“Nə qadınam, nə də kişi” - MÜSAHİBƏ
10 oktyabr 2012
08:00
Kim inanar bu gözəl qadının kişi olmağına?
Onun adı Andrey Pejiçdir. Galliano, Mark Cekobs kimi məşhur dizaynerlərin dəfilələrindən populyarlaşıb.
Bütün dünya bu gözəl kişi-qadına heyranlıqla baxır.
Heç bir iynəsi, botoksu, silikonu yoxdur. Penisindən başqa hər şeyi qadına xasdır. Dünyanın ən seksual qadınları siyahısına da düşüb.
Bu uğur göydən zənbillə düşməyib. Doğulanda ölkəsində müharibə başlayıb, ailəsi ilə birgə Avstraliyaya köçüb və 17 yaşında “McDonalds”-da satıcı işləyəndə bir model agentliyi tərəfindən kəşf edilib.
Kulis.az “Forum Fashion Week” çərçivəsində Türkiyəyə gələn Pejiçin türk köşə yazarı Ayşe Armana verdiyi müsahibəni təqdim edir:
“İki cins arasındayam”
- Qadınsınız, yoxsa kişi?
- Nə qadınam, nə kişi. İki cins arasındayam. Ya da eyni vaxtda hər ikisiyəm. Amma indi qadınam.
- Çox ümumi oldu bu. Transsınızmı? Geysinizmi? Biseksualsınızmı? Hamısı, yoxsa heç birisiniz?
- Özümü “transgender” adlandırardım. Yəni bioloji “mən”imdən imtina edib, özümü qadın kimi hesab edirəm. Seksual cəhətdən isə sərhədlər, qəliblər, qanunları qəbul etmirəm. Sevginin cinsiyyəti yoxdur.
- Adi həyatda necəsiniz?
- İri həcmli, parlaq paltarlar geyinmirəm. Hərdən saçımı yığıb kişi olmaq xoşuma gəlir. Amma heç vaxt beyzbol papağı taxıb, boş şalvarlar geyinmirəm. Görünüşümdə mütləq qadınlıq olur.
- Yəni özünü qadın kimi hiss edirsən...
- Ruhum qadındır. Amma penisim də var.
- Daxili aləmində burulğanlar, boşluqlar yaratmır bu?
- Əlbəttə, yaradır. Amma fiziki baxımdan çox maskulin deyiləm, bədənimdən razıyam. Ən azından böyük bir hissəsi ilə!
- Uşaqlığınız necə keçib?
- Asan deyildi: müharibə, düşərgə, yoxsulluq, mühacirət... Dünyanın ən təhlükəsiz yerində uşaqlarını böyütmək istəyən tək-tənha bir ana... Anam serb, atam xorvatdır. Müharibədən sonra boşanıblar. Məsuliyyət anamın üstündə qalıb. Mühacirət üçün ABŞ-a, Kanadaya, Avstraliyaya müraciət edib. Avstraliya “qucaq açıb”. 9 yaşım olanda Melburna köçdük.
Qardaşım mənim əksimdir – ultra maskulin!
- Sizdən və ananızdan başqa kim vardı yanınızda?
- Qardaşımla nənəm də bizlə idi. Barbi oyuncaqları ilə oynayırdım bütün gün. Balaca olanda heç kim buna fikir vermirdi. Böyüyəndə qadınları sevən, şorgöz olacağımı düşünürdülər. 14 yaşıma qədər kişi kimi olmağa çalışırdım. Sonra bezdim, dedim ki, kim nə deyir-desin, necə istəyirəmsə, elə də yaşayacağam. İndi 21 yaşım var və özümü tapdığımı hiss edirəm.
- O qədər gözəl kişisiniz ki...Uşaq vaxtı kişilərlə problemləriniz olmayıb?
- Yox. Bəxtim gətirib ki, təcavüz, zorlama kimi şeylər başıma gəlməyib. Problem özümlə bağlı idi.
- Bizdə qız istəyən ailələr oğlan doğulanda onu qız kimi geyindirir, elə böyüdürlər. Sizin ailədə belə şeylər olubmu?
