“O, hər gün məni döyür, pullarımı oğurlayırdı”
1 sentyabr 2012
05:00
Kulis.az “Əyalət qadını” layihəsindən növbəti yazını təqdim edir
Layihəmizin budəfəki qəhrəmanı 56 yaşlı Fatma Əbdürrəhmanova 16 il əvvəl Qubadan Bakıya gəlib. Bu qərarına görə peşman deyil, əksinə “kaş, daha əvvəldən gələydim” deyir. Köçməyinin səbəbinə gəlincə...
“Bura köçməyimin səbəbinə görə bəlkə məni qınayanlar da olar. Amma başqa çıxış yolu görmədim və paytaxta üz tutdum. 40 yaşım vardı və ailə qurmamışdım. Yaşıdlarımın nəvəsi vardı, onları yanlarına salıb küçəyə çıxırdılar. “Evdə qalmış qız” olmaq çox çətindir, rayon yerində isə... Tənələrdən, atmacalardan, kinayəli baxışlardan bezib, Bakıya gəldim” – müsahibimiz söhbətinə belə başlayır.
Ailədə 8 uşaq olan Fatma evin ikinci uşağıdır. Ondan böyük bir qardaşı olub, qalanları isə ondan kiçikdir: “Orta məktəbdə yaxşı oxuyurdum, həkim olmaq istəyirdim. Orta məktəbi bitirəndən sonra baxdım ki, Tibb İnstitutuna (indiki Tibb Universiteti) daxil ola bilməyəcəm, sənədlərimi tibb texnikumuna verdim və daxil oldum. O vaxtlar qızını Bakıya oxumağa yollayanların sayı çox az idi. Atamın qazancı da elə çox deyildi, bilirdim ki, məni çətinliklə oxudacaq. Özü də bunu mən sənədlərimi verəndə demişdi. Birtəhər onu yola gətirdim, atam özü savadsız olsa da mülayim adam idi. Çətinliklə oxudum, texnikumu bitirən kimi rayona qayıtdım. Mənimlə oxuyan qızlardan çoxu Bakıda qaldı, ailə qurdu. Amma atamı gözümün qabağına gətirdim, düşündüm ki, çətinliklə məni oxudub, heç olmasa, rayonda işləyərəm, ona köməyim dəyər. Bu düşüncə ilə qayıtdım, rayonda işə düzəldim. Evə ikinci adamın da qazanc gətirməsi atamın yükünü xeyli azaltdı”.
Bir müddət belə davam edib, qardaşı evlənib, növbə ona çatıb: “Qonşuluqda yaşayan bir oğlandan xoşum gəlirdi, bilirdim ki, o da mənə qarşı laqeyd deyil. İşə düzələndən sonra bir-iki dəfə yolda qarşılaşmışdıq, bir-iki kəlmə danışmışdıq. Vaxt keçdikcə “təsadüfi” qarşılaşmalarımızın sayı artdı və mənə ürəyini açdı. Dedim ki, fikri ciddidirsə, elçisini göndərsin. Çünki rayon yerində adıma söz çıxmasını istəmirdim, xəbər atama, qardaşıma çatsaydı, məni öldürərdilər. Anasıgil gəldi, razılaşmadan sonra nişan oldu. Yaz aylarıydı, qərara gəldilər ki, payızda toy eləsinlər. Amma bu xoşbəxtlik mənə nəsib olmadı. Nişanlım sətəlcəm oldu, yatağa düşdü, 1 ayın içində xəstəlikdən öldü. Təsəvvür eləyin, bundan sonra necə vəziyyətə düşdüm. Elə bilirdim, həyat bitib, bütün dünya dağılıb”.
Yasdan sonra işə qayıdanda hamı ona dul qadın kimi münasibət göstərib. Bu münasibət ona təsir eləyib, bir müddət sonra o da özünü belə görməyə başlayıb və evlənməməyə qərar verib:
“İllər keçirdi, məndən kiçik qardaş-bacılarım bir-bir ailə qururdu. Başım onların toyuna, cehizinə elə qarışmışdı ki, heç nə yadıma düşmürdü. Onlar ailə qurur, ev-eşik, övlad sahibi olurdular, mən hamıdan çox sevinirdim. Artıq evin böyüyünə çevrilmişdim, atam çox şeyi mənimlə məsləhətləşirdi. Axırıncı iki bacımın toyundan əvvəl atam rəhmətə getdi. Artıq evin bütün yükü mənim üzərimə düşmüşdü. Böyük qardaşım bizimlə çox az maraqlanırdı, başı öz arvad-uşağına qarışmışdı. Bizim qayğılarımıza vaxt tapmırdı. İki qızın bütün cehizini özüm aldım. Axırıncı bacımı da ərə verəndən sonra bu gedişlə ömrümün sonuna qədər tənha qalacağımı dərk elədim. 38 yaşım tamam idi, nişanlım öləndən sonra mənimlə evlənmək istəyənlər olmuşdu, amma bu təklifləri eşitmək belə istəmirdim. Özümü qardaş-bacıma həsr eləmişdim. Amma sonda başa düşdüm ki, qardaş- bacımı ancaq mənim pulum, imkanlarım maraqlandırır. Hərə öz ailəsi ilə məşğuldur. Ömrümün axırına qədər tək yaşayacağımı düşünəndə dəli olurdum. Qardaşlarımdan xahiş elədim ki, övladlarından birini mənə versinlər. Sənəd-sübutla yox, sadəcə, mənim yanımda böyüsün, bilim ki, öləndə yanımda kimsə olacaq. Razılaşmadılar. 40 yaşımda rayondakı evimizi satdım, anamı da götürüb Bakıya gəldim. Özümdə olanları da həmin pulun üstünə qoyub, Bakıda birotaqlı ev aldım, işə düzəldim. İki il sonra anam da rəhmətə getdi. Artıq tamamilə tək qalmışdım...”
