Musiqi tariximizin böyük qalmaqalı – NƏHƏNGLƏRİN DÖYÜŞÜ
4 oktyabr 2012
04:00
Kulis.az “Rəqiblər” adlı yeni bir layihəyə başlayır. Bir-biri ilə yola getməyən, bir-birini qəbul etməyən, hətta münasibətləri qarşıdurma səviyyəsinə yüksəlmiş görkəmli şəxslər haqqında yazacağıq.
Azərbaycanın iki görkəmli bəstəkarı Qara Qarayevlə Fikrət Əmirovdan başlayırıq.
Onların bir-birini qəbul etməməyi haqqında çox danışılıb. Ancaq çox az yazılıb. Danışanlardan bəziləri iddia edirlər ki, münasibətlərin gərginliyi yaradıcılıq məsələləri ilə bağlı olub. Amma münasibətlərin şəxsi müstəvidə kəskinləşdiyini söyləyənlər də var.
Qara Qarayev, Fikrət Əmirov və Cövdət Hacıyev dost imişlər. Onların hər üçü o dövrdə məşhur olan bir rəqqasəyə vurulublarmış. Məhz bu, dostlar arasında münasibətin gərginləşməsinə gətirib çıxarıb. Və üç dost arasındakı gərgin münasibətlər sonadək düzəlməyib. Bunu Kulis.az-ın əməkdaşına bir vaxtlar həmin rəqqasənin özü danışıb...
Amma başqa fikirdə olanlar da var.
Mövzu ilə bağlı Kulis.az saytına açıqlama verən Qara Qarayevin oğlu, tanınmış bəstəkar Fərəc Qarayev deyib ki, onların fikirləri sadəcə milli, klassik musiqiyə, bəstəkarlığa münasibətdə toqquşurdu: “Dost olmasalar da bir-birinə hörmətlə yanaşan həmkarlar idilər. Doğma ölkənin musiqisinin çiçəklənməsinə çalışan iki həmkar...”
Fikrət Əmirovun oğlu, cazmen Cəmil Əmirovla danışmaq cəhdimiz alınmadı.
Bəstəkar, kulturoloq Elmir Mirzəyev bildirir ki, bu mövzu musiqiçilər üçün tabudur: “Həm Qara Qarayev, həm də Fikrət Əmirov çox nəzakətli insanlar imiş və onlar arasındakı gərginlik üzdə olmayıb. Onların münasibətlərinin gərgin olmağı barədə söhbətlər dedi-qodu səviyyəsindən o yana keçməyib.
Bəstəkar onlar arasındakı konfliktlərin estetik planda olduğundan danışıb: “Həqiqi gərginlik isə sırf estetik, Azərbaycan musiqisinin gələcək inkişaf yolları ilə bağlı müxtəlif baxışlarında idi. Əlbəttə ki, sırf intellektual parametrlərdə, ensiklopedik biliklərdə Qara ilə Fikrəti müqayisə etmək olmazdı, bu da təbii bir qısqanclıq yaradırdı. Bunu bəstəkar texnikasına, sırf professional ayarlara da aid etmək olar. Qarayev Azərbaycan musiqisini dünya səviyyəsinə qaldıran bir sənətkardır, onun yaradıcılığında bir neçə üslub və texnika dəyişkənliyi dünyagörüşünün genişliyində, intellektual dərinliyində idi. Amma Fikrət Əmirov da çox istedadlı bir insan imiş. Və o zaman sovetlər tərkibində milli subkulturanın yaranması dövrü, onun dəstək aldığı zamanlar idi və cəmiyyət tərəfindən də buna böyük zərurət vardı. Onun orientalist üslubu, yaradıcılığında bütün bu məsələlərin incə həllini tapılıb, bəstəkarlar arasındakı gərginlik isə nəzakət çərçivələri daxilindəydi”.
Elmir Mirzəyev maraqlı bir hadisədən söhbət açır: “Müəllimim Fərəc Qarayev danışırdı ki, 60-cı illərin sonunda Fikrət Əmirov onunla bağlı hansısa sənədə qol çəkməli imiş - Bəstəkarlar İttifaqı çərçivəsində hansısa bir səfərdə - tədbirdə iştirak üçün. Fərəc müəllim Fikrətin kabinetinə gedir, ona müraciət etdikdə Əmirov ayağa qalxır, sənədə dərhal imza atdıqdan sonra onun yaradıcılığı haqda suallar verir, sonda isə "çalış evladım, çalış" deyərək öpüb-qucaqlayıb yola salır. Maraqlıdır ki, bu dövr Fikrətlə Qarayevin münasibətlərinin ən gərgin zamanına təsadüf edirdi. Bu şəxslərin münasibəti, bax, belə səviyyədə idi. Çox adam mənə deyib ki, bunların arasında həqiqi gərginliyi yaradan dedi-qoduçular olub. Onların hər ikisinin karyerası elə yüksəlişdə olub ki, ətrafdakılara, daha doğrusu aşağıdakılara yalnız paxıllıq qalırdı”.
Bəstəkar Sərdar Fərəcov da deyir ki, onların arasındakı gərginlik sırf yaradıcılıq məsələləri ilə bağlı olub və bu rəqabət Azərbaycan musiqisinin inkişafına təkan verib.
Filosof Əlisa Nicat kitablarında, məqalələrində bu mövzuya toxunub. Kulis.az saytına açıqlama verən Əlisa Nicat bildirib ki, Qara Qarayevlə Fikrət Əmirovun münasibətlərinin pisləşməsinin səbəbkarı Üzeyir Hacıbəyov olub: ” Üzeyir Hacıbəyov xalq musiqisindən, muğamlardan məharətlə istifadə edərək yeni, bənzərsiz bir istiqamət yaratmışdı. Ancaq Qara Qarayev bunu qəbul etmirdi. O, dodekafoniya texnikası ilə əsərlər yaradırdı. Burada melodiya yoxdur, sadəcə hay-küy var. Qara Qarayev bu yolu tutdu. Məhz buna görə də Fikrət Əmirovla Niyazinin ondan xoşu gəlmirdi”.
Sonda bir şeyi vurğulamaq istəyirik. Bütün tərəfləri dinlədikdən sonra konfliktin ortaya çıxma səbəbini aydın şəkildə izah edə bilərik: məsələ sırf estetik plandadır, Qərb musiqisinə münasibətdədir. Qəribəsi budur ki, Fikrət Əmirovla Qarayev arasında bir vaxtlar yaşanmış estetik problem bu gün də bəstəkarlar arasında qalmaqdadır...
Ağa CƏFƏRLİ

1665 dəfə oxunub
Oxşar xəbərlər
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi
15:00
22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024