- Bunları özüm etmişəm! Anamın paltarlarını geyinirdim. Ad günlərimdə anama yalvarırdım ki, mənə qız oyuncaqları alsın. Ancaq məndən başqa evdə qardaşım da vardı. İki yaş böyükdür məndən. Ultra maskulindir, yəni mənim əksimdir.
- Qardaşınız sizdən utanır?
- Yox. Bir vaxtlar çox dava eləmişik, sonra aramız düzəldi. Utanacaq nəyim var axı? Əksinə, məni dəstəkləyir, qoruyur və fəxr edir.
- Bəs atanız?
- Onu üç il əvvəl görmüşdüm. Aramızda oğul-ata münasibəti yoxdur.
- Ananız indi nə işlə məşğuldur?
- Vəkil idi. Ancaq müharibə illərində makiyaj ləvazimatları satdı, kassir oldu, çox işlər dəyişdi. Avstraliyada yenidən təhsil aldı. İndi müəllimədir.
- Vəziyyətinizi necə dəyərləndirirsiniz? Uğur qazanmısınız, yoxsa uğursuzluqla üzləşmisiniz?
- Haradan, necə gəldiyimə baxanda, əlbəttə uğur qazanmışam! Uğursuzluq desəm, nankorluq olar. Çox çətin günlərimiz olub.
- Özünüzlə bağlı həqiqəti nə vaxt başa düşdünüz?
- Həmişə fərqliliyimi hiss edirdim. 2 yaşım olanda anamın paltarını geyindiyimi xatırlayıram. Başqa oğlan uşaqları kimi deyildim. Amma özümü gey kimi də hiss etmirdim. Çox fərqli hiss idi.
- Çoxları sizin gey olduğunuzu, ancaq bunu gizlədiyinizi iddia edirlər...
- Əvvəldə də dediyim kimi, “transgender” sözü vəziyyətimi izah edir. İnsanların nə dediyi vecimə deyil.
- Qadına vurulmusunuz heç?
- Heç hansısa kişiyə vurulub-vurulmadığımı da dəqiq bilmirəm axı. Güclü hisslər yaşamamışam. Çox gəncəm. 21 yaş nədir ki?!
“14 yaşım olanda saçımı rənglətdim”
- Keçid dövrünüz, yeniyetməliyiniz necə keçib?
- Çətin oldu. Elə vaxtdır ki, ailə də, cəmiyyət də sənə “Kişi olmalısan!” deyir, səni məcbur edirlər. İçimə qapandım. “Kişiləşmək” istədim, alınmadı. Və axırda bezdim. Saçlarımı rənglətdim, dar şalvarlar geyindim. Anam əvvəlcə qorxdu. Çox da müasir qadın deyil anam. Qorxdu ki, başıma bir iş gələr. Analar heç vaxt canının bir parçası olan varlıqdan imtina edə bilmir, necə olur-olsun onu qəbul edir.
- Bəs məşhur model olmaq ağlınıza gəlirdimi?
- Heç ağlıma gəlmirdi! Anam “məktəb, universitet oxumasanız, həyatınız yaxşı olmaz” deyirdi. Çünki pulumuz yox idi. Müəllim, həkim, mühəndis, ya da hüquqşünas olmalı idik. Dərslərim yaxşı oxuyurdum. Rəqs, teatr, sənət həmişə arxa planda olurdu. Hüquq fakültəsində təhsil alıb, vəkil olacaqdım. Məşhurlaşmağı heç fikirləşmirdim. Özüm olmaq istəyirdim. Ancaq həyat elə gətirdi ki, “McDonalds”da işləyəndə bir model agentliyi tərəfindən kəşf edildim...
- Neçə yaşınız olardı onda?
- 17.
- Onda da belə gözəl görünürdünüz?
- Bəli. Həmişə qadınlıq vardı içimdə. Görünüşümdə də.
- Sizi çox bəyənən bir kişi sizin kişi olduğunuzu öyrənəndə reaksiyası necə olur?
- (Gülür) Şoka düşürlər. Elə bilirlər, zarafat edirəm. İnana bilmirlər bir müddət. Yaxınlaşanların 60 faizi sevgili olmağa davam edir, içkiyə qonaq edirlər, 40%-i qorxub qaçır.
