Ali təhsilli klounla MÜSAHİBƏ
19 oktyabr 2012
07:45
Sünnət toylarında, ad günlərində klounlarla rastlaşırıq. Görəsən, qırmızı burunla uşaqları əyləndirən bu adamlar əslində necədirlər? Kulis.az Mədəniyyət və İncəsənət Universitetinin məzunu olan klounla müsahibəni təqdim edir.
- Neçə ildi ki bu sənətdəsiniz?
- 10 ildir ki, bu sənətlə məşğulam.
- Tələbə olanda ağlınıza gələrdi ki, kloun olacaqsınız?
- Xeyr, heç ağlıma gəlməzdi ki, kloun olacağam. Universiteti bitirəndən sonra teatra getdim. Amma orda maaş az idi. Bu pulla heç cür dolanmaq olmurdu. 2002-ci ilin dekabr ayında, dostum Xəqani Əliyevin şirkətində kloun kimi işə başladım. Teatrda maaş yaxşı olsa, bu işi görmərəm. Ancaq bu sahədə işləməkdən peşman deyiləm. Dolanışıq yaxşı olur. Bu işin dalınca ancaq dolanışığa görə gedirəm.
- Klounada nədir?
- Klounada personajların cəmidir. Ora buratino, betmann, prinsessa və başqaları aiddir.
- Bu sənət Azərbaycanda nə vaxt yaranıb?
- Təxminən 1988-89-cu illərdən Bakıda yavaş-yavaş klounlar yaranmağa başladı. Bu janrla məşğul olan adam sırf aktyor olmalıdı.
- Heç olubmu ki, hansısa məclisdə sizə qəfil zəng gəlsin və siz kloun paltarında çağırılan yerə gedəsiniz?
- Xeyr elə şey olmayıb. Ümumiyyətlə elə şey ancaq filmlərdə olur.
- Toylara gedirsiniz, yoxsa ad günlərinə?
- Toylara az gedirəm. Əsasən ad günlərinə, banketlərə gedirəm. Tərifləmək olmasın, məni mötəbər yerlərə çağırırlar. Çünki toylarda içkili adamlar çox olur. Onlar bizə bambılı kimi baxırlar.
- Tutaq ki, şəxsi probleminiz var, amma məclisə getməlisiniz. Belə vaxtlarda peşənizə nifrət eləmisiniz?
- Bunun məclisə heç bir dəxili yoxdur. Əgər sənin, hətta anan ya atan ölübsə, yenə də işini görməlisən.
- Məclislərə neçəyə gedirsiniz?
- Bakıda 5 kloun varsa, biri mənəm. Mən heç vaxt məclisə ucuz qiymətə getməmişəm. Lap əvvəllər 10 manat idi. Amma mən o vaxt da 10 manata getməmişəm. Amma indi elə klounlar var ki, onlar hələ də 10 manata işləyirlər. 50 manatdan aşağı heç bir məclisə getmirəm.
- Məclislərdə çox vaxt keçəllərlə məzələnirsiniz? Bu nəylə bağlıdır?
- Mən heç vaxt belə şey eləmirəm. Çünki bu, peşəkarlıq deyil. Özünə hörmət edən kloun belə şey eləmir. Bir dəfə məclisdə bir nəfər mənə yaxınlaşıb bir adamı göstərdi ki, onunla məzələn, 50 manatı da qoy cibinə. Mən həmin müştəriyə tərs-tərs baxdım və həmin insan hər şeyi başa düşdü. Ümumiyyətlə məclisdə heç kimi aşağılamaq olmaz. Orda həmin adamın anası, bacısı oturub. Belə şeyləri heç bir halda eləmək olmaz. Amma bəzən məclisin sahibi gəlib deyir ki, bizimlə də bir az məzələnərsən. Bu artıq başqa şeydi. Amma səndə elə məzələnməlisən ki, onun şəxsiyyətinə xələl gəlməsin.
- İşlədiyiniz müddətdə maraqlı hadisə olub?
- 2009-cu il idi. Bir tələbə ilə məclisə getmişdik. Tələbə olsa da çox istedadlı idi. Mən məclisə baxan kimi gördüm ki burda çox zarafat eləmək olmaz. Bunu dostuma dedim və o razılaşmadı. Başladı zarafat etməyə, amma hiss olunurdu ki, camaat yaxşı qarşılamır bunu. Bir arıq oğlana yaxınlaşıb dedi ki, ay can, qardaşım, “üçlük fanerka ”. Həmin oğlan klouna bir yumruq vurdu. Klounun burnu partladı. Ümumiyyətlə bizim işdə psixologiyanı bilmək lazımdı. Mən məclisə addımı atan kimi bilirəm ki, burda nə olar, nə olmaz. Zarafat deyil, illərdir bu işdəyik.
- Olubmu ki, dostlarınız məclisdə sizi tanısın?
- Xeyr, heç anam, xalam məni tanımayıb. Bir dəfə bir dostum zəng vurdu ki, məclisə kloun lazımdı. Dedim 2 nəfər göndərərəm. Özümün başqa məclisim var idi. İş elə alındı ki o məclisə özüm getməli oldum. Dostum məni tanımadı. Sonra zəng vurub dedi ki, əla klounlar göndərmişdin.
- Klounluq sizin şəxsi həyatınıza təsir göstərib?
- 10 -15 il qabaq cəmiyyət bizi pis qarşılayırdı. O vaxt deyirdilər ki, bu artistdi, bu kloundu. Amma indi elə şey yoxdu. Bir kloun tanıyıram ki, 3 mərtəbə villası, bağı , xarici maşını var. Bir başqa kloun da tanıyıram ki, üç evi var. Yəni bu sənətdə pul var. Təbii ki, peşəkar olmaq lazımdı.
- Məclislərdə sizi təhqir ediblər?
- Xeyr. Heç vaxt elə şey olmayıb. Mən böyüklərə heç bir söz demirəm. Mən ancaq uşaqlarla məzələnirəm, oynayıram. Amma bəzən böyüklər deyir ki, bizimlə niyə məzələnmirsən? Mən bəzən böyüklərə də söz deyirəm, amma etikanı nəzərə almaqla. Böyüklərlə məzələnmək, qeyri-professional iş üslubudur. Bəzi klounlar var ki, onlar bu sənəti başqa klounların yanında məclisə gedərək öyrənir. Bu peşəkarlığın ən aşağı səviyyəsidir. Klounlara çox böyük təzyiqlər olub. Döyülüblər də, söyülüblər də. Elə klounlar olub ki belə şeylərə görə sənəti atıblar.
- Bir ayda təxminən neçə məclisə gedirsiniz?
- Hər gün məclisə getmirəm. Həm də digər klounlardan fərqli olaraq az pula qane olmuram. Onlar deyir ki, az olsun, amma hər gün olsun. Amma mən belə fikirləşmirəm. Bir ayda hardasa 10-15 məclisə gedirəm. Son zamanlar teatrda məşq edir, film çəkilişlərində iştirak edirəm.
- Sizin sənətdə yaş həddi neçədir?
- Bizim sənətdə yaş həddi yoxdur. Yəni sənin gücün, qüvvən varsa işləyə bilərsən. Nikulin kloun kimi “karandaş” ləqəbi ilə 50-55 yaşında səhnəyə çıxırdı. Amma 40 yaşıma kimi bu işlə məşğul olacam.
- Sizi hansısa bir şəxs öz uşağını əyləndirmək üçün çağırırmı?
- Əlbəttə. Adın çəkməyəcəm, amma bir vəzifəli şəxs var ki, məni arada çağırır. Deyir ki, uşağım darıxır səndən ötrü. Mən də gedib uşağı əyləndirirəm.
- Hesab edirsən ki, bu sahə inkişaf etməlidir?
- Əlbəttə. İstəyərəm ki, Klounada Assosiasiyası yaransın. Bu assosiasiyada sırf peşəkarlar çalışsın. Belə olsa klounlar da çox öz işlərin daha keyfiyyətli görərlər.
Fuad Cəfərov

1969 dəfə oxunub
Oxşar xəbərlər
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi
15:00
22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024