Anası sağ olanda da, ondan sonra da qardaş-bacıları, onların uşaqları Fatmanın yanına gəlib-gediblər. Hətta qardaşı qızına yaxınlıqdakı binadan elçi düşüblər. İndi qardaşı qızı qonşu binada yaşayır: “Uşaqlar gələndə təkliyim yadımdan çıxırdı, amma onlar gedəndən sonra divarlar üstümə gəlirdi”.
İş yoldaşlarımdan biri 50 yaşlı əmisi oğlunun arvadından ayrıldığını, onun yaşda biri ilə evlənmək istədiyini deyib: “İstəyirdi onun qohumu ilə evlənim. Təklifinə “yox” demədim. Dedim, gəlsin, görüşək, danışaq. Bəlkə heç xoşuma gəlməyəcək. Adı Manaf idi. Bir neçə gün sonra Manafla tanış oldum. Dedi ki, ali savadlıdır, zavodda mühəndis işləyirmiş, zavod bağlanıb, işsiz qalıb. Sonra bir neçə yerdə müvəqqəti işləyib, amma qazancı əvvəlki kimi olmayıb. Arvadı “evə qazanc gətirməyən kişi mənə lazım deyil” deyib, evdən qovub. İki oğlu da anasını müdafiə edib. Bir müddət dost-tanışın evində qalıb, sonra kirayə ev tutub. Hazırda daimi işi yoxdur, amma elektrik işlərindən başı çıxır. Sifariş olanda işləyir, pul qazanır. Arvadından da rəsmi boşanmaq üçün məhkəməyə müraciət edib, hazırda iş məhkəmədədir. Dediklərinə inandım, ağlıma gəlməzdi ki, bu yaşda kişi yalan danışır. Bir az da yazığım gəldi, fikirləşdim ki, indiyə qədər başqaları üçün yaşamışam, heç olmasa, 44 yaşımda özüm haqda düşünüm. Onsuz da onun qazancına ehtiyacım yox idi. İşim yaxşı idi, az-çox qazanırdım. Onunla evlənməyə razılıq verdim. Qardaş-bacıma heç nə demədim, narazılıq eləyəcəkdilər. Baxmayaraq ki, onların mənim həyatıma qarışmağa ixtiyarları yoxdur, yenə də etiraz edəcəkdilər. O yaşda gəlin paltarı geyinib toy çaldırmayacaqdım ki...”
Tanış olandan iki ay sonra Manaf Fatmanın evinə köçüb, bir müddət problemsiz yaşayıb: “Özünü çox mədəni aparırdı, evdən çıxmırdı, deyirdi ki, tezliklə böyük bir evə işləməyə gedəcək, yaxşı pul alacaq. İnanırdım, amma bir neçə ay keçdi, baxdım ki, bu işə-zada getmir, cibində də pulu yox. Məhkəmə barəsində isə ümumiyyətlə, heç nə demir. Bilmirdim, bizimkilər rayondan gəlsə, nə deyəcəyəm. Evimdə kişi qalır, haqqında düz-əməlli heç nə bilmirəm, üstəlik evlidir. Bacımı rayondan çağırdım, məsələni ona danışdım. Çox hirsləndi, baxmayaraq ki, məndən kiçikdir, məni danladı:
“İndiyə qədər bilirdik ki, qız uşağısan, indi camaata nə deyək? Ərə getmisənsə, sənədin hanı? Acından öləni gətirmisən evinə ki, ərimdi. Bir maraqlanaydın, soruşaydın ki, kimdir, nəçidi?”