- Qəribədir...
- Bəli, qəribədir. Bir müddət üzümə durub baxırlar. Təəccüblənirlər.
“Bədənimin məsumluğu hamını cəlb edir”
- İnsanların cinsiyyətiniz, görünüşünüzlə bağlı çoxlu suallar verməyi necə təsir edir sizə?
- Öyrəşmişəm artıq. İnsanları kateqoriyalara bölməyi xoşlayırıq. “Bu qadındır, yoxsa kişi? Geydir, yoxsa biseksual?” sualını verib qarşıdakını hansısa kateqoriyaya aid etmək istəyirik. Mən karyeramı əslində bu gizliliyin üzərində qurmuşam. Çalışıram, konkret cavablar verməyim, yoxsa işin sehri itər.
- Gəlin, kəşf edilməyinizə qayıdaq. “McDonalds”da idiniz...
- Bəli. Biri gəldi: “Çizburger istəyirəm”, - dedi. Pulun qalığını qaytaranda məni başdan ayağa süzdüyünü gördüm. Qızam, yoxsa oğlanam, qərar verə bilmədi. “Model olmaq istəsəniz, mənə zəng vurun”,- deyib kartını verdi. Əvvəlcə fikir vermədim, elə bildim zarafat edirlər. İnternetə girib saytını tapdım həmin agentliyin. Zəng vurdum, görüşdük. Həyəcanlandılar. Onlara ən çox pul qazandıran qadın modelə oxşayırmışam. 17 yaşımdan onlarla işləməyə başladım. Əvvəlcə Avstraliyadakı jurnalların üz qabığına çıxdım, sonra Avropaya göndərdilər məni.
- Bəs təhsiliniz?
- Yazımçıq qaldı. Bəlkə nə vaxtsa davam etdirərəm.
- Qadın rolundan çıxıb kişi roluna girmək çox çətin deyil ki?
- Normal həyatda mən qadınam. Bir cinsim var. Roldan rola girmirəm. Modelliklə məşğul olanda hansısa rola girirəm.
- Sizi görənlərin hamısı təəccüblənir. Bu xoşunuza gəlir?
- Çox! Amma mən də əslində hamı kimi normal insanam. Sadəcə səhv bədəndə doğulmuşam.
- Düz deyirsiniz. Sizə baxanda yəqin ki, “o kişidirsə, mən nəyəm?” deyirlər...
- Zarafatcıl qadınlar həmişə belə deyib məni güldürürlər.
- “Victorias Secret”-dən təklif gəlsə, cinsiyyətinizi dəyişdirərsiniz?
- Kim dəyişdirməz ki?! Zarafat edirəm. Əlbəttə, istərdim “Victorias Secret”-in modeli olum, amma sırf buna görə əməliyyat olmazdım.
- Nə qədər möhtəşəm görünsəniz də, qadın və kişi bədəni fərqlidir. Bikini geyinəndə kişiliyiniz hiss olunmur?
- Maskulin deyiləm. Əsl model bədənidir məndə. Qadın bədəninə oxşayır.
“Mələklərin də cinsiyyəti olmur, mənim kimi”
- Nastasiya Kinskinin (aktrisa –red.) ilanla çəkdirdiyi bir şəkli var, siz də o pozada şəkil çəkdirmisiniz. Düzü, sizin şəkilinizdən daha çox qadınlıq yağır, nəinki onun...
- (Gülür). Bədənimin çox “məsum” olması da insanları cəlb edir. Dizaynerlər, fotoqraflar bunu maraqlı hesab edir. Təbii, məsum, bakirə...Mələk kimi...Mələklərin də cinsiyyəti olmur. Məndəki kimi...
- Markanız və imicinizi bunun üzərində qurmusunuz, demək. Onda heç vaxt istədiyiniz yerdə istədiyiniz kişi ilə öpüşüb qucaqlaşa bilməyəcəksiniz...Həmişə aseksual qalmalısınız...
- Bəli, doğrudur. Bu da imicimin bir hissədir.
