacağı kitabı oxumaq istərdim. Birdə ki, 8 yaşlı qızım var, istərdim ki, onun yazdıqlarını oxuyum. Məktəbdə dərsdə nə edir, nə işlər görür, müəllimə necə qulaq asır, ya asmır. Mən axı onu görmürəm. Bunu istərdim.
- Axırıncı dəfə nə zaman kitab oxumusunuz?
- Axırıncı dəfə 2 saat bundan əvvəl. Mən hər gün oxuyuram. Bəzi aylarda 15-20 kitab oxuyuram. Bəzi aylarda 10-a yaxın kitab mütaliə edirəm. Dayanmadan oxuyuram və bundan zövq alıram. Kitab oxumaqdan aldığım zövqü, heç nədən ala bilmirəm. Uzağı hansısa bir teatr tamaşasına və ya bir filmə baxmaqla da ala bilərəm bu zövqü. Oxumaqdan gözəl bir şey təsəvvür edə bilmirəm.
- Avtobusda çantasından bir kitab çıxardıb oxumağa başlayan bir qız görəndə nə düşünürsünüz?
- Çox sevinirəm ki, kimsə kitab oxuyur, kimliyindən, cinsindən asılı olmayaraq. Məsələn, 1-2 ay olar belə bir hadisənin şahidi oldum və çox sevindim. Mən Biləcəridə yaşayıram. Və avtobusda getdiyim zaman bir cavan oğlan bir kitabı açıb başladı oxumağa. Düzü, mən onun üz qabığını görmürdüm. Sonra o düşənə yaxın kitabı bağlayanda gördüm ki, bu J.Saramaqonun əsəridir. Mənə xoş gəldi ki, Biləcəridə marşrut avtobusunda kimsə Saramaqonu oxuyur.
- Birnəfəsə oxuyub bitirdiyiniz kitab varmı?
- Var belə kitablar. Uşaq vaxtı, orta məktəbdə oxuyarkən “Kapitan Qrantın uşaqları”nı bir günə oxumuşdum. Mənim üçün bəlkə də rekord idi. Günorta saatlarında başlamışdım oxumağa, kitab o qədər maraqlı gəlmişdi ki, mənə... Gecə düşmüşdü, hamı yatmışdı, həyətdə işığı yandırıb, pilləkəndə oxuyub qurtarmışdım bu əsəri, görüm bu işlərin sonu necə olacaq. Dostoyevskinin “İdeal”ı, Markesin “Yüz il tənhalıq”ı, Murakaminin “Qoyun ovu” da birnəfəsə oxuduğum kitablar sırasındadır.
- İnsanın həyatını dəyişdirə biləcək bir kitab tanıyırsınızmı?
- Belə kitablara əsasən dini kitabları aid etmək olar. Təsəvvür edin ki, Bibliya, Quran - bu kitablar neçə milyonun həyatını dəyişdiriblər. Dostoyevskinin, Tolstoyun romanları yüz minlərlə insanların həyatına necəsə təsir ediblər. Salman Rüşdünün “Şeytan ayələri” kitabını götürək. Belə götürəndə adi bir kitabdır. Bu kitabın üstündə nələr baş verir. Bu kitabı kimsə çap etmək istəyir, etiraz aksiyaları baş verir. Kimlərsə həyatını itirir. Fikirləşəsi olsaq dərindən, minlərlə belə kitab çıxar ortaya. K.Marksın “Kapital” əsərini də bu siyahıya əlavə edə bilərsiniz...
Fərid Mirzəyev

1361 dəfə oxunub
Oxşar xəbərlər
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?
10:10
18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal
15:00
16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri
12:00
16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart
15:00
15 noyabr 2024