Bacım hirsindən evimə də gəlmədi, rayona qayıtdı. Dedi ki, bu barədə o birilərə hələlik heç nə deməyəcək, amma mənə məsələni tezliklə yoluna qoymağımı tapşırdı. Evə bu barədə söhbət açmağa üzüm gəlmədi. Bir gün gəldim ki, Manaf evdə yoxdu. Telefonuna zəng vurdum, cavab vermədi. Evə gecə yarısı gəldi, o qədər içmişdi ki, ayaq üstə dura bilmirdi. Hardan gəldiyini, niyə bu qədər içdiyini soruşdum, mənə cavab vermədi. Başını atıb, yatdı. Ertəsi gün onu yatılı vəziyyətdə qoyub işə getdim. Qayıdanda evdəydi, danışmağa cəhd elədim, mənə çox acıqlı cavab verdi. Dedi ki, bundan sonra ondan işi, ailəsi haqqında heç nə soruşmayım. Lazım olanı özü mənə deyəcək. Üstəlik, pulunun qurtardığını deyib, məndən borc istədi. Düzü, onun davranışından şoka düşdüm. Necə yəni, heç nə soruşmamalıyam? Dedim ki, belə ailə olmaz. Ya düzəlməlidir, arvadından boşanıb, mənimlə nikah bağlamalıdır, ya da evimdən çıxmalıdır. Üzümün sərtliyindən ciddi olduğumu anladı, tez sözünü dəyişdi. Dedi ki, işi hələ alınmır, pulsuz qalıb, ona görə kefi yoxdu. O qədər içkini də bu səbəbdən içib. Məhkəmə isə yaxın günlərdə qərarını verəcək. Pis oldum, bir az pul verdim. Ertəsi gün yenə evə gecəyarısı gəldi, yenə də sərxoş. Deməli, məndən aldığı pulları aparıb verib içkiyə. İşdən qayıdandan sonra onunla konkret danışmaq istəyirdim. İçəri girən kimi dedim ki, əşyalarını toplayıb getsin. Yenə yalvardı, başladı ağlamağa. Dedi: “mən boyda kişi gedib küçələrdə yatım?” Bu dəfə də məni aldatdı.
Bir-iki günlük sakitlikdən sonra səhər işə gedəndə gördüm ki, pul qabımın ağzı açıqdır. Baxdım ki, pullarımı götürüb, mənə 1-2 manat saxlayıb. Qışqırdım, dedim “indi də oğurluğa başlamısan?” Əvvəlcə xəbərinin olmadığını desə də, sonra boynuna aldı. Ütümə hücum çəkib məni vurdu. Dedi ki, bundan sonra onun dediklərini eləməsəm, qazandığımı ona verməsəm, məni camaatın yanında biabır eləyəcək. Məni küçə söyüşləriylə təhqir elədi. “Öldürsən də, bu evdən çıxmaram” dedi. Düzü, əvvəl nə eləyəcəyimi bilmədim. Evdəkilərə heç nə demədiyimi bilirdi. Ondan istifadə etmək istəyirdi, deyəsən. Üstünə çox getmədim, dedim, ara bir az sakitləşsin, sonra bununla konkret danışaram, çıxıb gedər. Amma deyəsən, bunun getmək fikri yox idi. Artıq evdə hər gün belə dava-dalaş olurdu. Qonşular da bizim səs-küyümüzdən bezmişdi. Hamısı deyirdi ki, neçə ildə bizim səsimizi eşitməyiblər. Onların yanında biabır olmuşdum. Məni döyürdü, pulumu əlimdən alırdı, üz-gözüm göm-göy vəziyyətdə işə gedirdim. Bizi tanış eləyən iş yoldaşımla danışdım, məlum oldu ki, əslində vəziyyət Manafın dediyi kimi deyilmiş. Manaf həqiqətən zavodda mühəndis olub, işi bağlanandan sonra içkiyə qurşanıb. Hər gün içib evdə dava salırmış, axırda arvadı görüb ki, bununla yola getmək mümkün deyil, iki oğlu ilə birləşib onu çölə atıb. Əmisi qızı bunları bildiyi halda onu mənimlə tanış eləyib. İş yoldaşımla dalaşdım”.
Başqa çıxış yolu qalmayan Fatma qardaşıgilə xəbər verib. Məsələni onlara danışıb, Bakıya gəliblər, narazılıq eləsələr də, arxasında durublar. Bundan sonra Manafı evdən qovmağa nail olub, bununla da ailə qurmağa tövbə eləyib: Deməli, mənim qismətimdə ailə qurmaq yox imiş. Bu yaşda ərə getdim, o da belə çıxdı”.
Deyir ki, indi sakit həyat sürürəm. Qardaş-bacıları, onların uşaqları, nəvələri arada yanına gəlirlər: “Bakıya gəldiyimə görə qətiyyən peşman deyiləm, əksinə, yaxşı ki, gəlmişəm, əlbəttə, Manafla bağlı olan müddəti çıxmaq şərti ilə...
“Burda düşüncə tərzim də, geyimim də xeyli dəyişib. Ancaq mənə elə gəlir ki, bu dəyişiklik Bakıya gəlməyimlə bağlı deyil, zamanla əlaqədardır. Vaxtım olanda rayona gedirəm, hər dəfə insanların nə qədər dəyişdiyini hiss eləyirəm. Bəlkə orda qalsaydım, mən də burdakı qədər dəyişəcəkdim. Yenə də sevinirəm ki, paytaxta gəlmişəm. Amma hərdən bu dörd divar arasında tənha öləcəyimi düşünürəm və çox qorxuram...”
Gülnar Vahabova

1478 dəfə oxunub
Oxşar xəbərlər
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi
15:00
22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024