“Vaxtım olmur deyə sevgilim də yoxdur”
- Bəs Kurkova (Karolina Kurkova – keçmiş “Victorias Secret” modeli, aktrisa) ilə öpüşməyiniz necə?
- O məsum, balaca bir öpüş idi. Məsum insanların məsum olmayan şeylər etməsi həmişə maraqlıdır.
- Belə çıxır ki, cinsiyyətinizi heç vaxt dəyişməyəcəksiniz...
- Dəqiq deyə bilmərəm. İndi istəmirəm. Bədənimi sevirəm. Xoşbəxtəm. Gələcəkdə nələr olar, bilmirəm.
- Modellikdən sonra nə etmək, hansı ölkədə yaşamaq istəyərdiniz?
- Avropada yaşamaq istəyirəm. Bəlkə elə İstanbulda yaşadım. Niyə də yox? Anam tez-tez İstanbuldan danışardı mənə. Ötən əsrin 90-cı illərində gəlib bura və çox bəyənib buranı. Modellikdən sonra təhsilimi davam etdirmək istəyirəm. Sonra şəhərdən kənar yerdə ev almaq, toyuq-cücə saxlamaq istəyirəm. Sakit həyat...
- Ən çox haranıza baxırlar?
- Üzümə və ayaqlarıma!
“Heç kim bu gözəl sifəti vurub qaraltmaq istəmədi”
- Sizcə, siz qadın olmalı imişsiniz, son anda dəyişib kişi olmusunuz?
- (Gülür) Anam da elə deyir.
- Həm qadınların, həm də kişilərin arzuladığı insan olmaq necə hissdir?
- Möhtəşəmdir!
- Bilirsiniz, bizim ölkəmizdə “mən səhv bədəndə doğulmuşam, əslində qadınam” deyən kişilər hələ də öldürülür...
- Bilirəm. Çox yerdə belədir. Görürsünüz, mənim necə bəxtim gətirib? Yaxşı məktəblərdə oxumuşam, ətrafımdakılar seçimimə hörmətlə yanaşıblar. Heç kim bu gözəl sifəti vurub qaraltmaq istəmədi.
- Sevgiliniz varmı?
- Yox, boşam. O qədər səyahət edirəm ki, vaxt olmur...
- Türkiyədən sonra yolunuz haradır?
- Yenə Nyu-York, sonra Sinqapur. Ondan sonranı mən də bilmirəm.
- Moda dünyasında sizi necə qəbul etdilər?
- Əvvəlcə çətin oldu. Qəbul etmirdilər. Londonda dörd agentliyə getdim, dördü də “yox” dedi. Parisdəki dəfilələrə qədər adi model idim. Galliano, Mark Cekobsun dəfiləsinə çıxandan sonra təkliflər bir-birinin ardınca gəldi...
- Qadın modellərlə aranız necədir? Qısqanmırlar?
- Çoxlu dostum var. Rəqabət tələb edən sektordur. Bəziləri modellikdən getməyimi istəyir. Elə bilirlər, onların yerini tutmuşam. Mən də qulaqlarımı tıxayıb işimə davam edirəm. Hələ ki bədənimə ehtiyac var...
- Niyə populyar dizaynerlər sizi seçir? Bunun fəlsəfəsi nədir?
- Məni fərqli hesab edirlər. Estetik əməliyyat etdirməmişəm. İynə, silikon, botoks – heç nə yoxdur. Təbiiyəm. Qadına da, kişiyə də oxşayıram. Bu da vacib rol oynayır. Məni bənzərsiz edən qadınlığım və ona rəğmən penisimin varlığıdır...
- Dəfilələrə kişi model kimi də çıxırsınız...
- Təbii.
- Reklamlara da çəkilirsiniz?
- Əvvəlcə reklam şirkətləri risk etmək istəmirdilər. Sonra Hollandiyada bir büstqalter markasının reklamında çəkildim, iki saatdan sonra bütün büstqalterlər satıldı...
P.S. Ayşe Arman kişi paltarı geyinərək Pejiçlə şəkillər də çəkdirib.

2347 dəfə oxunub
Oxşar xəbərlər
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi
15:00
22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024