Kitab sərgisi

“Facebook dövründə yaşamağıma sevinirəm”

 “Facebook dövründə yaşamağıma sevinirəm”
5 oktyabr 2012
# 08:00
Yazıçı çıxışında maraqlı məqamlara toxunub: “Türkiyə çətin günlərdə iranlı qaçqınlara qucaq açıb. Həmin vaxt Türkiyə icazə verməsəydi, bu gün mən burda yazıçı olaraq iştirak edə bilməyəcəkdim”.

Əsərləri 27 dilə çevrilən Eder Abdulla İranda fizika təhsili alıb.

1979-cu il inqilabında aktiv iştirak edib. Ancaq yeni qurulmuş rejimə alışa bilməyən E. Abdulla 1985-ci ildə ölkədən qaçaraq Türkiyəyə sığınır. Türkiyədə müəyyən müddət yaşadıqdan sonra Avropaya keçən Abdulla Hollandiyadan sığınacaq alır. Qısa zaman ərzində holland dilini öyrənir. 2005-ci ildə yazdığı “Məsciddəki ev” romanı hollandca yazılmış ən yaxşı ikinci roman seçilir.

Kulis.az İstanbulda “Tanpınar” ədəbiyyat festivalında iştirak edən yazıçının çıxışından maraqlı məqamları təqdim edir.

“Türkiyəyə təşəkkürlər”

“26 il əvvəl ölkəm İrandan Türkiyəyə qaçdım. İl yarım burda yaşadım. Sonra Avropaya keçdim və Hollandiyaya çatdım. Orada yazı dilimi dəyişdirdim. Bu gün Hollandiyada tanınan yazıçıyam. Kitablarım 27 dilə çevrilib. Hər şeydən əvvəl Türkiyəyə, türk yazıçılarına, Türkiyə hökümətinə təşəkkür etmək istəyirəm. Çünki o çətin günlərdə iranlı qaçqınlara qucaq açdılar. Burada qalmağımıza, yeni yollar tapmağımıza imkan yaratdılar. O gün Türkiyə bu icazəni verməsəydi, bu gün mənim yazmaq, burada bir yazıçı kimi çıxış etmək imkanım olmayacaqdı”.

“Mənə ən çox təsir edən yazıçılardan biri Yaşar Kamal olub. “İncə Məmməd” romanını 16 yaşımda oxumuşdum, o vaxtdan ağlımdan çıxmır. Ondan sonra ən çox təsirləndiyim Qabriel Qarsia Markesin “Yüz illin tənhalığı” kitabı olub. Amma Yaşar Kamal mənim üçün çox dəyərlidir. Mənim yaradıcılığıma, yazıçı kimi formalaşmağıma çox kömək edib. “İncə Məmməd” mənim üçün sehrli kitabdır”.

İranlı yazıçı kimi Hollandiyada son dərəcə yaxşı qarşılandığından, holland cəmiyyətinə adaptasiya olmaqda problem yaşamadığından danışan Abdulla bunları deyib:

“Məncə, mədəniyyətlərin savaşı sadəcə, siyasətçilər, hökumətlər arasındadır. Xalqlar arasında belə münaqişə yoxdur. Xüsusilə də dünyada yaşanan kommunikasiya inqilabından sonra, yeni əlaqə vasitələri ilə xalqlar, mədəniyyətlər bir-birinə əvvəlkindən daha çox yaxınlaşıblar. İnternet, sosial şəbəkələr, mobil telefonlar, planşet kompüterlər... Bunlar insanlığın ən gözəl əsərlərindən olan rəqəmsal inqilab deməkdir.

“Ərəb baharı” da bu texniki inqilabın nəticəsində reallaşdı. Mən Facebook, Youtube, iPhone, iPad kimi kommunikasiya vasitələrinin istifadə olunduğu dünyada yaşamaqdan qürur duyuram. Bütün bunlar artıq ədəbiyyata da daxil olub. Çünki ədəbiyyat da bu yeniliklərə yetişməlidir. Kitablarımızdakı qəhrəmanlar mobil telefonlarla danışırlar, Facebooka girirlər. Bu texniki vasitələrlə vurulurlar, eşq elan edirlər”.

“Fars baharı” olmasını istərdim

“Bəs İranda “Ərəb baharı”na bənzər hadisələr baş verə bilərmi?”- sualına yazıçı belə cavab verib:

“Mən də istəyirəm ki, “fars baharı” olsun. Bu, baş verəcək. Ancaq buna zaman lazımdır. İran Tunisdən, Liviyadan, Misirdən fərqlidir. Həm mədəni, həm siyasi, həm də tarixi cəhətdən İran çətin olan ölkədir. Əslində, İranda bir neçə dəfə “bahar” yaşanıb. Elə son 50 ildə 3 böyük “bahardan”, inqilabdan danışa bilərik”.

Rena Nevzat

# 1289 dəfə oxunub

Oxşar xəbərlər

İlya Repin  impressionizmdən niyə  imtina etmişdi?

İlya Repin impressionizmdən niyə imtina etmişdi?

14:15 29 sentyabr 2025
Erotik "Venera" rəsmləri ilə tanınan Fransua Buşe kim idi?

Erotik "Venera" rəsmləri ilə tanınan Fransua Buşe kim idi?

12:45 29 sentyabr 2025
Duyğularını tablolara köçürən ekspressionist rəssam

Duyğularını tablolara köçürən ekspressionist rəssam

18:05 26 sentyabr 2025
"Yazıçı və tərcüməçi" - Tim Parksın essesi

"Yazıçı və tərcüməçi" - Tim Parksın essesi

09:00 25 sentyabr 2025
Dildə, fikirdə, işdə birlik carçısı - İsmayıl Bəy Qaspıralı

Dildə, fikirdə, işdə birlik carçısı - İsmayıl Bəy Qaspıralı

13:50 24 sentyabr 2025
Stendalla dost olan, Jorj Sandla ehtiraslı sevgi yaşayan yazıçı - Merimenin  "Karmen"i niyə sərt  tənqid edilmişdi?

Stendalla dost olan, Jorj Sandla ehtiraslı sevgi yaşayan yazıçı - Merimenin "Karmen"i niyə sərt tənqid edilmişdi?

15:00 23 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər